Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-243/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı2 Abasəli oğlunun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı2 Abasəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(026)-3/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Abasəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun sökülərək boşaldılması, orada inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi və həmin sahəsinin onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(026)-3/2020 saylı qətnaməsi ilə (hakim M.Quliyev) iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı2 Abasəli oğluna məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi, torpaq sahəsinin sahibinə qaytarlması qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı2 Abasəli oğlu iddiasını onunla əsaslandırmışdır ki, o, 29 oktyabr 2004-cü il tarixdə Şamaxı rayonunun Avaxıl Bələdiyyəsindən 3 hektar torpaq sahəsi almış, həmin sahənin 0,20 hektar hissəsinin təyinatı tikinti üçün nəzərdə tutulmuşdur. O, bu torpaq sahəsini dövlət qeydiyyatına aldırmış və ona müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı verilmişdir. Bir neçə vaxtdır ki, onun qonşuluğunda torpaq sahəsi almış Bakı şəhər sakini Cavabdeh ona məxsus torpaq sahəsinin 0,50 hektarını tutaraq ətrafına metal tor çəkib və həmin sahədə 5 ədəd kottec tikdirmişdir. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsini boşaltmır və sökmür. Cavabdeh Avaxıl bələdiyyəsindən aldığı torpağın mülkiyyətində olmasına dair 5 dəfə ayrı-ayrı hüquqmüəyyənedici sənədlər almışdır. Həmin sənədlər bir-biri ilə üst-üstə düşmür, hər sənəddə cavabdehə məxsus torpağın koordinatları müxtəlif göstərilir. Bundan başqa, peyk vasitəsi ilə çəkilmiş fotoşəkillərdə Cavabdeh ona məxsus torpaqda 5 ədəd kottec tikdirdiyi aydın görünür. Buna baxmayaraq, o, cavabdehə mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, lakin cavabdeh ilkin olaraq barışığa razı olsa da, sonradan bundan imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi hallar əsaslandırılmamış, tələbin doğruluğunu təsdiq edə bilən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan çoxsaylı mütəxəssis və ekspert rəyləri ilə onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi, orada hər hansı tikinti işlərini aparmadığını təsdiq etdiyi halda, məhkəmə bu sübutları nəzərə almamış, ona qarşı qərəzli davranmışdır. Məhkəmənin istinad etdiyi peyk vasitəsilə çəkilmiş 30 x 42 sm ölçüdə olan fotoşəkil isə bu tip mübahisələr üzrə mötəbər sübut kimi qəbul edilmir. Mübahisə bu şəkillə həll olunursa, o zaman iş üzrə çoxsaylı ekspertiza tədqiqatlarının aparılmasına nə zərurət vardı? Qətnamədə qeyd edilmişdir ki, onun adına olan çoxsaylı dövlət aktlarında torpaq sahəsinin sxemi, koordinatları və sərhəd cizgiləri fərqlidir, lakin hansı cizgilərin hansı sahədə fərqli olduğu qətnamədə göstərilmir. İş materiallarında onun iddiaçıya məxsus 0,50 ha torpaq sahəsini hasara aldığını və bu ərazidə tikililər inşa etdiyini təsdiq edən mötəbər sübutlar yoxdur. Onun inşa etdiyi tikililər isə Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilən əsaslarla inşa edilməmişdir, bunun üçün o, müvafiq qurumlardan rəsmi icazə almışdır. Bu barədə 10.08.2005-ci il tarixli akt vardır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, aparılmış tədqiqatlar nəticəsində müəyyən olunub ki, onun da torpaq sahəsinə iddiaçı tərəfindən müdaxilə olunub. İddiaçı onun torpaq sahəsindən çıxarılsa, o da iddiaçının sahəsindən çıxmağa razıdır. Ona görə də o, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 da cavabdehin izahatına uyğun izahat verərək, iş üzrə çıxarılmış qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 Abasəli oğlunun vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirdi ki, iş üzrə çıxarılmış qətnamə tamamilə qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri bu qətnamənin ləğvi üçün əsas ola bilməz. Verilmiş ekspertiza rəyi qüsurludur və həmin rəy qətnamənin ləğvi üçün əsas ola bilməz. Buna görə də o, şikayətin rədd olunmasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iş üzrə rəy vermiş "xxxx" MMC-nin mütəxəssisi X5 bildirdi ki, həmin MMC tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli rəyi tamamilə əsaslıdır. Ölçmə və tədqiqat işlərində şəxsən iştirak etmiş və qərardadda mübahisə üzrə qoyulmuş suallara müfəssəl və ətraflı cavablar verilmişdir. Araşdırma tərəflərin ilkn torpaq ayırma sənədləri əsasında aprılmışdır.Tərəflərə məxsus torpaq sahələrinə dair müxtəlif konfiqurasiyalı sənədlər olsa belə, həmin torpaq sahələrinin təmas xətləri eyni olaraq qalmışdır. Ərazinin baş planına əsasən tərəflərə məxsus torpaq sahələrinin arasında yol nəzərdə tutulmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, onlar bir-birilərinə məxsus torpaq sahələrinə müvafiq ölçüdə müdaxilə etmişlər. Cavabdeh tərəfindən zəbt edilmiş sahədə isə heç bir tikinti işi aparılmamış, məftildən çəpər çəkilmişdir. Məhkəmə kollegiyasının iclasında Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 bildirdi ki, onun tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli rəyi tamamilə əsaslıdır. Ölçmə və tədqiqat işlərində şəxsən iştirak etmiş və qərardadda mübahisə üzrə qoyulmuş suallara "xxxx" MMC-nin 07 iyun 2021-ci il tarixli rəyi nəzərə alınmaqla ətraflı cavablar verilmişdir. Tərəflərə məxsus torpaq sahələrinin təmas xətlərində metal torlar vardır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, onlar bir-birilərinə məxsus torpaq sahələrinə müvafiq ölçüdə (420 və 640 kv.metr) müdaxilə etmişlər. Üst-üstə düşən sahələrdə heç bir tikinti işi aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktının surətindən görünür ki, İddiaçı2 Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə 3,00 hektar torpaq sahəsi (0,20 ha tikinti altı, 2.80 ha k/t məqsədi ilə) satılmış, onun mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında 28 noyabr 2005-ci ildə qeydə alınmışdır. Yenə işdə olan torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu dövlət aktının surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə 2,00 hektar torpaq sahəsi (1,0 ha tikinti altı, 1,0 ha k/t məqsədi ilə) satılmış, onun mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında 17 dekabr 2004-cü ildə qeydə alınmışdır. Yenə də iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin dövlət torpaq kadastrı kitabında 11 noyabr 2011-ci il tarixdə, 383 nömrə ilə uçota alınmış 375102 saylı planı və ölçüsündən görünür ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Bakı şəhər sakini Cavabdeh Raryel oğluna 20000 kv.metr (1.0 ha tikinti altı, 1.0 ha kənd təsərrüfatı məqsədi ilə) torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən 16 noyabr 2004-cü il tarixdə, 138 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl bələdiyyəsi ərazisindən 2.00 hektar torpaq sahəsi satılması barədə 17 sentyabr 2004-cü il tarixli, 16 nömrəli qərar qəbul edilmişdir. İşdə olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının 23.08.2005-ci il tarixli, 118 saylı sərəncamından görünür ki, Cavabdeh rayonun Avaxıl bələdiyyəsinin ərazisindən alqı-satqı qaydasında aldığı 2 (iki) hektar torpaq sahəsinin 0,45 hektarında istirahət obyektinin tikintisinə icazə verilmişdir. Yenə iş materiallarında olan Dövlət Yerquruluşu Layihə İnstitutunun direktor müavini Qədir Əliyev, DT və XK-nin Şamaxı rayon şöbəsinin müdiri Nurəddin Mehdiyev, DT və XK-nin Şamaxı rayon şöbəsinin mütəxəssisi Ağaveyis Kərimov, DT və XK-nin Şamaxı rayon şöbəsinin mütəxəssisi Fərid Nağdəliyev, Avaxıl bələdiyyəsinin nümayəndəsi Yusif Balayev, torpaq mülkiyyətçisi İddiaçı1 və torpaq mülkiyyətçisi Cavabdeh 24 may 2013-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, İddiaçı2 ərizəsinə əsasən dövlət aktına, ilkin sənədlərə və arxiv materialları əsasında naturada torpaq sahəsinin ara sərhədləri ölçülərkən məlum olmuşdur ki, Cavabdeh həqiqətən də şikayətçi İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində tikinti işləri aparmışdır. Cavabdeh izah edilmişdir ki, ona məxsus torpaq sahəsindən kənarda tikinti altındakı və ətrafındakı torpaq sahəsi digər mülkiyyətçinin ərazisidir. Bir daha hər iki mülkiyyətçinin sərhəd döngə nöqtələri nişanlanaraq tərəflərə tanıdılmışdır. Bundan əlavə, məlum olmuşdur ki, mülkiyyətçilər üçün hazırlanmış ilkin torpaqayırma sənədlərinin hazırlandığı baş sxem natura və uçot xəritələri ilə uyğun gəlmir. İş materiallarında olan Şamaxı rayonu Avaxıl bələdiyyəsinin sədri İ.P. Lətifov, Avaxıl bələdiyyəsinin mühasibi Y.Q Balayev, Ağsu rayon AYİ-nin mühəndisi V.S. Əsgərov və V.T. Dilbazovun 25 avqust 2015-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, İddiaçı2 məxsus 2 ha torpaq sahəsinin yerə köçürülməsi bir daha yoxlanılmış, koordinatlar yerə köçürülən zaman qoyulan mərz nişanlarının düzgünlüyü təsdiq olunmuşdur. Cavabdeh Taryel oğluna məxsus 5 ədəd tikintinin hamısı Cavabdeh məxsus torpaq sahəsində tikildiyi aşkar olunmuşdur. Ölçüsü aparılan JN 0246 saylı dövlət aktı ilə verilən Cavabdeh məxsus torpaq sahəsinin yerə düzgün köçürülməsi təsdiqlənmişdir. Yenə iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonunun Avaxıl bələdiyyəsindən 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı2 mülkiyyətinə 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı məqsədi ilə olmaqla 3.00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 28 noyabr 2005-ci il tarixdə 678 nömrə ilə qeydə alınaraq JN-346 kod ********* nömrəli dövlət aktı hazırlanmışdır. Şamaxı rayonunun Avaxıl bələdiyyəsindən 17 sentyabr 2004-cü il tarixli, 6 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 1,0 ha tikinti, 1,0 ha kənd təsərrüfatı məqsədi ilə olmaqla 2.00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 17 dekabr 2004-cü il tarixdə 354 nömrə ilə qeydə alınaraq JN-246 kod ********* nömrəli dövlət aktı hazırlanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hər iki mülkiyyətçi onlara aid torpaq sahələrindən düzgün istifadə etməmişlər. İddiaçı2 mülkiyyətində olan 3,0 hektar və Cavabdeh mülkiyyətindəki 2,0 ha torpaq sahələri arasında yol məqsədilə 5 metrdən 7 metrədək məsafə saxlanılmışdır, hansı ki, yol kimi saxlanılan həmin torpaq sahəsi onlar tərəfindən dəmir torla çəpərə alınmışdır. Yol kimi nəzərdə tutulan torpaq sahəsinin 1316 kv. metri İddiaçı2, 692 kv. metri isə Cavabdeh çəpərə aldığı torpaq sahəsinin daxilindədir. İddiaçı2 Abasəli oğlunun mülkiyyətindəki torpaq sahəsinin 304 kv. metri Cavabdeh Tariyel oğlunun çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Üst-üstə düşən sahədə hər hansı tikinti işlərinin aparılması müəyyən olunmamışdır. Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin 704 kv.metri İddiaçı2 Abasəli oğlunun çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Üst-üstə düşən sahədə hər hansı tikinti işlərinin aparıldığı müəyyən olunmamışdır. Cavabdeh mülkiyyətinə aid torpaq sahəsinin 6252 kv.metr hissəsindən başqa şəxs tərəfindən istifadə olunur. Cavabdeh ona məxsus torpaq sahəsinə bitişik Avaxıl bələdiyyəsinin mülkiyyətinə aid 5972 kv.metr torpaq sahəsini də çəpərə almışdır. Cavabdeh faktiki istifadəsində olan 2,0 hektar torpaq sahəsindən istifadə edir. İddiaçı2 torpaq sahəsinin bir tərəfi açıqdır və çəpərə alınmamışdır. Lakin onun mülkiyyətindəki torpaq sahəsinin cənubi-şərq hissəsindən 5340 kv. metri digər şəxs tərəfindən istifadə olunur. İddiaçı2 Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinin qərarı ilə verilmiş və 28 noyabr 2005-ci ildə 41010058 seriya ilə qeydə alınmış Dövlət Aktında göstərilən 2,80 ha torpaq sahəsinin və Cavabdeh Şamaxı bələdiyyəsinin qərarı ilə 1 ha tikinti, 1 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş və dekabr 2004-cü il tarixdə JN-246 kod 41010058 seriya ilə qeydə alınmış dövlət aktında göstərilən cizgilər daxilində torpaq sahəsinin sənədlər üzrə deyil, naturada istifadə etdikləri torpaqların bir hissəsi üst-üstə düşür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2014-cü il tarixli, 5134 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyini və mülki işdə olan sənədləri nəzərə alaraq, İddiaçı2 Şamaxı Avaxıl bələdiyyəsinin qərarı ilə 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş 28 noyabr 2005-ci il tarixli, 346 Kod 41010058 seriya ilə qeydə alınmış Dövlət Aktında cizgi daxilində olan torpaq sahəsinin və Cavabdeh Şamaxı rayon Avaxıl bələdiyyəsinin qərarı ilə 1,0 ha tikinti, 1,0 ha r kənd təsərrüfatı məqsədi üçün verilmiş 17 dekabr 200ü-cü il tarixli JN N:246 058 seriya ilə qeydə alınmış Dövlət Aktında göstərilən cizgilər torpaq sahələrinin sənədlər üzrə deyil, naturada istifadə etdikləri sahələrinin üst-üstə düşməsi, İddiaçı2 mülkiyyətindəki torpaq sahəsinin 304 kv.metr hissəsinin Cavabdeh çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində, Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin 704 kv.metr hissəsinin isə İddiaçı2 çəpərə aldığı torpaq sahəsi hüdudları daxilində qalması, üst-üstə düşən torpaq sahələrində tikinti işlərinin aparılmaması müəyyən edilir. Mütəxəssis rəyində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh mülkiyyətinə aid torpaq sahəsinin 6252 kv.metr hissəsindən başqa fiziki və ya hüquqi şəxs tərəfindən istifadə olunur. Cavabdeh ona məxsus torpaq sahəsinə bitişik Avaxıl bələdiyyəsinin mülkiyyətinə aid 5972 kv.metr torpaq sahəsini çəpərə almışdır. Cavabdeh faktiki istifadəsində 2,0 hekatar torpaq sahəsi vardır. İddiaçı İddiaçı2 mülkiyyətindəki torpaq sahəsinin bir tərəfi açıqdır və çəpərə alınamışdır. Lakin onun mülkiyyətindəki torpaq sahəsinin cənubi-şərq hissəsindən 5340 kv. metr digər şəxs tərəfindən istifadə olunur. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli, 32623 saylı ekspert rəyindən görünür ki, mülki iş üzrə verilmiş mütəxəssis rəylərində göstərilən mübahisəli sahələri plan-cizgiləri və həmin sahələrə dair verilmiş koordinatları fərqli olduğuna və mütəxəssis rəylərinin nəticələri arasında zidiyyətlər olduğuna görə, hazırkı ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Göstərilən məsələ son nəticədə ilkin sənədlərdə olan baza məlumatları ekspertizaya təqdim edildikdən sonra mütəxəssisin iştirakı ilə baxış keçirilərək müqayisəli şəkildə tədqiq olunduqdan sonra həll edilə bilər. Yenə də işə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 avqust 2019-cü il tarixli, 80 saylı mütəxəssis rəyindən görünür ki, tərəflərə məxsus torpaq sahələri sənəd üzrə qonşuluqda yerləşməklə aralarında 5-7 metrlik boş zolaq yerləşir. Cavabdeh tərəfindən ərazisi dəmir torla çəpərə alınarkən müəyyən dərəcədə səhvə yol verilmiş və o boş zolağa və iddiaçının ərazisinin 300 kv.metrinə müdaxilə etmişdir. Cavabdeh tərəfindən İddiaçı2 məxsus çəpərə alınmış sahədə tikinti işləri aparılmamışdır. Müdaxilə olunmuş hissə Vüqar Dilbazovun torpaq sahəsinin cənubunda, İddiaçı2 torpaq sahəsinin isə şimal hissəsindədir. Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlar kameral şəraitdə dəqiqləşdirilərkən məlum oldu ki, onun mülkiyyətində olan torpaq sahəsinin cizgisi həmin plan ölçüdə uzunluq hissədən qısaldılaraq en hissədən artırılmışdır. Lakin həmin en hissədən ölçülərin artırılması zamanı iddiaçının yerinə müdaxiləyə yol verilməmişdir. En hissədən artırılma ətrafda olan boş, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin hesabına aparılmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərə məxsus hüquqvericı sənədlərə əsasən üst-üstə düşmür. Mübahisəli torpaq sahəsi üzərində tikinti işləri aparılmamışdır. İddiaçı2 JN 0346 saylı dövlət aktı ilə mülkiyyətində olan 3,0 hektar torpaq sahəsinin 300 kv. metri Cavabdeh tərəfindən dəmir torla çəpərə alınmışdır, həmin hissədə tikinti işləri aparılmamışdır Müdaxilə olunmuş hissə Cavabdeh torpaq sahəsinin cənubunda, İddiaçı2 torpaq sahəsinin isə şimal hisəsindədir. Torpağın mülkiyyət hüququna dair 28 noyabr 2005-ci il tarixli JN 0346 seriyalı 41010058 kodlu dövlət aktı ilə müəyyən edilmiş torpaq sahəsinin plan və cizgiləri, torpağın mülkiyyət hüququna dair 17 dekabr 2004-cü il tarixli JN 0246 seriyalı 41010058 kodlu dövlət aktı ilə müəyyən edilmiş torpaq sahəsinin planı və cizgiləri ilkin sənədlərdə olan baza məlumatları əsasında (mülki işin 164-173-cü səhifəsində olan) müqayisəli şəkildə tədqiq edilərkən məlum oldu ki, həmin sənədlər baza məlumatlarına uyğun hazırlanmışdır. Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş, 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlar kameral şəraitdə dəqiqiəşdirilərkən məlum oldu ki, onun mülkiyyətində olan torpaq sahəsinin cizgisi həmin plan ölçüdə uzunluq hissədən qısaldılaraq en hissədən artırılmışdır. Lakin, həmin en hissədən ölçülərin artırılması zamanı iddiaçının yerinə müdaxiləyə yol verilməmişdir. En hissədən artırılma ətrafda olan boş, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin hesabına aparılmışdır. Həmin Komitə tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün nəyin əsasında dəyişdiriməsi barədə iş materiallarına sənəd əlavə edilmədiyindən bu hissədə araşdırma aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2019-cu il tarixli, 14864 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iş materiallarındakı məlumatlara əsasən Cavabdeh məxsus 2,0 ha torpaq sahəsinə dair eyni nömrəli və tarixli (JN246 KOD 41010058 17.12.2004) dövlət aktı və 375102 saylı, 11 noyabr 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində eyni torpaq sahəsinə dair qeyd edilən koordınatlar, eləcə də torpaq sahələrinin konfiqurasiyası bir-birindən fərqli olduğuna, Dövlət Yerquruluşu Layihə İnstitutunun, DTXK-nın Şamaxı rayon şöbəsinin və Avaxıl bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24.05.2013-cü ıl tarixli aktın məlumatlarına, həmçinin tədqiq olunan hər iki torpaq sahələrinə dair ilkin arxiv sənədləri, dövlət aktları, koordinat nöqtələri olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilmədiyinə, eləcə də ayrı-ayrı suallar üzrə mütəxəssis aktlarında göstərilən faktlar birbirinə uyğun olmadığına görə, tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 oktyabr 2019-cu il tarixli, **********40 saylı mütəxəssis rəyindən görünür ki, mülki işə əlavə edilmiş iddiaçıya JN-0346 saylı dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.0 hektar torpaq sahəsi ilə naturada torpaq istifadəçıliyi arasında uyğunsuzluq olduğundan və eyni zamanda Cavabdeh JN-0246 saylı Dövlət aktı ilə verilmiş 2.0 hektar torpaq sahəsi ilə naturadakı torpaq istıfadəçiliyi arasında uyğunsuzluq olduğundan üst-üstə düşməni müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş, iddiaçı və cavabdeh tərəfindən istifadə olunan torpaq sahələri naturada üst-üstə düşmür. Eyni zamanda iddiaçı və cavabdehin naturada istifadə etdikləri torpaq sahələri arasında olan sərhəd metal torla hasarlanmışdır. İddiaçı tərəfindən naturada mübahisələndirilən torpaq sahəsi cavabdehin istifadəsində olmaqla tikintilər mövcuddur. JN-0346 saylı Dövlət aktına əsasən İddiaçı2 Abasəlı oğlunun mülkiyyətinə verilmiş 3.0 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədləri mülki işə əlavə edilməmişdir. Eyni zamanda bildirilir kı, iddia olunan torpaq sahəsinin zəbt edilib-edilməməsini müəyyənləşdirmək mütəxəssis səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü hansı baza məlumatları əsasında verilərək dəyişdirilməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Cavabdeh Tariyel oğlunun müraciəti əsasında 29 aprel 2016-cı il tarixdə tərtib edilmiş akt JN 0246 saylı Dövlət aktı ilə verilmiş 2,0 ha il tarixdə tərtib edilmiş akt) JN-0246 saylı Dövlət aktı ilə verilmiş 2 0 ha torpaq sahəsi naturada tanıdılmışdır. Kameral araşdırma zamanı məlum olmuşdur ki, naturada tanıdılmış torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Yenə iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2021-ci il tarixli, **********35 saylı mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinin 29 oktyabr 2004-cu il tarixli, 19 saylı qərarına əsasən (JN-0346 saylı, 41010058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı) İddiaçı2 Abasəli oğluna ayrılmış 3,0 ha torpaq sahəsi ilə iddiaçının naturada istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşsə də konfiqurasiya və sahə uyğunsuzluğu vardır. İlkin torpaqayırma sənədləri təqdim edilmədiyindən JN-0346 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinin 17 sentyabr 2004-cu il tarixli, 16 saylı qərarına əsasən (JN- 0246 saylı, 41010058 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı) Cavabdeh Tariyel oğluna ayrılmış 2,0 ha torpaq sahəsinin cizgiləri ilə cavabdehin faktiki naturada istifadə etdiyi torpaq sahəsi arasında konfiqurasiya fərqi mövcuddur. İlkin torpaqayırma sənədləri təqdim edilmədiyindən AN 375102 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilkin torpaqayırma sənədlərinə uyğun olduğunu müəyyən etmək mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan kompleks yerquruluşu xəritəsi ilə naturadakı faktiki istifadəçilik arasında konfiqurasiya sahə fərqi mövcud olduğundan iddiaçiya aid oian JN 0346 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 3,0 ha torpaq sahəsinin cavabdehə aid olan JN 0246 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 2,0 torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Elektron məlumat bazasında mövcud olan kompleks yerquruluşu xəritəsilə naturada faktiki istifadəçilik arasında konfiqurasiya və sahə fərqi mövcud olduğundan iddiaçıya aid JN 0346 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 3,0 ha torpaq sahəsinə hər hansı formada müdaxilənin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Mövcud xəritə materialları ilə natura arasındakı uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respubhkası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respubhkasında torpaqların elektron kadastr uçotu inforrnasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 fevral 2021-ci il tarixli, 10/3035 saylı məktubundan görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin rəyinin təqdim edilməsi zəruri olduğundan bu barədə 23 oktyabr 2020-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətə cavab olaraq tədqiqat obyektinə mütəxəssislər tərəfindən baxış keçirilməsi mümkün olmamışdır. Sonradan 01.12.2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinə xatırlatma məktubu göndərilmişdir. Məhkəmənin məktubuna əsasən 08.12.2020-ci il tarixdə iddiaçının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Ağsu LTİ-nin mütəxəssislərinin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş və GPS vasitəsilə ölçü işləri aparılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2021-ci il tarixli, **********35 saylı mütəxəssis rəyi təqdim edilmiş, lakin qərardadda qoyulmuş suallar mütəxəssislər tərəfindən cavablandırılmamışdır. Eyni zamanda 10/3035 saylı vəsatətdə qeyd olunan mübahisəli əraziyə dair baza məlumatları təqdim olunmamışdır. Qeyd olunur ki, təqdim olunmuş mütəxəssis rəyində JN-0346 saylı, 41010058 kodlu dövlət aktının, JN-0246 saylı, 41010058 kodlu dövlət aktının və AN 375102 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ilkin torpaqayırma sənədləri təqdim olunmadığından həmin dövlət aktlarının ilkin torpaqayırma sənədlərinə uyğun olub-olmamasının müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur. Lakin həmin dövlət aktlarının, torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasında istinad edilən ilkin torpaqayırma sənədləri (cizgi, xəritədən çıxarış, ayrıc aktı və s.) ƏMDK-nin baza və arxivində olan məlumatlardır. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar icra olunmadan mülki iş materialları geri qaytarılır. İşə əlavə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı2 etibarnamə ilə iştirak etmiş nümayəndəsinin verdiyi məlumata əsasən JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin bitişik və mübahisəli sərhədi istisna olmaqla digər sərhədləri naturada məlum olmadığından ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə bitişik və mübahisəli sərhəddinin naturadakı vəziyyəti ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara uyğundur. 375102 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi ilkin torpaqayırma sənədlərə qismən uyğundur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsi ilə Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahələrində ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara (DWG) əsasən İddiaçı2 əlavə 0,064 ha torpaq sahəsindən, Cavabdeh isə əlavə 0,042 ha torpaq sahəsindən istifadə edirlər. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır (sxem əlavə olunur). Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsində naturada ölçmə işlərinin aparılması mümkün olmadığından kənar şəxslər tərəfindən hər hansı formada müdaxilə olub-olmaması bilinməmişdir. Yenə də işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 10/1266 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3,00 hektar torpaq sahəsinə dair tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı2 ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin bütün sərhədləri müəyyən olunmadığından, İddiaçı2 məxsus torpaq sahəsinin JN 0346 saylı, 41010058 kodlu dövlət aktına uyğun naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin mübahisəli hissədə olan sərhəd xətti istisna olmunmaqla digər sərhədlərinin JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”na uyğun olmadığı müəyyən olunur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahəsinə dair iş materillarında (1-ci cild, səh 29-32 də) olan torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentya br 2004-cü il tarixili, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh məxsus iş materiallarında olan 1-ci cild, səh 37-40 da göstərilmiş JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktr’nın və 1-ci cild, səh 41-42 də göstərilmiş AN 375102 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ekspertizaya təqdim edilmiş Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədinə uyğun olmadığı müəyyən olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı2 tərəfindən istifadə olunur. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsində naturada ölçmə işlərinin aparılması mümkün olmadığından kənar şəxslər tərəfindən hər hansı formada müdaxilə olubolmaması bilinməmişdir. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir torla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları əlavə alınmış ekspert rəyi ilə birgə araşdıraraq və işin hallarına hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 2(026)-3/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh Tariyel oğluna Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan (1 ha tikinti, 1 ha kənd təsərrüfatı təyinatlı) 2 ha torpaq sahəsi, 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarıyla isə İddiaçı2 Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan (0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı təyinatlı) 3 ha torpaq sahəsi ayrılmışdır. Tərəflər bu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər almışlar. Belə ki, Cavabdeh torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu dövlət aktı, İddiaçı2 isə torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı almışdır. İş materiallarından görünür ki, hər iki sahə qonşuluqda yerləşirlər və müəyyən xətt üzrə kəsişirlər. Hazırda İddiaçı2 Abasəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun sökülərək boşaldılması, orada inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi və həmin sahəsinin onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə bir sıra ekspertiza təyin etsə də, son nəticəyə gələrkən tərəflərə verilmiş dövlət aktlarının, həmin aktlara əlavə olunmuş sxemlərin, koordinatların və sərhəd cizgilərinin müqayisəsinə, habelə işdə olan digər sənədlərə əsasən belə nəticəyə gəlmişdir ki, Cavabdeh tərəfindən İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin 0,50 hektarı özbaşına olaraq tutulmuş və həmin tutulmuş torpaq sahəsi dəmir torla hasarlayaraq 5 ədəd kottec tikmişdir, buna görə də iddia təmin olunmalıdır. Məhkəmənin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən razılaşmır. Yuxarıda da qeyd edildiyi kimi, tərəflərə bələdiyyə tərəfindən verilmiş torpaq sahələri qonşuluqda yerləşməklə müəyyən hissədə kəsişirlər. İşdəki çoxsaylı ekspert və mütəxəssis rəylərindən tərəflərin torpaq sahələrinin kəsişməsi, konfiqurasiyası barədə dolğun məlumat olmadığından, eləcə də, bu rəylər arasında kəskin ziddiyyətli məqamlar olduğundan məhkəmə kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın ilkin torpaq ayırma sənədləri əsasında aparılması tələb edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07 iyun 2021-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsi ilə bitişik və mübahisəli sərhəddinin naturadakı vəziyyəti ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara uyğundur. 375102 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi ilkin torpaqayırma sənədlərə qismən uyğundur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarına əsasən İddiaçı2 Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsi ilə Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahələrində ilkin torpaqayırma sənədlərinə və elektron bazada olan məlumatlara (DWG) əsasən İddiaçı2 əlavə 0,064 ha torpaq sahəsindən, Cavabdeh isə əlavə 0,042 ha torpaq sahəsindən istifadə edirlər. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır (sxem əlavə olunur). Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, 07.06.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, İddiaçı2 məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı2 tərəfindən istifadə olunur. Həmin üstüstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir torla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. AR Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Orada tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarındakı ekspert rəyləri ilə razılaşmayan cavabdehin vəsatəti əsasında yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis və ekspert rəylərilə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 0,042 ha hissəsini zəbt etmiş, oranı dəmir torla hasarlamışdır. Lakin bu ərazidə hər hansı tikinti işləri aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia məhz bu hissədə təmin edilməlidir, yəni cavabdeh zəbt etdiyi hissədə torpaq sahəsindən çıxarılmalı, məftildən çəkilmiş çəpər onun hesabına sökülməli, bu sahədə isə onun tərəfindən heç bir tikinti işləri aparılmadığından iddia tikililərin sökülməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı2 Abasəli oğlu iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir və buna görə də onun iddiası qismən təmin olunmalıdır. Eləcə də cavabdeh apelyator da öz dəlillərini qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual normaları pozmuşdur ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməli, ekspertiza xərcləri isə tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesablarına keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(026)- 3/2020 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh tərəfindən İddiaçı2 Abasəli oğluna məxsus torpaq sahəsinin 0,042 ha hissəsinin kənarına çəkilmiş metal tor cavabdehin vəsaiti hesabına sökülsün və həmin torpaq sahəsi iddiaçıya geri qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Keçirilmiş ekspertizalarının xərci olaraq cəmi 450 manat pulun 225 manatı Cavabdeh, 225 manatı isə İddiaçı2 Abasəli oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına, mütəxəssis rəyinin verilməsi üçün hesablanmış 216 manat pulun 113 manatı Cavabdeh, 113 manatı isə İddiaçı2 Abasəli oğlundan alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin bank hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-243/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-243/2021
06.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver