Məhkəmə qərarları › İş №2(105)-2403/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2403/2020

19.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2403/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçiiştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadından verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, Ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 1993-cü ildən xx xxx 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı iləƏrizəçihüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizənin və əlavə edilmiş sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim edilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı ilə Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadından verdiyi şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuzdur. Qərardaddan görünür ki, məhkəmə şikayətini vaxtın keçməsi əsası ilə geri qaytarmışdır. O, ərizəni xx xxxx 2020-ci ildə poçt vasitəsi ilə yola salmışdır. Şikayətin verilməsi müddəti isə xx xxxx 2020-ci il tarixinə qədər olmuşdur. Ola bilər ki, şikayəti texniki səbəblərdən 9 günə məhkəməyə çatmışdır. Bu halları araşdırmadan müddətin ötürülməsi əsası ilə şikayətinin geri qaytarılması qanunsuzdur. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılmasının təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi şikayətdə qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadını məktuba imza etməklə xx xxxx 2020-ci il tarixdə almışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardaddan şikayəti geri qaytararkən ərizəçinin qanunla nəzərdə tutulmuş qərardaddan şikayət vermə müddətini ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı Ərizəçi xx xxxx 2020-ci il tarixdə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsində göstərilir ki, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunverici qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardadın surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı xx xxxx 2020-ci il tarixdə məktuba imza edilməklə rəsmi qaydada alınmışdır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Ərizəçi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)- 2943/2020 saylı qərardadından şikayət verilməsi müddətinin axımı qərardadın ona təqdim edildiyi günün sabahı, yəni xx xxxx 2020-ci il tarixdən başlanmışdır. İşdən görünür ki, Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)- 2943/2020 saylı qərardadından verdiyi şikayət xx xxxx 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Mülki işin 15-ci vərəqində olan zərfdən görünür ki, ərizəçi Fərhadov X2 Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadından verdiyi şikayət xx xxxx 2020-ci il tarixdə poçta daxil olmuşdur. Göründüyü kimi, Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)- 2943/2020 saylı qərardadından şikayəti prosessual müddətin ötürülməsi ilə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ərizəçi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 2(060)- 2943/2020 saylı qərardadından şikayət verilməsi müddətinin bərpası barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ərizəçinin şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-2943/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar