Məhkəmə qərarları › İş №2(105)-2402/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2402/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2402/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Ərizəçi: X3 iştirakı ilə, Ərizəçi Hüseyn oğlunun maraqlı şəxslər Sumqayıt şəhər X6 və Şəxsiyyət Vəsiqəsi şöbəsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyymluq və Himayədarlıq Şöbəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Dövlət X8 Sumqayıt şəhər şöbəsinə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) Ərizəçi Hüseyn oğlunun Sumqayıt şəhər X6 və Şəxsiyyət Vəsiqəsi Şöbəsini, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Şöbəsini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X8 Sumqayıt şəhər Şöbəsini maraqlı şəxslər qismində işə cəlb etməklə “Azərbaycan Respublikasında yaşaması faktınn müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Əliyev X4 şəhər X6 və Şəxsiyyət Vəsiqəsi Şöbəsini, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Şöbəsini, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini və Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X8 Sumqayıt şəhər Şöbəsini maraqlı şəxslər qismində işə cəlb etməklə “Azərbaycan Respublikasında yaşama faktınn müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx xxxxxx 1950-ci il təvəllüdlü X1 (qızlıq dövründə Kuznetsova) 1996-cı ildən Azərbaycan Respublikasında yaşama faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası xx xxxxxx 1950-ci il təvəllüdlü Əliyeva (qızlıq dövründə Kuznetsova) Aleksandra Sergeyevna ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Mənzilin mülkiyyətçisi əvvəllər qeyd edilmiş ünvanda yaşayan və qeydiyyatda olan atası X7 anası X2 ilə xx xxxxxx 1973-cü ildən nikahda olmuş, həmin nikah Sumqayıt şəhər VVAQ şöbəsində qeydə alınmışdır. xx xxxx 2010-cu ildə atası vəfat etmişdir. X5 daimi yaşayış üçün çıxıb getmək niyyətində olub. Bu məqsədlə anası xx xxxxxx 1995-ci ildə Sumqayıt şəhərindəki qeyd olunan ünvandan qeydiyyatdan çıxmış, Rusiyaya gedərək, Tula vilayətində qeydiyyata düşmüşdür. Axırıncı SSRİ vətəndaşı pasportundan və Stupensk kənd administrasiyasının arayışından görünür ki, o, xx xxxxxx 1996 ildə Rusiya Federasiyası, Tula vilayəti, Yefremov rayonu, Bolşoye Vorkovo ünvanında qeydiyyatını rəsmiləşdirmişdir. Nəticədə anası Rusiya Federasiyası vətəndaşlığını almış və ona xx xxxx 2014 ildən xx xxxx 2019 il tarixə qədər etibarlı olan Rusiya Federasiyası vətəndaşının pasportu verilmişdi. Lakin obyektiv həyat elə gətirmişdi ki, anası Rusiya Federasiyası qeydiyyatını rəsmiləşdirsə də Rusiya Federasiyasında yaşamamışdı. Buna sübut 2009-cu ilə qədər əmək kitabçasında qeyd edilən onun əmək fəaliyyəti olmuşdur. Anası ünvan 3 ünvanında faktiki qeydiyyatdan çıxdığına və formal olaraq Rusiya Federasiyasına qeydiyyata düşdüyünə görə Azərbaycanda əsas vətəndaşlıq hüquqlarına malik deyildi. Bu xx xxxx 2011-ci ildə anasına verilmiş Azərbaycan Respublikasında daimi yaşayan xaricilərin qeydiyyat vəsiqəsi haqqında arayışla və xx xxxxxx 2014-cü il tarixli Azərbaycan ərazisində daimi yaşamağa icazə haqqında vəsiqə ilə sübut edilir. Bu ona Sumqayıt şəhər Dövlət X8 təyin etdiyi pensiya almağa imkan verirdi. Lakin sonra anası həmin təqaüddən məhrum edilmişdir. Anasının xəstəlikdən əziyyət çəkir, fəaliyyət qabiliyyətinin itirilməsi səbəbi ilə öz hərəkətlərinə görə cavabdeh deyil və bununla bərabər vəziyyətdən doğuran hallarla birlikdə onları idarə etmir. Anasının onun vasitəsi ilə sosial hüquqlarını həyata keçirə bilməsi üçün o, Sumqayıt şəhər İcra hakimiyyətinin sərəncamı əsasında Qəyyumluq və Himayəçilik Şöbəsinə onun qəyyum təyin olunması üçün müraciət etmiş, anası Respublika hüdudlarından kənarda qeydə alındığı üçün ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi ona onun məhdud fəaliyyətli olması predmetinin tanınmasına dair məhkəməyə müraciyət üçün, yaşayış icazəsinin alınması və anası X1 sonrakı təqaüd ödənişin bərpası və yenidən hesablanması üçün və bu ödənişlərlə bağlı yaranmış borcların ödənilməsi üçün lazımdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qəbul edilərkən mülki-prosessual qanunvericiliyin müddəaları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-2710/2020 saylı qətnaməsi ləğv edilərək, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni rədd edərək, ərizəçinin məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Rusiyanın Azərbaycandakı Səfirliyi tərəfindən verilmiş RUS seriyalı 51 ******* saylı Rusiya Federasiyasının vətəndaşlığı pasportundan görünür ki, X2 xx xxxxxx 1950-ci il tarixdə SSR, Tula vilayətində anadan olmuşdur. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsi müəyyən edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı halda ərizəçi subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi ərizəçi başqa bir yetkinlik yaşında olan şəxslə bağlı belə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə isə yetkinlik yaşına çatmış hər bir fiziki şəxs mülki hüquq fəaliyyət qabiliyyəti əldə etməklə bu hüquqlarını özü və ya işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyətinə malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən ərizəçinin tələb üzrə subyektiv hüquqa malik olmadığından ərizənin təmin edilməməsini düzgün hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə izah edir ki, qanunvericiliyin tələbinə görə heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Bundan başqa, işin məhkəmədə müəyyən edilən hallarında göründüyü kimi ərizəçinin hazırkı tələbinin əsası şəxsin üzərində qəyyum təyin edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, həmin əsasa görə araşdırılan ərizə üzrə faktın müəyyən edilməsi yolverilməzdir. Belə ki, qanuni əsaslar olduğu halda şəxsin üzərində qəyyum və ya himayəçi təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmuşdur. Ərizəçinin anasının Rusiya Federasiyasının vətəndaşı olması həmin məsələnin həllinə maneə olan hal deyildir. Azərbaycan Respublikasinin Konstitusiyasinın 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. 148-ci maddəyə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. 151-ci maddəyə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası və Rusiya Federasiyasının qoşulduğu, xx xxxxxx 2004-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 2002-ci il oktyabrın 7-də qəbul edilmiş «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» Konvensiyanın «Ailə İşləri» adlanan 3-cü hissəsində razılığa gələn tərəflər arasında Qəyyumluq və himayəçilik məsələlərinin həlli ilə bağlı müddəalar nəzərdə tutulmuşdur. Məhkəmə izah edir ki, ərizəçi səlahiyyətli qurumlara müraciət etməklə həmin Kovensiyanın şərtlərinə müvafiq olaraq qanuni əsaslar olduğu halda qəyyum təyin edilməsi ilə bağlı məsələnin həllinə nail ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi Hüseyn oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-2710/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar