Məhkəmə qərarları › İş №2(105)-2414/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2414/2021

09.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2414/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4 və üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsinin təhvil verilməsi və torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsini rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J № 3154, kod 30800027 əsasında, cavabdehlər X7 və Cavabdeh tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha torpaq sahəsindən 0,10 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh və X2 alınaraq ona təhvil verilməsinə və həmin torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın alğı-satqı müqaviləsinə rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında satıcı, Cavabdeh məxsus AR DƏDRX Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmş 09.01.2009-cu il il tarixli, 38 saylı arayışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaqdan 0,10 ha torpağa dair onun, mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsini cavabdeh, satıcı Cavabdeh alınaraq ona təhvil verulməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, daşınmaz əmlakın alqı-satqı müqaviləsini rəhbər tutaraq, Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında, cavabdehlər P.A.Zamanov və Cavabdeh tərəfindən ona satılmış Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha torpaq sahəsindən 0,10 ha torpaq sahəsini cavabdehlər Cavabdeh və P.A.Zamanovdan alınaraq ona təhvil verilməsinə və həmin torpaq sahəsinə giriş-çıxış üçün bütün maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, P.A.Zamanovun adından iştirak edən satıcı tanışı Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 1,0 ha olan torpaq sahəsindən 0,06 ha (6 sot) torpaq sahəsi almaq qərarına gəlmişdir. Cavabdeh ilə birgə torpaq sahəsinə baxış keçirmişlər. Torpaq sahəsi yaxşı yerdə yerləşdiyi üçün və onun çox xoşuna gəldiyi üçün alğı-satqı müqaviləsi ilə torpağı almaq istəmişdir. 6 sot torpaq üçün 12000 ABŞ dolları ödəniş etməklə torpağın alınmasına dair razılığa gəlmişlər. 21 yanvar 2009-cu il tarixində daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə (AN- 1 0181740), Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında P.A.Zamanovun adından iştirak edən satıcı, Cavabdeh məxsus AR DƏDRX-nin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş 09.01.2009-cu il tarixli 38 saylı arayışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaqdan 0,06 ha torpağa əldə etmişdir. Torpağa dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi birgə 07 avqust 2009-cu il tarixli bölgü eskizi sənədə əlavə edilmişdir. Sonradan, ailə problemləri ilə əlaqədar olaraq ona aid olan torpaq sahəsinə getməmişdir. Bir müddət gedə bilmədiyi üçün torpağa dair heç bir məlumatı olmamışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 1,0 ha olan torpaq sahəsindən ona veriləcək 0,10 ha torpaq sahəsinə görə Cavabdeh ümumilikdə 21000 ABŞ dolları pul ödəmişdir. 17 noyabr 2009-cu ildə Cavabdeh Ə.Piriyevlə danışıb oğluna məxsus, 10 ha torpaq sahəsinin ona verilməsi barədə anlaşmışdır. Həmin torpaq sahəsini ƏN-İ № 130456-130457 nömrəli notarial sənədlə etibarnamə əsasında torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsinə aid bütün xərclər və torpağın hazarlanması tərəfindən aparılmış və ödənilmişdir. Lakin, 2 saylı Abşeron rayon notarial kantoru tərəfindən gələn məktuba əsasən 11 may 2010-ci ildə torpağa dair verilmiş etibarnamə ləğv edildiyini bilmişdir. Hazırda torpaq sahəsi yerində yoxdur, bu səbəbdən də torpağın çıxarışı yoxdur. Cavabdehin dediyinə görə torpaq sahəsi zəbt olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı Cavabdeh öz günahını etraf edərək daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona torpaq sahəsini təhvil vermədiyini və ödənilmiş pul məbləğinin geri qaytarmadıgını etiraf etmişdir. Məhkəmə heç bir əsas və sübut təqdim etmədən cavabdeh tərəfin maraqlarını nəzərə alan qətnamə qəbul etmişdir. Azadlıga çıxdıqdan sonra, ona məxsus 10 sot torpaq sahəsinin qaytarılması ilə bağlı cavabdeh satıcı Cavabdeh müraciət etsədə, o tamamilə məsələnin həll olunmasını istəmir. Həmçinin torpaq sahəsi üçün ödədiyi pul vəsaiti qaytarmaq istəmir. Cavabdeh hər hansı bir razılıga gəlməsi mümkün deyildir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, onun mülkiyyət hüququnun tanınması və həmin torpağın alınaraq ona təhvil verilməlidir. Torpaq olmadıgı halda torpaq sahəsinin olan 38.000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(012)-252/2021 saylı qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı, cavabdeh P.A.Zamanov və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisə olunan torpağı cavabdehlərdən almasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunu və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 09.09.2020-ci il tarixli sorğuya cavabdan görünür ki, Cavabdeh adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında , ƏMDK və keçmiş DTXK tərəfindən təqdim edilmiş tam olmaya elektron bazada hal-hazırda 4 saylı Abşeron Ərazi İdarəsində məlumat yoxdur. İşə əlavə olan AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 06.10.2020-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə 24.09.2020-ci il tarixdə daxil olmuş № 2(012)-2499/2020 saylı sorğunuza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sorğuda qeyd olunan X3 adına Abşeron inzibati ərazi vahidi üzrə (İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarələrinin arxiv məlumatlarında) halhazırda aşağıdakı daşınmaz əmlak(lar) qeydiyyata alınmışdır: Abşeron rayonu, Pirəkeşkül kəndi ərazisində yerləşən 4.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X3 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12.10.2010-cu il tarixdə **********67 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərinə Nəsimi rayon İcra şöbəsinin 03.04.2013-cü il tarixli, 17/70-003/2 nömrəli məktubuna əsasən qadağa qoyulmuşdur. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzərində P.A.Zamanovun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 04.01.2019-cu il tarixdə **********95-10301 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, satıcı P.A.Zamanovu etibarnamə əsasında təmsil edən Cavabdeh torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı J№ 3154, kod 30800027 əsasında P.A.Zamanova məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 1,0 ha olan torpaq sahəsinin 0.06 ha torpaq sahəsini 21 yanvar 2009-cu il tarixli, AN-İ №,0181740 saylı alqı-satqı müqaviləsi əsasında 4800 manata İddiaçı satmış, lakin alıcı həmin torpaq sahəsi ilə bağlı hüququnu qeydiyyatdan keçirməmişdir. Bundan başqa məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, alqı-satqı müqaviləsində göstərilən ərazidə cavabdehlərin adına İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmiş hər hansı bir torpaq sahəsi mövcud deyildir, həmçinin iddiaçı tərəf məhkəməyə qeyd olunan torpaq sahəsinin hal-hazırda faktiki və ya sənəd əsasında kimin istifadəsində olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən iddiaçı həmin sübutları təqdim etmək vəzifəsi daşımışdır. Ona görə də məhkəmə işin faktiki halllara istinad edərək hesab edir ki, iddiaçı tərəfə ilkin olaraq torpağın yerləşmə mövqeyini və cavabdehlərin dairəsini müəyyən etdikdən sonra məhkəməyə yenidən müraciət etmək və ya 21 yanvar 2009-cu il tarixli, AN-İ №,0181740 saylı alqısatqı müqaviləsi əsasında dəymiş ziyanla bağlı iddia qaldırmaq hüququn olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində deyilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaları nəzərə alıb, hesab edir ki, İddiaçı bu iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin etməməsini düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Məcəllənin 107-ci maddəsində göstərilir ki. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli 2(012)-252/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar