Məhkəmə qərarları › İş №2(105)-2430/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2430/2020

10.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2430/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 2qayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı, cavabdeh X12 iştirakı ilə ünvan 2qayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsindən cavabdeh A.H.Hüsenovanın verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : ünvan 2qayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı cavabdeh X18 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü X25 ilə birlikdə ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, (yataqxana) ev 6 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh A.H.Hüsenova apelyasiya şikayəti verib, ünvan 2qayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ünvan 2qayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019 il tarixli, 2(105)- 2795/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib, ünvan 2qayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X18 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü X25 ilə birlikdə ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, (yataqxana) ev 6 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh A.H.Hüsenova kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-1820/2020 saylı qərarı ilə cavabdeh A.H.Hüsenovanın kasasiya şikayəti qismən təmin edilib, ünvan 2qayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019 il tarixli, 2(105)- 2795/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana ev 6, otaq 8 onun ata evidir. Mənzil dövlət mənzil fonduna aiddir. Sözügedən yataqxana mərhum atası - X13 1999-cu ildə orderlə verilmişdir. Həmin ildən də onlar sözügedən mənzilə köçmüş və orada uzun müddət yaşamışlar. Atası ilə anası ayrılandan sonra o, xalası ilə yaşamağa başlamışdır. 2015-ci ildən isə yenidən həmin ünvanda yaşamağa başlamışdır. X7 xx.xx.2018-ci ildə dünyasını dəyişmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşayan atası Qismət və onun həyat yoldaşı Hüseynova Afayət atasının ağır xəstəliyi ilə əlaqədar ünvan 2qayıta qayıtmış və daimi istifadəsində olan yuxarıda göstərdiyi ünvanda yaşamağa başlamışlar. O, evdə darlıq olmasın deyə evdən çıxıb kirayədə yaşamağa başlamışdır. Sonradan atası rəhmətə getmiş, atasının həyat yoldaşı evin açarlarını dəyişərək çıxıb getmişdir. Hazırda bütün əşyaları həmin yataqxanada yerləşir. Tənha ana olaraq bir uşaqla küçələrdə qalmışdır. Əlavə olaraq qeyd edir ki, o, mübahisəli mənzilə qeydiyyata düşmüş və hal- hazırda da həmin mənzildə qeydiyyatdadır. Ona görə də, onun övladı X25 ilə birlikdə ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana ev 6, 8 saylı otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh A.H.Hüsenova apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2qayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54; 106; 108-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 14,.1; 50.1; 50.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X31 apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edib təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilib, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olur ki, X26 və X31 faktiki surətdə 1994-cü ildə ailə həyatı qurub evlənmişlər. xx xxxxxx 2000-ci ildə verilmiş İ-HA nömrəli 317046 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X26 və X31 xx xxxxxx 2000-ci il tarixdə nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx xxxxxxx 1994-cü il tarixdə İsmət adlı uşaqları doğulmuşdur. xx xxx 1999-cu il tarixli, 211 nömrəli orederin təsdiq olunmuş surətindən görünür ki, X13 xx xxx 1999-cu il tarixdə “xxxx” Elmi-İstehsalat Müəssisəsində işlədiyinə görə həmkarlar təşkilatının qərarı ilə ünvan 2ayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 6 saylı yataqxananın 8 saylı mənzili yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “ASAN-ünvan 2ayıt” tərəfindən xx xxxxxx 2018-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş 180490 nömrəli arayışdan görünür ki, X31 xx xxxxxx 2006-cı il tarixdən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6 ünvanında, otaq 8-də qeydiyyatdadır. Həmin ünvanda digər şəxslərdən yalnız X32, X26 və X19 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” Elmi-İstehsalat Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2019-cu il tarixli, 01/62 saylı arayışına esasən, ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 6 saylı bina müəssisənin balansında olmamışdır. Vaxtıilə yataqxana kimi müvəqqəti olaraq müəssisənin işçilərinin də yaşadığı, həmin binanın 8 saylı mənzili müvəqqəti istifadə edilmək üçün xx xxx 1999-cu il tarixdə müəssisə həmkarlar təşkilatının qərarı ilə X13 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Smlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X35 xx xxxx 2019-cu il tarixli, **********88 nömrəli məktubuna əsasən, ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, (yataqxana) ev 6 ünvanında yerləşən 8 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 1 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxxxx 2019-cu il tarixli, 1464 saylı arayışdan görünür ki, ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6 ünvanında yerləşən yataqxana ünvan 2qayıt Şəhər İcra Hakimiyyətinin balansında deyil, həmin mənzil barəsində heç bir məlumat yoxdur. ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx xxxxxx 2019-cu il tarixli, 1061 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 6 ünvanında yerləşən yaşayış sahəsi “xxxx” Elmi-İstehsalat Birliyinin fonduna aid olduğundan və order həmin müəssisə tərəfindən verildiyindən tələb edilən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. AZE seriyalı 19178911 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.1986-cı il tarixdə ünvan 2qayıt səhərində anadan olmuş və ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, YAT, OTAQ-8, ev 6 ünvanda qeydiyyatdadır. xx xxx 2013-cü il il tarixli, AZ-İİİ 099089 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, X25 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş və atası X39, anası İddiaçıdır. xx xxxxxx 2018-ci il tarixli, AZ-İ 976211 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X26 xx.xx.2018-ci il tarixdə ünvan 2qayıt şəhərində ölmüş və ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1489 nömrəsi ilə qeyd edilmişdir. 1 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2018-ci il tarixli, 4281 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, YAT, OTAQ-8, ev 6 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx xxxx 2019-cu il tarixli, 3274-04/08 nömrəli arayışına əsasən X25 Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 17 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsil alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol İdarəsinin xx xxxx 2019-cu il tarixli, 58855-1219 saylı arayışa əsasən DİN-nin Baş Dövlət X54 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “Mersedes Benz A170” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2018-ci il tarixdən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, otaq 8, ev 6 ünvanında qeydiyyatda olan xx xxxxxx 1986-cı il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. 1 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxxxx 2018-ci il tarixli, 4280 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, X2 şəhəri, Kimyaçılar qəsəbəsi, YAT, OTAQ-8, ev 6 ünvanında qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi 2 saylı Məhəllə Komitəsi və qonşuluqda yaşayan şəxslər tərəfindən tərtib edilmiş aktdan görünür ki, X31 x xxx 1999-cu ildən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6, otaq 8 ünvanında həyat yoldaşı X26 və üç oğlu ilə birgə yaşamış və birgə təsərrüfat aparmışlar. 2004-cü ildə böyük oğlu bu ünvandan dəfn edilmişdir. Bir müddət bu ünvanda vətəndaşın baldızı X20 oğlunun evi darısqal olduğuna görə müvəqqəti yaşamağına icazə verilmişdir. Sonradan xəstəliyi ilə əlaqədar tək yaşaya bilmədiyinə görə qızı öz evinə aparmışdır. Sonradan sözügedən otaqda vətəndaş Cavabdeh və həyat yoldaşı ikilikdə yaşamışlar. X26 xx xxxx 2018-ci ildə uzun sürən xəstəlikdən sonra rəhmətə getmiş və həmin ünvandan dəfn edilmişdir. O, vaxtdan həmin ünvanda Cavabdeh tək yaşamışdır. İddiaçı bu ünvanda heç vaxt yaşamamış və şəxsi əmlakı bu ünvanda yoxdur. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi 2 saylı Məhəllə Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 906 saylı ailə tərkibi haqqında arayışa əsasən X21 2006-cı ildən 2018-ci ilədək ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, ev 6, mənzil 8-də yaşamışdır. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi 2 saylı Məhəllə Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 907 saylı ailə tərkibi haqqında arayışa əsasən X14 2001-ci ildən 2018-ci ilədək ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi, ev 6, mənzil 8-də yaşamışdır. Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 62 saylı arayışdan görünür ki, 13-cü mikrorayon, ev 27, mənzil 4, 1 otaqlı mənzil xx xxxxxx 1986-cı il tarixli, 605 saylı orderə əsasən X9 adınadır. Mənzildə X26, Həsənova Gövhər Məhəmməd qızı qeydiyyatda olmuşlar. xx xxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil X5 adına keçmiş, sonradan xx xxxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil X6 adına keçmişdir və hal-hazırda da onun adınadır. Mənzil-Kommunal Təsərrüfat Birliyinin 15 saylı Mənzil-Kommunal Sahəsi və qonşular tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı 13-cü mikrorayon, ev 27, mənzil 4 ünvanda doğulmuşdur. X29 və bacısı X27 ilə birlikdə nənəsi Gövhər Həsənova yanında yaşamışlar. Gövhər Həsənova öləndən sonra ev 1999-cu il tarixdə satılana qədər bu mənzildə qalmışlar. 13-cü mikrorayonda yerləşən 3 nömrəli məktəbdə ibtidai sinifdə oxumuşlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 02/1454 saylı məktubdan müəyən olunur ki, X20 2003-cü ildən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6, mənzil 8 ünvanında məcburi köçkün olaraq qeydiyyatdan keçib, 2016-cı ilə qədər qeyd olunan ünvanda kommunal xidmətlərdən istifadə etmişdir. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi 2 saylı Məhəllə Komitəsinin sədri tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş aktda göstərilir ki, İddiaçı x xxxxxxxx 2020-ci il tarixdə verilən 906 nömrəli arayışı etibarsız sayasınız. X1 verilən arayışda qonşular kimi onun yaxın qohumları, qızı və kürəkənləri göstərilmişdir. Qonşular arasında aparılan sorğunun nəticəsində müəyən olunmuşdur ki, bu ev X22, onun həyat yoldaşı X31 və oğlanlarına məxsusdur. İddiaçı heç vaxt bu ünvanda yaşamamışdır və əmlakı yoxdur. Mahirə Hüseynova qaçqın olaraq həmin binada yaşayan mərhum oğlu Kazımov Samirin evinə gəlmişdir. Sonradan qardaşının ailəsi ona müvəqqəti olaraq olaraq yaşamsı icazə vermişdir. Bir müddətdən sonra ahıl yaşı və xəstəliyi ilə bağlı qızı öz yanına aparmışdır. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi 2 saylı Məhəllə Komitəsinin sədri və qonşular tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş 909 saylı aktda göstərilir ki, X3 şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6, mənzil 8 ünvanda xx xxx 1999-cu ildən ünvan 2qayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən ev 6, mənzil 8-də mərhum həyat yoldaşı X26 və ailə üzvlərinə “xxxx” Elmi-İstehsalat Birliyinin müdiyyəti və Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə verilmişdir. Ailə üzvlərinin tərkibi mərhum həyat yoldaşı, özü və üç oğlundan ibarət olmuşdur. Bir müddət müvəqəti olaraq baldızı X15 yaşamağa icazə verilmişdir. (o qaçqın olaraq oğlunun evinə gəlmişdir. Oğlunun evi darısqal olduğuna görə və gəlinlə yola getmədiyinə görə icazə verilmişdir) Sonradan mahirənin yaşı və səhəti ilə bağlı özünə qulluq edə bilmədiyinə görə qızı öz evinə aparmışdır. 2004-cü ildə böyük oğlu İlqar ölmüş və yuxarıda göstərilən ünvandan dəfn edilmişdir. Sonradan Qismət səhəti ilə əlaqədar həyat yoldaşı və oğlu birlikdə qayıdaraq yuxarıda göstərilən ünvanda daimi yaşamağa başlamışlar. Onlar qayıtmazdan əvvəl Mahirə qızının evinə köçmüşdür. Bu səbəbdən ev boş olmuş və mənzildə heç kim yaşamamışdır. Mənzil ilə bağlı xərcləri onlar özləri çəkmişlər. İddiaçı heç vaxt bu ünvanda yaşamışdır və onun bu ünvanda heç bir əmlakı yoxdur. xx xxxx 2020-ci il tarixdə Qismət bu ünvanda rəhmətə getmiş, bu ünvandan dəfn edilmişdir. Qismət rəhmətə gedəndən sonra qeyd olunan ünvanda X31 və oğlanları yaşamışışlar. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx xxxxxxxx 2019-cu il tarixli, ******* saylı qərarına əsasən X24 müraciətinə əsasən xx xxxxxxx 1994-cü il təvəllüdlü X38 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında bildirmişdir ki, atası və anası ayrıldıqdan sonra xalası ilə yaşamağa başlamışdır. 2015-ci ildən yenidən həmin ünvanda yaşamağa başlamışdır. X7 xx xxxx 2018-ci il tarixdə ölmüşdür. Uzun müddət Rusiya Federasiyasında yaşayan atası Qismət və onun həyat yoldaşı Afayət Hüsüynova atasının ağır xəstəliyi ilə əlaqədar ünvan 2qayıt şəhərinə qayıtmış və daimi istifadəsində olan ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6, otaq 8 ünvanda yaşamağa başlamışdır. Həmin ünvanda darlıq olmasın deyə çıxıb kirayədə yaşamağa başlamışdır. Sonradan atası ölmüş və atasının həyat yoldaşı evin açarlarını dəyişərək çıxıb getmişdir. Apelyasiya instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli iclasında İddiaçı izahat verərək göstərmişdir ki, ünvan 2qayıt şəhərində doğulmuş, 4-cü sinifdə oxuyana qədər anası, bacısı və nənəsi ilə birlikdə 13-cü mikrorayonda yaşamışlar. Sonradan ev satılmış, məcburiyyət qarşısında qalaraq xalasının evində yaşamağa başlamışlar. Atsı xəstələndiyi üçün 2017-ci ilin may ayında qayıdıb yataqxanada yaşamağa başlamışdır. 2017-ci ildə yoldaşından ayrıldıqdan sonra 2017-ci ilin iyun-sentyabr aylarında bibisi ilə birlikdə yataqxanada qalmış və sonra evdən çıxmışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, iddiaçı Günel qardaşı qızı, cavabdeh Afayət isə qardaşının arvadıdır. Afayət Hüseynovanı qardaşı ilə ailə qurandan sonra uzun müddət görməmişdir. Qaçqın kimi 2003-cü il tarixdən 2017ci il tarixə kimi qızı ilə birlikdə ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana ev 6 ünvanında yerləşən 8 nömrəli otaqda qardaşının razılığı ilə yaşamışdır. X33 şahid qismində ifadəsində göstərmişdir ki, 1979-cu il tarixdən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayır. İddiaçı tanımır, X23 qonşu kimi tanıyır. Cavabdeh əri X26 iş yerində onun müdiri olmuşdur. ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, otaq 8, ev 6 ünvanında Cavabdeh yaşadığını görmüş, lakin həmin mənzildə İddiaçı yaşadığını görməmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X46 ifadəsində bildirmişdir ki, 27 ildir mübahisəli yaşayış sahəsinin yerləşdiyi bina ilə bir ərazidə olan qonşu binada yaşayır. X10 həmin ünvanda yaşayan şəxs kimi tanıyır, Afayət Hüseynovanı isə əri öləndən sonra tanımışdır. İddiaçı isə heç bir vaxt həmin ünvanda yaşayan görməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münsibətlərinin yarandığı zaman qüvvədə olan madi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən, hazırki, mənzil hüquq münasibətlərinə həmin dövrədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 106-cı maddəsinin tələbinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəlləsinin 108-ci maddəsinin tələbinə əsasən işi dayandırılmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanalardan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməli, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası ilə məhkəmə qaydasında həyata keçirilir. xx xxxxxxx 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Beləliklə məhkəmə kollegiyasının iclasında toplanmış sübutalarla müəyyən olur ki, X13 xx xxx 1999-cu il tarixdə “xxxx” Elmi-İstehsalat Müəssisəsində işlədiyinə görə həmkarlar təşkilatının qərarı ilə ünvan 2ayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 6 saylı yataqxananın 8 saylı mənzili yaşamaq üçün verilmişdir. X26 və X31 faktiki surətdə 1994-cü ildə ailə həyatı qurub evlənmiş və xx xxxxxx 2000-ci il tarixdə nikah bağlamışlar. Tərəflərin birgə nikahından xx xxxxxxx 1994-cü il tarixdə İsmət adlı uşaqları doğulmuşdur. X31 xx xxxxxx 2006-cı il tarixdən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6 ünvanında, otaq 8-də qeydiyyatdadır. Həmin ünvanda digər şəxslərdən yalnız X32, X26 və X19 qeydiyyatdadırlar. X26 xx.xx.2018-ci il tarixdə ünvan 2qayıt şəhərində ölmüşdür. İddiaçı ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, YAT, OTAQ-8, ev 6 ünvanında qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşamır. İddiaçının övladı X25 isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 17 nömrəli tam orta məktəbin 7-ci sinifində təhsil alır. X31 x xxx 1999-cu ildən ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana, ev 6, otaq 8 ünvanında həyat yoldaşı X26 və üç oğlu ilə birgə yaşamış və birgə təsərrüfat aparmışlar. 2004-cü ildə böyük oğlu bu ünvandan dəfn edilmişdir. Bir müddət bu ünvanda cavabdehin baldızı X11 oğlunun evi darısqal olduğuna görə müvəqqəti yaşamağına icazə verilmişdir. Sonradan sözügedən otaqda vətəndaş Cavabdeh və həyat yoldaşı ilə birlikdə yaşamışlar. Cavabdehin əri mərhum X26 həmin ünvandan dəfn edilmişdir. Həmin vaxtdan mübahisəli yaşayış sahəsində Cavabdeh tək yaşamışdır. İddiaçı isə bu ünvanda heç vaxt yaşamamış və həmin ünvanda hər hansı bir şəxsi əmlakı yoxdur. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb təkzib olunduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunub iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 10 (on) manat dövlət rüünvan 2u İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh A.H.Hüsenovanın verdiyi apelyasiya şikayəti təmin edilsin. ünvan 2qayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-497/2019 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı övladı xx.xx.2006-cı il təvəllüdlü X25 ilə birlikdə ünvan 2qayıt şəhəri, Kimyaçılar qəsəbəsi, (yataqxana) ev 6 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüünvan 2u İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində ünvan 2qayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar