Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2449/2020 25.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüquqları tanınmaqla uşaqları ilə birlikdə yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı azyaşlı uşaqları-xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9, X7 və X6 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla Səlimov Ağarza Əlövsət oğluna məxsus 142,2 kv.metrlik yaşayış sahəsli olan evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri qət edilmişdir (hakim R.Həsənov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən mərhum X17 Əlövsət oğlundan miras qalmış 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınmaqla köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1984-cü il tarixdə Quba rayonu, Zizik kəndində doğulmuşdur. X17 Əlövsət oğlu xx xxxx 2016-cı il tarixdə, anası X4 xx.xx.2008-ci il tarixdə yaşadıqları Quba rayonu, Zizik kəndində vəfat etmişlər. Mərhum atası A.Səlimovdan Quba rayonu, Zizik kəndində 1976-ci ildə tikilmiş iki mərtəbəli dörd otaqdan ibarət, ümumi sahəsi 142,3 kv.metr, yaşayış sahəsi 71,0 kv.metr ev miras qalmışdır. Atası xx xxxx 2016-cı il tarixdə vəfat edəndən sonra o, vərəsə kimi mirası faktiki qəbul etmişdir. Lakin atasının vəfatından 1 ay sonra, cavabdehlər hədə-qorxu gələrək onu 4 azyaşlı uşağı ilə evdən qovmuşlar. Dəfələrlə Polis Şöbəsinə şikayət etməyinə baxmayaraq onlar onu evə buraxmırlar, buna görə də azyaşlı uşaqları ilə kirayələrdə yaşayır. Qeyd olunan miras qalmış evə o, vərəsə kimi xx.xx.2019-cu il tarixdə ********** reyestr nömrəli çıxarış almış və həmin çıxarışda o, mülkiyyətçi kimi qeyd edilmişdir. Həmçinin, evin 1-ci mərtəbəsi təmirsiz olduğu üçün yaşayış üçün yararsızdır, evin 2-ci mərtəbəsi isə yaşayış üçün tam yararlıdır. Ona görə də onun həmin evə istifadə hüququ tanınmalı, 4 nəfər azyaşlı uşağı ilə mübahisəli evə köçürülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı uzun müddət əvvəl mübahisəli evdən getmiş, başqa yerdə yaşamışdır. İddiaçı əvvəllər istədiyi vaxt gələrək evin İ mərtəbəsində yaşamışdır. Lakin buradakı otaqlar yararsız hala düşdüyündən, o, hazırda İİ mərtəbədəki və onların yaşadıqları otaqlardan da istifadə etmək fikrindədir. Bu hallara məhkəmə tərəfindən tam araşdırılmadığından qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdilər. Cavabdeh2 bildirdi ki, onun mübahisəli evə aidiyyəti yoxdur, özünün ayrıva evi vardır. Lakin mübahisə üzrə Cavabdeh1 müdafiə etdiyindən iddiaçı onu da iş üzrə cavabdeh kimi qoymuşdur. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, apelyasiya şikayətinə etirazını göndərərək iş üzrə qətnaməni dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin və 341851 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Quba rayonu, Zizik kəndində anadan olmuşdur. Onun atası - Səlimov Ağarza Əlövsət oğlu, anası - X1r. Yenə iş materiallarında olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, Səlimov Ağarza Əlövsət oğlu xx.xx.2016-cı il tarixdə, X4 xx.xx.2008-ci ildə Quba rayonu Zizik kəndidə vəfat etmişdir. Yenə də iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və texniki pasportun surətindən görünür ki, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışla Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi Səlimov Ağarza Əlövsət oğlunun mülkiyyətindədir. Evin yerləşdiyi 0,09 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdədir və mülkiyyətçilərdən biri də İddiaçıdır. İşdə olan xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, Səlimov Ağarza Əlövsət oğlunun mülkiyətində olmuş Quba rayonu, Zizik kədində yerləşən 142.3 kv.metr fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin ¼ hissəsi və X2 mülkiyyətində olmuş Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı payına düşür. Yenə işdə olan doğum haqqında şəhadətnaməərin surətlərindən görünür ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı 4 övladı vardır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayətiqismən təmin edilməli,Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi evə istifadə hüququnun tanınması hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan ev reyestrdən çıxarış əsasında iddiaçının məhrum atasının mülkiyyətində olmuşdur. İddiaçınım X17 Əlövsət oğlu xx.xx.2016-cı il tarixdə, anası X4 xx.xx.2008-ci ildə vəfat etmişdir. Valideynlərindən miras qalmış yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair vərəsəlik işi açılmış və Səlimov Ağarza Əlövsət oğlunun mülkiyətində olmuş Quba rayonu, Zizik kədində yerləşən 142,3 kv.metr fərdi yaşayış evinin və 0.09 ha torpaq sahəsinin ¼ hissəsi və X2 mülkiyyətində olmuş Quba rayonu, Zizik kədində yerləşən 0.09 ha torpaq sahəsinin ½ hissəsi vərəsə kimi İddiaçı mülkiyyətinə verilmişdir. AR Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Başqa sözlə, iddiaçı hazırda göçmək istədiyi yaşayış evinin mülkiyyətçilərindən biridir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 4 azyaşlı uşaqları ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən mərhum X17 Əlövsət oğlundan miras qalmış 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınmaqla köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edildiyi kimi, İddiaçı mübahisəli evin ¼ hissəsinin mülkiyyətçisidir. Onun mülkiyyətçisi kimi evdən istifadə hüququnun tanınmasını tələb etməsi isə əsassızdır, çünki qüvvədə olan mülki qanunvericiliyə əsasən hər hansı əmlakdakı mülkiyyət hüququ həm ondan istifadə və sahiblik hüquqlarını, həm də ona sərəncam vermək hüququnu ehtiva edir. Belə ki, Mülki Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisıli evin ¼ hissəsinin mülkiyyətçisi olan iddiaçının həmin evdən istifadə hüququ mövcuddur və bu hüquq dövlət tərəfindən qorunur. Artıq mövcud olan hüququn isə yenidən məhkəmə tərəfindən tanınmasına isə heç bir zərurət yoxdur. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə bu hüququn tanınması barədə məhkəmənin gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin pozulması nəticəsində gəlindiyindən ləğv edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Bununla belə, iddiaçının öz uşaqları ilə birlikdə mübahisəli evə köçürülmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, qüvvədə olan qanunvericiliyin də tələbinə görə daşınmaz əmlakın mülkiyyətçisi öz əmlakından maneəsiz surətdə isrifadə etmək (yəni orada yaşamaq) hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, iddiaçı mübahisəli evin paylı mülkiyyətçisidir, lakin cavabdehlərin mübahisəli evlə bağlı hər hansı hüquqa malik olmaları iş materiallarından görünmür. Belə olan halda, cavabdehlərin evin mülkiyyətçisi olan iddiaçını mübahisəli evə buraxmamaları onun hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir və bu barədə onun tələbi haqlıdır. Sadalanan hüquq normalarının mənasına görə mübahisəli yaşayış evinin ¼ hissəsinin mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüququ qanunla qorunur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə evlə bağlı hər hansı hüquqa malik olmadıqlarından onların iddiaçını həmin edə buraxmamaları İddiaçı hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir və birinci instansiya məhkəməsinin iddiaçının evə köçürülması barədə gəldiyi nəticə həm işin hallarına, həm də qanunun tələblərinə uyğundur. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirməyi zəruri hesab edir. İddiaçı iddia tələbində özü ilə yanaşı 4 azyaşlı uşaqlarının da mübahisəli evə köçürülmələrini tələb etmişdir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda azyaşlılar X8, X9, X7 və X3 yaşayış yeri onların valideyinlərindən hansı ilə qalması, yəni həmin valideyinin yaşayış yeri ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının istifadə hüququnun tanınması hissəsində ləğv edilməli, bu hissədə iddia təmin edilməməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətiqismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı qətnaməsi İddiaçı və uşaqlarının Quba rayonu, Zizik kəndində yerləşən və xx.xx.2019-cu il tarixli çıxarışla Səlimov Ağarza Əlövsət oğluna məxsus evdən istifadı hüquqlarının tanınması hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qalan hissədə, yəni iddiaçının və uşaqlarının mübahisəli evə köçürülmələri hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özlərinə aid olunsun. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2449/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2449/2020
25.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver