Məhkəmə qərarları › İş №2(105)-2397/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2397/2020

28.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2397/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Siyəzən rayonu X2 sədri Nümayəndə, cavabdehin prosessual hüquqi varisi Adıgözəlova Mahirə Məmməd qızının nümayəndəsi Adıgözəlov Kamil Mirnağı oğlunun iştirakı ilə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ET Dİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 saylı qətnaməsi ilə (hakim B.R.Ələkbərov) iddiaçı Siyəzən rayonu X2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh Siyəzən rayonu X2 mülkiyyətində olan 300 hektar torpaq sahəsinin üzərində icarə hüquqlarına xitam verilməklə, həmin torpaq sahəsinin boşaldılması, iddiaçının ödəməkdən azad edildiyi 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Siyəzən rayonu Yuxarı Ələz bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bələdiyyənin mülkiyyətində olan 300 hektar torpaq sahəsinin üzərində icarə hüquqlarına xitam verilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Siyəzən rayonu X2 sədri Nümayəndə iddiadan imtina barədə ərizə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin prosessual hüquqi varisi M.Cavabdehnın nümayəndəsi K.Cavabdeh apelyasiya şikayətindən imtina edib, apelyasiya icraatına xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Siyəzən rayonu X2 sədri ilə icarəçi Cavabdeh arasında bağlanmış, torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, Siyəzən rayonu X2 xx xxxxxx 2001-ci il tarixli, 20 saylı qərarı əsasında Bələdiyyənin inzibati ərazisindəki 300 hektar torpaq sahəsi heyvandarlıq üçün 15 (on beş) il müddətinə illik hər hektarı 5 manat olmaqla, cəmi 1500 manata Cavabdeh icarəsinə verilmişdir. Quba regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 099875 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə “Miokardin infakttı” səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1046 saylı məktub ilə müəyyən olur ki, Adıgözəlova mahirə Məmməd qızının ərizəsinə və xx.xx.2020-ci il tarixli, 416 saylı vərəsəlik işinə əsasən Adıgözəlova Mahirə Məmməd qızı xx.xx.2020-ci il tarixdə vəfat etmiş Cavabdeh qanun üzrə vərəsəsidir. Adıgözəlova Mahirə Məmməd qızının məhkəmə kollegiyasına ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli ərizəsinə əsasən hazırki mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuş Cavabdeh vəfat etdiyinə görə hüquqi varis olaraq onun cavabdeh qismində tanınmağını xahiş etmişdir. Adıgözəlova Mahirə Məmməd qızının Adıgözəlov Kamil Mirnağı oğluna verdiyi xx.xx.2020-ci il tarixli etibarnamə ilə onun adından bütün prosessual hərəkətləri icra etməyi həvalə etmişdir. İddiaçı Siyəzən rayonu X2 sədri Nümayəndə xx xxxxxxxx 2020-ci il tarix ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, göstərmişdir ki, iddiaçı Siyəzən rayonu X2 Cavabdeh qarşı heç bir tələbi yoxdur və mülki iş üzrə iddia tələbindən imtina edir. İddia tələbindən imtina barədə ərizənin hüquqi nəticələri ona məlumdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370.1-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 384.0.4-cü maddəsinə əsasən qətnamənin tamamilə və ya qismən ləğv edib, iş üzrə icraata xitam vermək apelasiya instansiya məhkəməsinin səlahiyyətidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda apelyasiya qaydasında icraata xitam verilmləklə ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qanuni və əsaslı olduğundan təsdiq edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və apelyasiya qaydasında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263-265, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Siyəzən rayonu X2 sədri Nümayəndə iddiadan imtina barədə ərizəsi təsdiq edilsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-181/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Siyəzən rayonu X2 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar