Məhkəmə qərarları › İş №2(105)-2410/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2410/2020

26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2410/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, cavabdeh İsayeva (Əsgərova) Şəlalə Xalid qızının, Cavabdeh2, onun nümayəndəsi və vəkili X13 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-239/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-239/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a ünvanında yerləşən evin atası X8 payına düşən hissəsinə köçürülməsi qət edilmiş, cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, keçmiş Komsomol küçəsi, hazırki A.Hüseynzadə küçəsindəki 22a saylı yaşayış evi valideynlərindən miras qalmış və xx xxxxxx 1987-ci il tarixli, 105 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin evin 2/5 hissəsi bacısı Pərvanəyə, digər 3/5 hissəsi isə ona, qardaşı Cəmilə və bacısı Şəlaləyə məxsus olmasını bilmişdir. X36 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, ölümündən sonra miras qalmış Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evə görə anası Naibənin, onun, qardaşı Cəmilin, bacıları Şəlalə və Pərvanənin adlarına bərabər paylar üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X33 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mərhum anası sağ ikən miras qalmış evdən özünə düşən payı ona bağışlayacağını deyirdi. Sonradan o, evə köçüb yaşamaq istəyəndə bacısı Cavabdeh2 anası sağ ikən evi ona bağışladığını, evdə onun payının olmadığını bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 qanunsuz və saxta yolla mərhum X33nın adından xx.xx.1990-cı il tarixli bağışlama müqaviləsi tərtib etdirmiş və həmin müqavilə Quba rayon notariusu tərəfindən təsdiq edilmişdir. xx.xx.1990-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş və Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə anası X9 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1/5 hissəsini Cavabdeh2 bağışlaması barədə Quba rayon notariat kontorunda xx xxxx 1990-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Onun bütün əmlakı mübahisəli evdədir, cavabdehlər onu evə buraxmadığı üçün ailəsi ilə birlikdə 2019-cu ilin iyun ayında mübahisəli evə köçüb yaşamağa başlamışdı. 2019-cu ilin avqust ayında cavabdehlər onun və ailə üzvlərinin əmlakını çıxarıb yardımçı otağa yığmış və qapıları bağlayıb onun evə buraxmadılar. O, bununla bağlı polis şöbəsinə müraciət etmiş və hazırda polis şöbəsində araşdırma aparılır. O, ailə üzvləri ilə birlikdə küçələrdə qalmışdır. Halbuki Quba şəhəri, keçmiş Komsomol küçəsi, hazırki A.Hüseynzadə küçəsindəki 22a saylı yaşayış evinin mülkiyyətçisidir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı Quba şəhəri, A.Hüseynzadə küçəsindəki 22a saylı evdə payının kompensasiya ilə əvəz edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, atası X16 xx xxxx 1986-cı il tarixdə vəfat etdikdən sonra miras qalmış Quba şəhəri, A.Hüseynzadə küçəsindəki 22a saylı ev vərəsələr tərəfindən qəbul edilərək miras əmlakın 2/5 hissəsi ona, qalan 3/5 hissəsi isə Cavabdeh1, İddiaçı və İsayev Cavid Xalid oğluna verilərək mülkiyyət hüquqları xx xxxxxx 1987-ci il tarixli qeydiyyat vəsiqəsi ilə təsdiq edilmişdir. O, mübahisəli evdə anadan olmuş və ailə quraraq halhazıradək həyat yoldaşı ilə həmin evdə yaşayır. Qardaşı İddiaçı 1991-ci ildə mübahisəli evdən qeydiyyatdan çıxdıqdan sonra Quba rayonunun Qaraçay kəndində həyətyanı torpaq sahəsi alaraq orada ev inşa etmiş və orada yaşamağa başlamışdır. İddiaçı valideynlərindən miras qalmış 26 kv.metr miras əmlakın 1/5 hissəsi miras payı kimi verilmişdir və 5,2 kv.metr sahəyə ailəsi ilə birlikdə köçürülməsi qanunvericiliyin tələblərinə ziddir. Ümumi payın digər mülkiyyətçiləri, İddiaçı istisna olmaqla, onun evin kiçik övladı olmağını, şəkər xəstəliyi ilə əlaqədar olaraq ayağının kəsilməsini, əlil olmağını və həyat yoldaşı ilə həmin evdə yaşamağını nəzərə alaraq paylarından onun xeyrinə imtina etmişlər. İddiaçı ilə aralarında dəfələrlə mübahisələri olmuş, aralarında ciddi ziddiyyətlər vardır. Mübahisəli evdə İddiaçı payı cüzidir, real surətdə ayrılması mümkün deyildir və evdən istifadə edilməsində mühüm mənafeyi yoxdur. Cavabdeh2 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Quba şəhəri, A.Hüseynzadə küçəsindəki 22a saylı evin bazar dəyəri 20000 manat olduğuna, İddiaçı evdə payı 5,2 kv.metr təşkil etdiyinə görə payının əvəzinə onun tərəfindən 4200 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə ilə razılaşmırlar. Belə ki, məhkəmə qətnamə qəbul edərkən Quba Rayon Məhkəməsinin xx.xx.1976-cı il tarixli qətnaməsinə əsaslanmışdır. Lakin həmin qətnamədə iddiaçıya aid heç bir qeyd göstərilməmişdir. Qətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X6 ilə X16 arasında bölünmüşdür. Göründüyü kimi, həmin qətnamədə İddiaçı söhbət getməmiş, evin bölgüsü X24 İsayev arasında olmuşdur. İddiaçının atasının həmin evdə yaşaması İddiaçı bu evə dair mülkiyyət hüququnun yaranması üçün əsas deyildir. Həmin evə dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, İddiaçı köçürülməsini tələb etdiyi ev cəmi 25,52 kv.metrdir. Həmin evdə onlar yaşayırlar. İddiaçı həmin evə köçürülsə belə, evdə yaşaması mümkün olmayacaqdır. Ona görə ki, evin ölçüləri tərəflərin və onların ailə üzvlərinin yerləşəcəyi vəziyyətdə deyildir. Faktiki olaraq bütün tərəflər birlikdə həmin evdə yaşaya bilməzlər. Cavabdeh2 şəkər xəstəsidir, hərəkət edə bilmir, bir qıçı kəsilmişdir. İddiaçı həmin evə köçürülərsə, orada yaşaya bilməz. Məhkəmə qeyd edilən halları nəzərə almamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehlər apellyasiya şikayətinə əlavə verərək mübahisəli evdən İddiaçı düşən paya kompensasiya verilərək istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər İsayeva (Əsgərova) Şəlalə Xalid qızı və Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi, evdən İddiaçı düşən paya kompensasiya verilərək istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 nümayəndəsi X22 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi, mübahisəli evdən İddiaçı düşən paya kompensasiya verilərək istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR:ş Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarından görünür ki, Cavabdeh2 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı Quba şəhəri, A.Hüseynzadə küçəsindəki 22a saylı evdə payının kompensasiya ilə əvəz edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, qarşılıqlı iddia ərizəsinin surəti qarşılıqlı iddia üzrə cavadeh İddiaçı təqdim edilmişdir. Daha sonra Cavabdeh2 qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə araşdırma aparmamış, iddia tələbinin bu hissəsinə heç bir qiymət verməmiş, qətnamənin nəticə hissəsində də qarşılıqlı iddiaya münasibət bildirməmiş, bununla da Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuş və bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, ilk və qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verilməklə, yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan xx.xx.1990-cı il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X7 şəhəri, Komsomol küçəsi 22a saylı ünvanda yerləşən yaşayış evinin 1/5 hissəsini Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan Abşeron rayon Dövlət X4 tərəfindən verilərək 3678 sayla reyestr kitabında qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba şəhəri, Komsomol küçəsi, 22a saylı ünvanda yerləşən yaşayış evinin 2/5 hissəsi Cavabdeh2 Xalıd qızının, 3/5 hissəsi isə Cavid, Malik və Şəlalə İsayevlərin adına mülkiyyət hüququ əsasında xx.xx.1987-ci il tarixdə qeydə alınmışdır. İş materillarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X18 xx.xx.2006-cı il tarixdə və X14 xx.xx.2008-ci il tarixdə anadan olmuşlar, ataları X10r. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 1976-cı il tarixli, 2-237/1976 saylı qətnaməsinin surətindən görünür ki, X2 X11 qarşı ev bölgüsü və evdən köçürülmə tələbinə dair iddiası təmin edilmiş, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X6 ilə X16 arasında iki bərabər hissəyə bölünmüş, evin 25,52 kv.m yaşayış sahəsi olub 2-ci mərtəbədə yerləşən otağın qərb tərəfdəki ½ hissəsi Xalid İsayevin istifadəsində saxlanılmaqla, o, ailəsi ilə birlikdə 13,12 kv.m yaşayış sahəsi olan otağa köçürülmüş, buna müvafiq olaraq 2-ci mərtəbədəki şüşəbəndin ½ hissəsi və 1-ci mərtəbədəki otaqlar və eyvanın ½ hissəsi Xalid İsayevə verilmiş, mövcud pilləkən, onun yanındakı yardımçı tikintilər Xalid İsayevin istifadəsində saxlanılmış, evin həmin hissəsinə Xalid İsayevin mülkiyyət hüququ təsdiq edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(027)- 1342/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Quba rayon notariat kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, X9 Quba şəhəri, indiki A.Hüseynzadə (keçmiş Komsomol küçəsi) 22 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsini Cavabdeh2 bağışlaması barədə Quba rayon notariat kontorunda xx xxxx 1990-cı il tarixdə bağlanmış və reyestrdə 5-169 qeyd edilmiş bağışlama müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında verilmiş xx xxxx 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. İş materiallarında olan “Əmlak ekspert mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə ƏEM/O 41-893/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Quba şəhəri, A.Hüseynzadə 22a saylı evin bazar dəyəri 20000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Quba bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 978 saylı məktubundan görünür ki, İddiaçı Dəvədabani massivində 1 ha bağ sahəsi, 0,20 ha əkin sahəsi olmaqla, ümumilikdə 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş Quba rayonu Birinci Nügədi bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 152 saylı məktubundan görünür ki, Birinci Nügədi bələdiyyəsinin qeydiyyat kitabında İddiaçı adına 0,08 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2015-ci il tarixdə Quba rayon notariat kontorunda bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı adından çıxış edən X5 rayonu, Qaraçay kəndində yerləşən 0,08 ha torpaq sahəsini X1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin mübahisə edilməyən hallarından görünür ki, Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evin 2/5 hissəsi Cavabdeh2 Xalıd qızının, 3/5 hissəsi isə Cavid, Malik və Şəlalə İsayevlərin adlarına mülkiyyət hüququ əsasında xx.xx.1987-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, İddiaçı Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evin mülkiyyətçilərindən biridir. Azərbaycan Respublikası MM-nin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, İddiaçı mülkiyyətçi kimi mübahisəli evdən istifadə hüququna malik olduğundan Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evə köçürülməlidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evə köçürülməyini xahiş etmişdir. Lakin ilk İddiaçı ailə üzvlərinin kimlərdən ibarət olmasını iddia ərizəsində konkret qeyd etməmiş, ailə üzvləri yetkinlik yaşına çatmışsa, onlar iddia ərizəsində iddiaçı kimi göstərilməmiş, iddia ərizəsini imzalamamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ilk İddiaçı ailə üzvlərinin Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evə köçürülməsi hissəsində ilk iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MM-nin 213.1 və 213.2-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. İşdən görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daimi başqa yaşayış yeri yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli evdə payı cüzi olsa da, onun evdən istifadə edilməsində mənafeyi mühümdür. Ona görə də Cavabdeh2 qarşlılıqlı iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-239/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Quba şəhəri, A.Hüseynzadə küçəsi, 22a saylı evə köçürülsün. İlk iddia tələbi İddiaçı ailə üzvlərinin evə köçürülməsi hissəsində təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı evdən payın kompensasiya ilə əvəz edilməsinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar