Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2418/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, cavabdeh Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zelabdin oğluna və Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron rayon məhkəməsinin 17 may 2021ci il tarixli 2(012)-147/2021 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ərizənin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh3 qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin 27 may 2021-ci il tarixli qərardadı ilə Abşeron rayon məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-147/2021 №-li qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndəril qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək onun və İddiaçı2 yetkinlik yaşına çatmayan 17.06.2003-cü il təvəllüdlü X3 və 08.07.2007-ci il təvəllüdlü X4 ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 nümayəndəsi vəkil X5 ərizə təqdim edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 27.03.2020-ci il tarixdə 4Ə-119 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 30.03.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi vəkil X5 ərizə təqdim edərək Cavabdeh2 ilə digər Cavabdeh3 arasında Abşeron rayonu Saray qəsəbəsi Nəsibə Zeynalova küçəsi 0.01 ha torpaq sahəsinə dair 25.09.2020-ci il tarixdə 4Ə-1586 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 15.10.2020-ci il tarixli **********08 reyestr nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili X5 19.05.2020-ci il tarixdə vəsatət ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına olan Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadı ilə vəsatət təmin edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İddiaçının nümayəndəsi vəkil Salman Qasımov yazılı vəsatətlə müraciət edərək, Cavabdeh3 adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-939/2020 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Cavabdeh3 adına olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Abşeron rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(012)-147/2021 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)- 939/2020 №-li qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli 2(105)-1509/2021 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 24 noyabr 2020ci il tarixli 2(012)-939/2020 saylı qərardadı ləğv edilmiş, mübahisəli torpaq sahəsi üzərinə həbsin qoyulması barədə iddiaçı tərəfin vəsatətlərinə yenidən baxılması üçün mülki iş materiallarının həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi vəkil Salman Qasımov 17.05.2021-ci ildə yenidən vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə mülki işə baxılıb yekun məhkəmə qətnaməsi qəbul edilənə kimi həbs qoyulmasını xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Cavadov X2 rayon məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı həm də onun hüquqlarını pozur. Belə ki, üzərinə həbs qoyulmuş həmin torpaq sahəsini notarial qaydada təsdiq olunan alqı-satqı müqaviləsinə əsasən o, almışdır. Bundan sonra o, həmin müqaviləni Daşınmaz Əmlakın Dövlət reyestrində adına qeyd etdirməklə çıxarış da almışdır. Bundan əlavə, həmin torpaq sahəsində köhnə tikilini söküb, əvəzində yeni ev tikib faktiki olaraq orada yaşayır. Abşeron rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qərardadı əsassız və qanunsuzdur. Həmin qərardad çıxarılarkən hakim yalnız öz şəxsi mülahizələrinə əsaslanmış, verilmiş iddia ərizəsini və iddianın təmini tədbiri kimi verilmiş ərizəni tam, obyektiv, hərtərəfli araşdırmadan, qərəzli olaraq həmin qərardadı çıxarmışdır. Qərardad qəbul olunarkən onun həm də Azərbaycan Respublikası Konstitusiyası və digər qanunları ilə qorunan hüquq və azadlıqları pozulmuşdur. Sözügedən qərardad onun Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə qorunan hüquqlarını kobud şəkildə pozduğundan, habelə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər iddiaçılara və digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 379.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsi iddia tələbinin predmeti olması və Cavabdeh3 isə həmin torpaq sahəsini özgəninkiləşdirmək ehtimalının olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Əvvəla işdən görünür ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin üzərinə elə iddiaçının nümayəndəsi vəkil Salman Qasımovun 19.05.2020-ci il tarixli vəsatəti əsasında həbs qoyulmuş və həmin qərardad qüvvədədir. Bu hal Sumqayıt Apellyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli qərardadında da öz əksini tapmışdır. Lakin buna baxmayaraq iddiaçının nümayəndəsi 24.11.2020-ci il və 17.05.2021-ci il tarixlərində həmin torpaq sahəsinin üzərinə həbs qoyulması barədə eyni məzmunlu vəsatətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1. maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Mülki Prosessual Məcəlləsinin 158.1.1. maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının vəsatəti əsasında 20.05.2020-ci ildə iddianın təmin tədbiri kimi Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə məhkəmənin 20 may 2020-ci il tarixli qərardadı ilə artıq həbs qoyulduğundan yenidən həmin daşınmaz əmlakın üzərinə həbs qoyulması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin tədbiri barədə 17.05.2021-ci il tarixli ərizənin təmin edilməsi qanuni və əsaslı hesab edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon məhkəməsinin 17 may 2021-ci il tarixli və 27 may 2021-ci il tarixli qərardadları edilməli, iddianın təmin tədbiri barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilsin. Abşeron rayon məhkəməsinin 17 may 2021-ci il tarixli və 27 may 2021-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçının nümayəndəsi vəkil X1 Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən 0,01 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə ərizəsi rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2418/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2418/2021
12.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver