Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2455/2021 01.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1135/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1135/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Azər İsmayılov), iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının Cavabdeh qarşı birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə dair ilk iddia ərizəsinin rədd edilməsi, Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunaraq Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı Cavabdeh qarşı birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin 19 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ünvan 1, mənzil 19-da yerləşməklə sahəsi 31,35 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi Cavabdehdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, aralarında bağlanmış nikah ləğv edilmiş və o, yetkinlik yaşlarına çatmış uşaqları 19.07.1991-ci il təvəllüdlü X1 və 04.03.2001-ci il təvəllüdlü X9 oğlu ilə mübahisəli mənzildə pasport qeydiyyatındadırlar və yaşayırlar. Cavabdeh ona və uşaqlarına mübahisəli mənzildə yaşamağa imkan vermir, spirtli içkilər qəbul etməklə evə gəlir, dava-dalaş qaldırır, onun və uşaqlarının həyatı üçün təhlükəyə çevrilir. Belə ki, cavabdeh dəfələrlə yaşadıqları mənzildə birgə yaşayış qaydalarını pozmaqla içkili vəziyyətdə evə gəlmiş, evdə olan əşyaları sındırmış, mənzildə dağıntı törətmiş, hətta qeyri normal hərəkətlərə yol verməklə ona və uşaqlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Cavabdeh bu səbəbdən dəfələrlə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, orada stasionar müalicələr almış, lakin bu müalicələrin heç bir nəticəsi olmamışdır. Cavabdeh demək olar ki, daimi içkili vəziyyətdədir, artıq küçələrdə əyyaşlıq edən bomja çevrilməklə günlərlə evə gəlmir, gəldikdə isə yaşadığıqları mənzili dağıdır və onlara maddi, mənəvi ziyan yetirir, mənzildə antisanitar vəziyyət yaradır, onları xəstəliklərə yoluxma təhlükəsində qoyur. Onlar cavabdehin bu hərəkətlərindən psixi sarsıntı keçirirlər, çünki içkili vəziyyətdə öz hərəkətlərini idarə edə bilməyən cavabdeh hətta bir neçə dəfə mənzili yandırmağa da çalışmış, lakin onlar bunun qarşısını ala bilmişlər. Bu insan nəinki bır ailə üçün, hətta yaşadıqları bina sakinləri üçün də bir təhlükəyə çevrilmişdir. Cavabdehə həkim tərəfindən “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu qoyulmuşdur, bu cür xəstə bir insanla bir mənzildə yaşamaq mümkünsüzdür, ona görə də cavabdeh mənzildən çıxarılmalıdır. Cavabdehlə mübahisəli mənzildə 1991-ci ildən yaşayır və buna görə də Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən hazırki münasibətlərin yaranması zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən cavabdeh birgə yaşayış qaydalarını pozduğu və onunla birlikdə bir mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydalarına zidd əməllərə yol verdiyi və bu qanunsuz hərəkətlərindən nəticə çıxarmadığı, yaşadığı mənzili mütəmadi olaraq korladığı üçün başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdır. Cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının ona qarşı irəli sürdüyü birgə yaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinin rədd edilməsi, onun Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini əsassız hesab edərək və qarşılıqlı iddia tələbini əsaslı hesab edərək göstərmişdir ki, iddia tələbi ilə qətiyyən razı deyildir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildən çıxarılmağını tələb etmişdir. O, hal-hazırda mübahisəli mənzildə deyil, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Sözügedən mənzil onun mülkiyyətində olmasına baxmayaraq Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı onu evə buraxmır, bununla da onun qanunvericilikdə təsbit olunmuş mülkiyyət hüququnu kobudcasına pozur. Eyni zamanda mübahisəli mənzil ilə bağlı müvafiq məhkəmə aktları da mövcuddur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, 21 saylı evin 19 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin mənzilə köçürülməsi barədə iddiası təmin olunmuşdur. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2015-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, iddiaçı Cavabdeh X3 qarşı iddiası qismən təmin edilərək, iddiaçının Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Sumqayıt Apelyasiya Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(102)-2315/16 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin 31 may 2016-cı il tarixli, 2(102)-2315/16 saylı qətnaməsi ilə o, Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə köçürülməli idi. Lakin qətnamənin çıxarılmasından 5 il keçməsinə baxmayaraq o, mübahisəli mənzilə köçürülməmiş və sözügedən məhkəmə aktı icra olunmamışdır. Dəfələrlə icra məmuru ilə qətnamənin icrası üçün Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzilinə getsə də, X4 evin qapısını açmamış, məhkəmə qətnaməsinin icrasına mane olmuşdur. Sumqayıt şəhəri, 17-ci mkr., 21 saylı evin 19 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı isə bu mənzildən sadəcə istifadə hüququna malikdir. Eyni zamanda o, sözügedən mənzilə köçürülməyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə icra olunmur. Bütün bunlara baxmayaraq, qarşı tərəf məhkəməyə müraciət edərək, onun 5 ildir yaşamadığı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. O, uzun müddətdir anası ilə birgə yaşayır. Onun anası yaşlı və ahıl insandır. Onun öz evi olmasına baxmayaraq Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının qanunsuz əməllərinə görə anasına əlavə yük olmuşdur. O, Tağıyeva (Bayteva) Pərvanə Nazim qızına ya öz evində qalmağa icazə verməyini, ya da ki, evi sataraq müştərək qaydada bölüşdürməyi bildirmişdir. Lakin görünən odur ki, Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı evin müştərək qaydada bölünməsinə belə razı olmayaraq evdən onun çıxarılmağını tələb edir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Tağıyeva (Bayteva) Pərvanə Nazim qızının ona qarşı irəli sürdüyü birgəyaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinin tamamilə qanunsuz və əsassız olduğuna görə məhkəmə tərəfindən rədd edilməli və o, sözügedən mənzilə köçürülməsi təmin edilməlidir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı apellyasiya şikayəti verərək, Sumqayıt şəhər məhkəməsinin 23.04.2021-ci il tarixli qətnaməsini ləğv etməklə onun Cavabdeh qarşı birgəyaşayış qaydalarını pozan yaşayışçının mənzildən çıxarılması tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə qət olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu işə baxarkən AR MPM-nin 14,77,78,88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPMnin 8.1- ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. İşin mahiyyəti ilə bağlı bildirir ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 17-ci mikrorayon,ev 21, mənzil 19-da yerləşməklə sahəsi 31,35 kv.m. olan 2 otaqdan ibarətdir. Mənzilin əsas kirayəçisi Cavabdehdur. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Aralarında bağlanmış nikah ləğv edilmiş və o, yetkinlik yaşlarına çatmış uşaqları-19.07.1991-ci il təvəllüdlü qızım X1 və 04.03.2001-ci il təvəllüdlü oğlu X9 oğlu ilə mübahisəli mənzildə pasport qeydiyyatındadır və yaşayırlar. Cavabdeh ona və uşaqlarına mübahisəli mənzildə yaşamağa imkan vermir, spirtli içkilər qəbul etməklə evə gəlir, davadalaş qaldırır, onun və uşaqlarının həyatı üçün təhlükəyə çevrilir. Belə ki, o, dəfələrlə yaşadığıqları mənzildə birgə yaşayış qaydalarını pozmaqla içkili vəziyyətdə evə gəlmiş, evdə olan əşyaları sındırmış, mənzildə dağıntı törətmiş, hətta qeyri normal hərəkətlərə yol verməklə ona və uşaqlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Cavabdeh bu səbəbdən dəfələrlə Sumqayıt şəhər Narkoloji Dispanserə aparılmış, orada stasionar müalicələr almış, lakin bu müalicələrin heç bir nəticəsi olmamışdır. O demək olar ki, daima içkili vəziyyətdə olur, artıq küçələrdə əyyaşlıq edən «bomj»a çevrilməklə günlərlə evə gəlmir, gəldikdə isə yaşadığımız mənzili dağıdır və onlara maddi, mənəvi ziyan yetirir, mənzildə antisanitar vəziyyət yaradır, onları xəstəliklərə yoluxma təhlükəsində qoyur. Hamısı onun bu hərəkətlərindən psixi sarsıntı keçirir, çünki içkili vəziyyətdə öz hərəkətlərini idarə edə bilməyən cavabdeh hətta bir neçə dəfə mənzili yandırmağa da çalışmış, lakin onlar bunun qarşısını ala bilmişlər. Bu insan nəinki bir ailə üçün, hətta yaşadıqları bina sakinləri üçün də bir təhlükəyə çevrilmişdir. Cavabdehə həkim tərəfindən alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu» diaqnozu qoyulmuşdur, bu cür xəstə bir insanla bir mənzildə yaşamaq mümkünsüzdür, ona görə də o mənzildən çıxarılmalıdır. Cavabdehlə mübahisəli mənzildə 1991-ci ildən yaşayır və buna görə də MPM-nin 217-ci maddəsinə əsasən hazırki münasibətlərin yaranması zamanı qüvvədə olmuş Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasəen cavabdeh birgə yaşayış qaydalarını pozduğu və onunla birlikdə bir mənzildə yaşayan şəxslərin mənzildən istifadə qaydalarına zidd əməllərə yol verdiyi və bu qanunsuz hərəkətlərindən nəticə çıxarmadığı, yaşadığı mənzili mütəmadi olaraq korladığı üçün başqa yaşayış sahəsi verilmədən mənzildən çıxarılmalıdır. Bu mübahisələrə hazırda tətbiq edilən və qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə onunla təsərrüfatsızcasma rəftar etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşı pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir. Əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün ağlabatan müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Lakin məhkəmə bu halları,cavabdehin birgəyaşayış qaydalarına zidd hərəkətlərə dəfələrlə və məqsədli olaraq yol verdiyini nəzərə almadan hazırki qərarı vermiş və bu qərar da onun və ailə üzvlərinin mənzil hüquqlarının pozulmasına xidmət etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, bundan əvvəl onun əsas mübahisəsi qızı Səmayə ilə olmuş, o, ona qarşı məhkəmədə iddia qaldırmış, Səmayənin ona məxsus olan mənzilə istifadə hüququnun itirilməsi, özünün isə həmin mənzilə köçürülməsini tələb etmiş və o, həmin mənzilə köçürülmüşdür. Hazırda isə onun mübahisəsi keçmiş arvadı Pərvanə Tağıyevayladır. Hazırda Pərvanə onu evə buraxmır. Ona görə də məcbur olub ona qarşı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, ilk iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ilk iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 14.03.1991-ci il tarixli, 27/7 saylı orderin surətindən görünür ki, həmin order Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçmək üçün Cavabdeh 3 nəfər ailə tərkibində verilmişdir. Yenə iş materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş 655 nömrəli, 29.04.2020-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7247/2015 saylı, 26.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı iddiası təmin edilmiş, X2 Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilində istifadə hüququnun itirilmiş hesab edilməsi və iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 255/2016 saylı, 14.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 26.08.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh X3 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yenə də iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəməsinin 2(102)-2315/2016 saylı, 31.05.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-255/2016 saylı, 14.01.2016-cı iltarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyilşdirilmədən saxlanılmışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1135/2021 saylı, 23 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, 14.03.1991-ci il tarixli, 27/7 saylı orderlə Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzili Cavabdeh 3 nəfər ailə tərkibində verilmişdir. Başqa sözlə, o, həmin mənzilin əsas kirayəçisi hesab olunur. Bununla belə ailə münaqişəsi zəmnində o, hazırda həmin mənzilə buraxılmır. Buna görə də, onunla hələ 2015-ci ildə qızı Səmayə arasında məhkəmə çəkişməsi olmuş, son nəticədə onun iddiası qismən təmin edilərək həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda əsas mübahisə tərəfləri Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı ilə Cavabdehdur. Pərvanə Tağıyeva yuxarıda qeyd edildiyi əsaslarla Cavabdeh mübahisəli mənzildən çıxarılmasını, Cavabdeh isə bu dəfə ona qarşı iddia qaldıraraq həmin mənzilə köçürülməsini tələb edir. İşdən həmçinin o da bəlli olur ki, X6 Baytevin mübahisəli mənzildən çıxarılmasını tələb etsə də, sonuncu faktiki olaraq həmin mənzildə yox, anasına məxsus başqa ünvanda yaşayır. Cavabdeh iddiasına görə Pərvanə Tağıyeva onu mənzilə buraxmır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli mənzil dövlət mənzil fonduna daxildir. Başqa sözlə, özəlləşdirilməmişdir, xüsusi mülkiyyətdə deyildir. Mənzilin mövcud order əsasında əsas kirayəçisi Cavabdeh hesab olunur. Pərvanə Bayteva onun keçmiş arvadı, orderdə adı olan şəxsdir. Mənzilə order 14.03.1991-ci ildə verilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 1991-ci ildən yarandığı üçün mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Belə ki, AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Yenə həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinə görə (icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ) icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edildiyi kmi kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Eləcə də, hazırki mübahisə tərəfləri arasında ailə münasibətləri pozulsa da və bu səbəbdən də artıq ailə üzvü hesab edilməsələr də, yaşayış sahəsində yaşamaqda davam etdiklərindən, mənzilə dair eyni hüquq və vəzifələrə malikdirlər. Bununla belə, qanunverici birgəyaşayış qaydalarını mütəmadi pozmaqla bağlı tədbirlər də nəzərdə tutmuşdur. Daha öncə istinad olunan Mənzil Məcəlləsinin 97-ci maddəsinə əsasən əgər kirayəçi, onun ailə üzvləri və ya onunla birlikdə yaşayan başqa şəxslər yaşayış sahəsini mütəmadi dağıtsalar və ya korlasalar, ondan öz təyinatı üzrə istifadə etməsələr, yaxud sosialist birgəyaşayış qaydalarını mütəmadi pozmaqla başqalarının onlarla bir mənzildə və ya bir evdə yaşamasını qeyri-mümkün etsələr, xəbərdarlıq və ictimai təsir tədbirləri bir nəticə verməsə, kirayədarın və ya marağı olan başqa şəxslərin tələbi ilə təqsirkarlar digər yaşayış sahəsi verilmədən çıxarılırlar. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin uşaqları ilə birlikdə yaşaması mümkün sayılmırsa, belə şəxslər də digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, Cavabdeh mənzilin kirayəçisi olsa da, həmin mənzildə yox, anasına məxsus mənzildə yaşamaq məcburiyyətindədir. Başqa sözlə, onun iddia edildiyi kimi mübahisəli mənzildə birgəyaşayış qaydalarını mütəmadi olaraq pozması halı inandırıcı görünmür. Digər tərəfdən, işdən göründüyü kimi bundan əvvəl də, Cavabdeh və digər ailə üzvləri arasında anoloji məhkəmə mübahisəsi olmuş və həmin halda da onun mübahisəli mənzilədə yaşamaq hüququ təsdiq edilərək o, mənzilə köçürülmüşdür. Hazırda mübahisə tərəfləri dəyişsə də, predmet eynilik təşkil edir. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsini isə təmin edərək Cavabdeh Sumqayıt şəhəri, 17 mkr., 21 saylı evin, 19 saylı mənzilinə köçürülməsinə dair ümumən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin araşdırılan hissəsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1135/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə iddiaçı Tağıyeva (Bayteva) Pərvanə Nazim qızı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2455/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2455/2021
01.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver