Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2423/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 MMC-nin nümayəndəsi X7, Cavabdeh1 və onun nümayəndəsi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsi ilə İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, İddiaçı1 MMC ilə Cavabdeh2 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21- ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin və İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı1 MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(105)-2724/2017 saylı qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, İddiaçı1 MMC və Cavabdeh2 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki, ümumi sahəsi 129,13 kvadrat metr olan, 3 otaqdan ibarət 33 saylı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi və İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və tərəflərin ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2536/2016 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)- 2541\2018 saylı qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilərək İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmiş və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Cavabdeh Y.N.X3 Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2375/2020 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(105)-2541/2018 saylı qətnaməsi Cavabdeh1 kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni iddia tələbinin İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı1 MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, MMC 2014-cü ilin ortalarında müqavilə əsasında Abşeron rayonu Xırdalan şəhərində beş ədəd tək bloklu 12 mərtəbəli binaların tikintisi üçün torpaq sahəsi götürərək yüksək mərtəbəli binanın tikintisinə başlamışdır. Həmin vaxt qeyd olunan torpaq sahəsinin sahibi ilə X5 vasitəsilə tanış olmuşlar. Tanışlıqdan sonra qarşı tərəflə razılaşma olduğundan vasitəçiliyə görə tikiləcək binadan üç otaqlı olmaqla bir mənzil veriləcəyi vəd verilmişdir. İnşa işləri başladıqdan sonra MMC X6 vəd verdiyi üç otaqlı mənzili onun adına rəsmiləşdirmişdir. Həmin vaxt X7 şirkətə gedib-gəlmiş və 2014-cü ilin may ayının əvvəllərində onlara bildirmişdir ki, inşa olunan mənzildən pul ödəmə şərtilə daha iki mənzil lazımdır. Onu əvvəldən tanıdığlarından etraz etməmişlər. Babayev Elxan dərhal ödəniş edə bilməyəcəyini, tədricən ödəmə edəcəyini bildirmiş və onun tikinti sektorunda əlaqəsinin olduğunu bildirərək tikintiyə lazım olan tikinti materiallarını verəcəyini söz vermişdir. Onlar şifahi razılaşma əldə etdikdən sonra Babayev Elxan iki şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqələri onun qızı Cavabdeh2 və qardaşı Cavabdeh1 adına olmuşdur. Babayev Elxan mənzillər yazıldığı təqdirdə bir il altı ay müddətində ödəmələri başa catdıracağına söz vermişdir. Onlar xx xxx 2014cü il tarixində Cavabdeh2 adına “MMC’ tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki 33 saylı sahəsi 129.13 kv.nı, dəyəri 64.565 (altmış dörd min beş yüz altmış beş) manat olan mənzil və Cavabdeh1 adına isə MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki 49 saylı sahəsi 125,78 kv.m., dəyəri 62890 (altmış iki min səkkiz yüz doxsan) manat olan mənzil üzrə alqı-satqı müqaviləsi bağlamışlar. Qeyd olunan mənzillər üzrə ödənişlər 2015-ci ilin dekabr ayının 23-dək yekunlaşmalı idi. Alqı-satqı müqaviləsi bağlandıqdan sonrakı bir il altı ay müddətində nə adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər, nə də X7 tərəfindən hər hansı ödəniş olmamışdır. Alqı-satqı zamanı adlarına mənzil rəsmiləşdirilmiş şəxslər iştirak etməmiş, Elxan Babayevi tanıdıqları üçün onlar tərəfindən ona olan inamın nəticəsində bağlanmışdır. Bütün alıcılara münasibətdə MMC özünün daxili imkanları hesabına bir il altı ay ödəniş müddəti verir. Ona görə də, Cavabdeh2 və MMC arasında Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın “A” girişi, 6-cı mərtəbəsindəki 33 saylı, sahəsi 129.13 kv.m, dəyəri 64.565 (altmış dörd min beş yüz altmış beş) manat olan mənzil və Cavabdeh1 ilə MMC arasında Abşeron rayonu, Xırdalan şəlıəri, Həzi Aslanov küçəsi 21-ci nıəhəllədə inşa olunan binanın “C” girişi, 10-cu mərtəbəsindəki 49 saylı, sahəsi 125,78 kv.m, dəyəri 62.890 (altmış iki min səkkiz yüz doxsan) manat olan mənzil üzrə xx xxx 2014-cü il tarixli alqı-satqı müqavilələrinin bağlandığı andan etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2016-cı il tarixli qətnaməsi qəbul edərkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına hüquqi düzgün qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və onun nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 MMC-nin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 MMC-nin Cavabdeh2 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, 21-ci Məhəllədəki tikilməkdə olan yaşayış biqasının “A” giriş, 6-cı mərtəbəsində 33 saylı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və həmin qətnamə ona aid hissədə qanuni qüvvəsini almışdır. Hazırda Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni iddia tələbinin İddiaçı1 MMC ilə Cavabdeh1 arasında xx xxx 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvadrat metr olan 3 otaqdan ibarət 49 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissədə araşdırılır. İş materiallarında olan İddiaçı1 MMC və Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-ci il tarixli mənzil alğı-satqısı haqqında müqavilədən görünür ki, tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki tikilməkdə olan yaşayan binasının “C” giriş, 10-cu mərtəbəsində 49 saylı mənzilin 62890 manata Cavabdeh1 satılmasına dair razılaşmışlar. Müqavilə bağlanan günü alıcı tərəfindən mənzilin ümumi dəyərinin tam ödənilməsi razılaşdırılmışdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İşin faktiki hallarından görünür ki, tərəflər arasındakı mübahisəli mənzillə bağlı münasibətlərə istinad olunan normaların əsas dispozitiv şərtləri baxımından yanaşdıqda həmin mənzillə bağlı imzalanmış müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilmir. Digər tərəfdən, Ali Məhkəmənin də qərarında ifadə olunmuş mövqeyinə görə mənzilin dəyərinin cavabdeh tərəfindən həqiqətəndə ödənilməməsi müqavilənin etibarsızılığı üçün yox, ləğvi üçün əsas olan bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibtlərinə əsaslanaraq hesab edir ki, birinci intansiya məhkəməsi iddia ərizəsini Cavabdeh1 aid hissədə təmin edərkən düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvm olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış xx xxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etirabsız hesab edilməsi tələbinə dair iddiası mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv edilib, iddianın ona aid hissədə rədd edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-4696/2016 saylı qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin. İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə inşa olunan binanın «C» girişi, 10-cu mərtəbəsindəki sahəsi 125,78 kvm olan 3 otaqdan ibarət 49 saylı mənzilə dair bağlanmış xx xxx 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etirabsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2423/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2423/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver