Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2450/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdeh Sumqayıt şəhər 11 saylı tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə qarşı intizam tənbehinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Elmir Hüseynov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli töhmət elan olunmasına dair əmrinin ləğv edilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, direktor 10-12 və 15 fevral 2021-ci il tarixlərində guya onunla digər müəllimlər arasında baş vermiş münaqişələrə görə onu təqsirli bilmiş və bu əsaslarla ona töhmət elan etmişdir. O, bununla razılaşmayaraq iddiasında göstərmişdir ki, həmin əmr qərəzlidir. Əslində 10-12 fevral 2021-ci il tarixlərində onun tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmiş, əksinə 12 fevral 2021-ci il tarixdə ona qarşı qanun pozuntusu baş vermiş və məhz bu səbəbdən məktəbin müəllimi D.Babayeva inzibati məsuliyyətə cəlb edilmişdir. 15 fevral 2021-ci il tarixdə isə ümumiyyətlə hər hansı bir hadisə baş verməmiş, direktorun kabinetində müzakirə olmuş, əksinə orda ona qarşı direktor tərəfindən kobudluq edilərək otaqdan qovulmuşdur. Bu əsaslarla məhkəmədə iddia qaldırmış və məhkəmə də yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Məhkəmə hazırkı işə tam, obyektiv, hərtərəfli araşdırma aparmadan baxmış, müəyyən edilmiş halara düzgün hüquqi qiymət verməmiş, iddiasında əsaslandığı hüquqi məsələlərə öz qətnaməsində qiymət verməmiş, həmin dəlilləri ümumiyyətlə araşdırmamış, maddi və prosesual hüquq normalarının tələblərinə düzgün riayət etmədən qətnamə qəbul etmişdir ki, bu halda hazırkı qətnamə ləğv edilməlidir. Belə hesab edir ki, hazırkı məhkəmə qətnaməsi qanuni və əsaslı olmamışdır, müəyyən edilmiş faktlara düzgün qiymət verilməmişdir və maddi normalar düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə baxışı zamanı məlum oldu ki, 10.02.2021-ci il tarixdə onun tərəfindən hər hansı bir hadisə yaradılmamışdır və müəllimə ilə aralarında olan söhbət adi işçi söhbəti olmuş və məktəbdə iş rejimi başlamamışdan əvvəl, saat 07:15 radələrində olmuşdur və bu zaman hər hansı bir iş rejiminin pozulmasından söhbət belə gedə bilməz. 11.02.2021-ci il tarixdə isə müəllimə pandemiya şəraitində maskadan düzgün istifadə etmədiyi üçün məktəbdə olan komissiyaya bu barədə məlumat vermiş və bunun üstündə arada kiçik bir mübahisə yaranmışdır. 12.02.2021-ci il tarixdə isə ümumiyyətlə onun tərəfindən hər hansı bir hadisə törənməmiş, əksinə D.Babayeva ona qarşı nalayiq, təhqiramiz ifadələr işlədərək xəsarətlər yetirmiş, həmin müəllimə barədə inzibati protokol tərtib edilərək, məhkəmə qərarı ilə cəzalanmışdır. Məhkəmə bu faktları müəyyən etdiyi halda işin əsl mahiyyətini kənara qoyub, barəsində heç bir halı araşdırmamış, bundan əvvəl işdən çıxarılıb işə bərpa edilməyi, həmin vaxtı məktəb direktorunun barəsində yaydığı məlumatlar və sairə barədə sənədləri öz qətnaməsinə əlavə etmiş və nəticədə belə qərara gəlmişdir ki, töhmət qanuni olmuşdur. Belə hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə hüquqi cəhətdən səhv olmuşdur. Çünki iddia ərizəsində, izahatında və məhkəmə çıxışlarında iddia etmişdir ki, bu töhmət qanunsuz və əsassızdır, çünki həmin tarixlərdə davranış qaydalarını, məktəbin iş rejimini pozmağı və ya kiməsə qarşı kobudluq etməyini təsdiq edən heç bir sübut mövcud deyil, əksinə, direktor və digərləri tərəfindən ona qarşı qərəzli mövqe mövcuddur. Məhkəmə əmrin qanuniliyini Əmək Məcəlləsi baxımından qiymətləndirməli olduğu halda, guya işçilərin ondan yuxarı orqanlara yazdıqları şikayətləri, onun məktəbdə çəkiliş aparmağı barədə olan qərəzli ifadələri əsas gətirmişdir. Hansı ki, həmin əsaslar qərəzli olmaqla, töhmət verilməsi üçün əsas ola bilməzdi və direktorun əmrinin əsasını həmin şikayətlər və ya video çəkilişlər təşkil etmirdi. Ona görə də belə hesab edir ki, hazırkı qətnamə qərəzli olmaqla, həm də qanunsuz və əsassızdır. Məhkəmə işə baxarkən iddia ərizəsində olan bütün dəlil və hüquqi əsasları araşdırmalı və onları nəyə görə qəbul edib-etmədiyini öz qətnaməsində əsaslandırmalıdır. Amma hazırkı qətnamə bu prosessual tələblərə cavab vermir. Belə ki, onun iddiasının əsasını təşkil edən məsələlərdən biri də əmrin qanunun göstərdiyi müddətdən sonra verilməsi olmuşdur. Amma məhkəmə iddianın bu dəlilini öz qətnaməsində araşdırmamış və hüquqi qiymətini verməmiş, bu kobud pozuntunun üzərindən keçmişdir. Hansı ki, həmin əsas əmrin qanunsuz olmasını və ləğv edilməsini tələb edirdi. Məhkəmə məhz buna görə həmin dəlili müzakirə etməmiş və hüquqi qiymətini verməmişdir. Bundan əlavə əmrin nömrəsi də yoxdur və belə bir kobud pozuntu barədə vəkilinin çıxışında bildirdiyi halı məhkəmə araşdırmamış və hüquqi qiymətini verməmişdir. Bütün bu hallar təsdiq edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması birtərəfli, qərəzli aparılmış, maddi və prosesual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Əmr Əmək Məcəlləsinin tələblərinə zidd olaraq 1 aydan sonra verilib. Fevralın 10-11-də tərəfindən heç bir intizam pozuntusuna yol verilməyib. Pedaqoji Şuranın iclası olmayıb. Buna da əsas olaraq bildirirlər ki, o, Pedaqoji Şuranın üzvü olmamışdır. Təhsil Şöbəsinin məktubunda göstəriş var ki, mütləq Pedaqoji Şuranın iclası keçirilməli idi. Onun üzv olub-olmamağı burada həlledici deyil. O, çəkilişləri yalnız özünü qorumaq üçün etmişdir. Məhz çəkilişlər sayəsində barəsində olan inzibati həbs barəsində qərar ləğv edilmişdir. Töhmət verilərkən onun izahatı alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı məktəbdə daimi qanunsuz olaraq çəkilişlər aparır. 11.02.2021-ci il tarixli bir qrup məktəb kollektivinin tərtib etdiyi aktdan da göründüyü kimi, iddiaçı məktəbin təşkilatı işlər üzrə direktor müavini Sevda Zeynalovanın vəzifəsini yerinə yetirməsinə maneçilik törətməklə məktəbin normal iş rejimini pozmuşdur, məktəbin musiqi müəllimi A.Rəhimovanın razılığı olmadan qanunsuz olaraq video çəkiliş aparmışdır və bununla kifayətlənməyərək, hətta A.Rəhimovanın iradəsi əleyhinə sinif otağına daxil olaraq şəxsi telefonundan onun çəkilisini aparmışdır. İddiaçı da təsdiqləmişdir ki, məktəbdə çəkilişi edib və edilmiş qanunsuz görüntüləri iş materiallarına əlavə etmişdir. Bundan sonra 15.02.2021-ci il tarixdə keçirilən iclasda məktəbin bir qrup müəllimi, həmçinin məktəbin direktoru İ.Həsənli İddiaçı qanunsuz olaraq məktəbdə şəxsi telefonu ilə əməkdaşların video çəkilişləri aparmasının cinayət olduğunu bildirmiş və bu hərəkətlərinə son qoymağını tələb etmişlər. Buna cavab olaraq İddiaçı məktəbin müəllimi D.Babayevanın işdən çıxarılmasını məktəbin direktoru qarşısında tələb kimi irəli sürmüşdür. D.Babayevanın işdən çıxarılmayacağı təqdirdə ailə üzvlərini də bu işə qoşacağı ilə məktəb direktorunu hədələmişdir. 18.02.2021-ci il tarixdə məktəbin 87 nəfərdən ibarət kollektivi Sumqayıt şəhər Təhsil Şöbəsinin müdirinə ərizə ilə müraciət edərək İddiaçı qanunsuz olaraq məktəbdə şəxsi telefonu ilə əməkdaşların video çəkilişini aparmasına son qoymaq üçün qanuna müvafiq tədbirin görülməsini xahiş etmişlər. İddiaçının məktəbin musiqi müəllimi şəhid ailəsi üzvü olan A.Rəhimovanın ünvanına səsləndərdiyi ittihamlar məktəb kollektivi tərəfindən mənfi qarşılanmışdır. İddiaçı məktəbin müəllimi Dilşad Babayevanı qanunsuz olaraq şəxsi telefonu ilə video-çəkiliş aparması nəticəsində yaranmış hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən D.Babayevaya da töhmət elan edilmişdir. İddiaçının şəxsi telefonu ilə məktəbin işçilərini videoya çəkməsi işçilər tərəfindən mənfi qarşılanır və bunun nəticəsində iddiaçının hərəkətləri inztizam qaydalarını pozur. Axırıncı hadisə 15 fevral 2021-ci ildə olub və əmr bu tarixdən sonra hazırlanıb. Cəzanın əsasları əmrdə göstərilib. Dilşad Babayevaya töhmət verilib və bu barədə məlumat iş materiallarına əlavə olunub. İddiaçı töhmət verilən zaman izahat verməsi üçün çağırılıb, lakin izahat verməkdən imtina edib. Hadisə 10 fevral 2021-ci il tarixdə saat 07:10-da olub. Bu saat dərs saatı olmasa belə istənilən saatda məktəbdə nizami-intizam qaydalarını pozmaq olmaz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)- 3556/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbintn direktoru İ.S.Həsənli tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin 2A bədinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilmişdir. Belə ki, Sumqayıt şəhər 11 nömrəli tam orta mətəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı 10-12 və 15 fevral 2021-ci il tarixlərdə məktəbi pedaqoji heyəti ilə konflikt yaradaraq müəssisədaxili nizam-intizam qaydalarını pozmuşdur. Əmək Məcəlləsiin 10-cu maddəsinin «Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri» (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüqularıı və qanuni mənafelərini pozmamaq) tələblərinə əməl etməmişdir. Belə ki, 10.02.2021-ci il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11.02.2021-ci il tarixinə məktəbin musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə edib, 12.02.2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevanı şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarına mübahisə yaşanmışdır. Bu mübaisələr nəticəsində məktəbin iş rejmi pozulmuşdur. Yaşanan haisələrlə bağlı 15.02.2021-ci il tarixində konflikt yaşayan işçilərlə söhbət aparılmış, söhbət əsnasında İddiaçı öz etirazını ildiri və X.A.Zeynalova ilə yenidən mübahisə etdi. Həmin əmrin verilməsinə əsas kimi Sumqayıt şəhə Təhsil Şöbəsinin 25.02.2021-ci il tarixli mətubu, 05.03.2021-ci il tarixli məktubu, D.R.Babayevanın, A.İ.Rəhimovanın, X.A.Zeynalovanın izahatı, aktla, məktəbdaxili çəkilişin video görüntüləri qeyd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktorunun 12 mart 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilmiş, buna səbəb İddiaçı 10- 12 və 15 fevral 2021-ci il tarixlərdə məktəbin pedoqoji heyəti ilə konfilikt yaradaraq müəssisə daxili nizam-intizam qaydalarını pozması olmuş, 10.02.2021-ci il tarixində təlimtərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11.02.2021-ci il tarixində musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə edib, 12.02.2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevam şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarında mübahisə yaşanmış, bu mübahisələr nəticəsində məktəbin iş rejimi pozulmuş, həmçinin məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı texniki işçi olduğu üçün onun Pedaqoji Şurada iştirak edə bilməz. Ona görə də iddiaçıya töhmət elan edilməsi ilə əlaqədar Pedaqoji Şuranın iclasının keçirilməsinə və iddiaçının həmin iclasda iştirak etməsinə zərurət olmamışdır. Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilənlərə əsasən və iddiaçının öz iddiasını əsaslandıra bilməməsi səbəbindən iddia təmin edilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən iş üzrə dindirilmiş şahidlərin ifadələrinə, əmrlərəə, ərizələrə, Azərbaycan Resublkası Əmək Məcəlləsinin 186-cı maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbintn direktoru İ.S.Həsənli tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli əmrdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin 2A bədinə əsasən məktəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı töhmət elan edilmişdir. Belə ki, Sumqayıt şəhər 11 nömrəli tam orta mətəbin təsərrüfat işləri üzrə direktor müavini İddiaçı 10-12 və 15 fevral 2021-ci il tarixlərdə məktəbi pedaqoji heyəti ilə konflikt yaradaraq müəssisədaxili nizam-intizam qaydalarını pozmuşdur. Əmək Məcəlləsiin 10-cu maddəsinin «Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri» (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüqularıı və qanuni mənafelərini pozmamaq) tələblərinə əməl etməmişdir. Belə ki, 10.02.2021-ci il tarixində məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11.02.2021-ci il tarixinə məktəbin musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə edib, 12.02.2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevanı şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarına mübahisə yaşanmışdır. Bu mübahisələr nəticəsində məktəbin iş rejimi pozulmuşdur. Yaşanan hadisələrlə bağlı 15.02.2021-ci il tarixində konflikt yaşayan işçilərlə söhbət aparılmış, söhbət əsnasında İddiaçı öz etirazını bildirdi və X.A.Zeynalova ilə yenidən mübahisə etdi. Həmin əmrin verilməsinə əsas kimi Sumqayıt şəhər Təhsil Şöbəsinin 25.02.2021-ci il tarixli məktubu, 05.03.2021-ci il tarixli məktubu, D.R.Babayevanın, A.İ.Rəhimovanın, X.A.Zeynalovanın izahatı, aktla, məktəbdaxili çəkilişin video görüntüləri qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya töhmət verilməsinə dair 12 mart 2021-ci il tarixli əmrin sıra nömrəsi qeyd edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində intizam tənbehi verilməsi barədə əmrin verilməsi qaydaları qeyd olunmasa da analoji olaraq həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsində əmrin məzmumuna dair şərtlər qeyd olunmuşdur. Belə ki, həmin maddədə işəgötüorənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məumatlarala yanaşı əmrin sıra nömrəsi də qeyd ediliməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bundan başqa mübahisələndirilən əmrin məzmunundan görünür ki, iddiaçı 10.02.2021-ci il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X.A.Zeynalova ilə, 11.02.2021-ci il tarixinə məktəbin musiqi müəllimi A.İ.Rəhimova ilə mübahisə edib, 12.02.2021-ci il tarixində isə məktəbin uşaq birliyi rəhbəri D.R.Babayevanı şəxsi telefonu ilə icazəsiz videoya çəkdiyi üçün aralarında mübahisə yaşanmışdır. Bu mübahisələr nəticəsində məktəbin iş rejimi pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmrdə qeyd edildiyi kimi 10.02.2021-ci il və 11.02.2021-ci il tarixdə baş vermiş mübahisələrə görə cəzalandırılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin iş materiallarından görünür ki, iddiaçıdan heç bir izahat alınmamışdır və o, 10 fevral və 11 fevral 2021-ci il tarixdə baş vermiş mübahisəyə görə hadisə baş verdikdən bir ay keçdikdən sonra, yəni 12 mart 2021-ci il tarixli əmrlə intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, həmin əmrdə iddiaçının intizam məsuliyyətinə cəlb edilmə əsaslarından birinin də 12 fevral 2021-ci il tarixdə D.R.Babayeva ilə aralarında yaranmış mübahisə olduğu qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 15.03.2021-ci il tarixli 3(060)-873/2021 saylı qərarından görünür ki, X1 12.02.2021-ci il tarixdə saat 07:10 radələrində Sumqayıt şəər 11 saylı tam orta məktəbin binasında təsərrüfat müdiri İddiaçı telefonla zərbə vuraraq xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. Bundan başqa qeyd edilən əmrdə eləcə də qeyd edilmişdir ki, yaşanan hadisələrlə bağlı 15.02.2021-ci il tarixdə konflikt yaşayan işçilərlə söhbət aparılmış, söhbət əsnasında İddiaçı öz etirazını bildirdi və X.A.Zeynalova ilə yenidən mübahisə etdi. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X2 ifadə verərək göstərmişdir ki, 15.02.2021-ci il tarixdə keçirilən məktəb iclasında məktəbin direktoru və digər müəllimlər İddiaçı qıcıqlandırıcı sözlər deyir və onunla kobud şəkildə danışırdılar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əmr qanunvericiliyin tələblərinə əməl olunmamaqla, pozuntularla tərtib olunduğundan qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini əsaslandırmışdır. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının barəsində intizam tənbehi verilməsi barədə əmr düzgün tərtib olunmamışdır və qanunsuzdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə, maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, əmr ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(060)-3556/2021 saylı qətnaməsi ləğv edilsin. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənlinin 12 mart 2021-ci il tarixli İddiaçı töhmət elan olunmasına dair əmri ləğv edilsin. İddiaçı apellyasiya şikayəti təmin olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2450/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2450/2021
14.12.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver