Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-242/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Cahid oğlunun hüquqi varisi X3 iştirakı ilə, İddiaçı Cahid oğlunun Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsindən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Cahid oğlu iddia ərizəsilə məhkəməyə müraciət edərək, cavabdehin mərhum əri X1 ilə JN 259 saylı dövlət aktı ilə onlara məxsus 0,69 ha torpaq sahəsindən 0,46 ha bağ sahəsinin 05 may 2001-ci il tarixdə ona satılması barədə onlar arasında bağlanmış əqdin etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2-238/2006 saylı, 20 aprel 2006-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim R.Cəfərov) Qətnamədən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Cahid oğlunun hüquqi varisi X8 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. İş üzrə apellyasiya şikayəti vermiş, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Mərhum Cavabdeh hüquqi varisini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı AR ƏMDK yanında DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə daxil olan 15 sentyabr 2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən məlum oldu ki, mübahisə predmetini təşkil edən JN-259 KOD 30307018 nömrəli, torpağa mülkiyyət hüququna dair dövlət aktının 259B hissəsinin cizgisi bazada yoxdur, 259A hissəsinə isə dövlət reyestrindən X4 və X2 adına 0.10 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli, X7İunun adına 0.36 ha torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli çıxarış işlənmişdir. Apellyasiya baxışı zamanı Cahid Babayev tərəfindən məhkəməyə təqdim edilən JN 3305, 30307018 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsinə əsasən DTXK-nın Quba Rayon Şöbəsi tərəfindən Quba rayonu, Amsar kəndində yerləşən 0,46 ha torpaq sahəsi 26 may 2006-cı ildə İddiaçı adına işlənmiş, onun mülkiyyət hüququ xx.xx.2006-cı ildə dövlət aktı qeydiyyat kitabında 2427 nömrəli ilə qeydiyyat alınmışdır. Göründüyü kimi hazırkı iş üzrə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsi 26 may 2006-cı il tarixdə X6 Komitəsinin Quba Rayon Şöbəsi tərəfindən mübahisələndirilməyərək icra edilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə görə bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi artıq icra edilmiş qətnamənin sonradan həmin hüquqların verildiyi digər orqan tərəfindən mübahisələndirilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda sözügedən qətnamənin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hansı hüquq və vəzifələrinə toxunduğu, həmin İdarənin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilib-edilməməsi aydınlaşdırlılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayətə səbəb kimi qeyd olunan torpaq sahəsinə dair digər şəxslərin hüquqlarının 2010 və 2015-ci illərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasını göstərir. Məhkəmə kollegiyası bu dəlillə razılaşmayaraq qeyd edir ki, qeyd olunan torpaq sahəsinə dair mübahisə hər bir halda həmin torpaq sahəsinə iddia edən şəxslər arasında olan mübahisədir. Bu mübahisədə İdarə hələki tərəf deyildir. Həmin mübahisə tərəflərin öz aralarında məhkəmədən kənar, yaxud da məhkəmə qaydasında həll edilməli, dövlət reyestrində qeydiyatda buna uyğun aparılmalıdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qabaqcadan bu mübahisəyə qoşulması, mübahisə tərəflərindən birinin maraqları üçün şikayət verməsi onun mübahisədə bitərfliyinə şübhələr doğura bilər. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi artıq uzun müddət əvvəl qəbul edilmiş məhkəmə qətnaməsindən, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs hesab edən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qanunla müəyyən edilmiş prosessual müddət ərzində verilməsi məsələsini də yoxlamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, yenə eyni Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti geri qaytarılır. AR MPM-in 384.0 və 384.0.6-cı maddələrinə əsasən apelyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunan səbəblərdən hesab edir ki, İddiaçı Cahid oğlunun Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsindən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3252/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin, 263-264, 361, 365, 366, 384, 384.0.6, 386 və 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3252/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cahid oğlunun Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2-238/2006 nömrəli, 20 aprel 2006-cı il tarixli qətnaməsindən AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-242/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-242/2022
04.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver