Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-246/2024 18.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Qərbi Azərbaycanın Karvansaray rayonunda (İcevan) anadan olmuşdur. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə çalışmışdır. Onun ümumi iş stajı 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay)) təşkil edir. O, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər tütünçü kimi işləmişdir. Hazırda əmək pensiyası ilə əlaqədar DSMFnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həmin illər üzrə iş stajının müəyyən olunmasını təsdiq edən sənəd verməlidir. DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 saylı qərarının 2.5 bəndinə əsasən stajın məhkəmə qaydasında müəyyən olunmasını bildirir. Həm də hüquqi əhəmiyyəti olan bu faktı inzibati qaydada müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası MPM-nin 305-307-ci maddələrinə uyğun olaraq bu məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Onu da qeyd etmişdir ki, bu faktı təsdiq edən şahidləri də vardır. Həmin faktın təsdiqi yalnız məhkəmə qətnaməsi əsasında ola bilər. Ona görə də bu faktın müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi izahatında və etirazında bildirmişdir ki, 2(012)-3124/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi 1980- 1988-ci illərdə Ermənistan Respublikasının Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda tütünçü işlədiyini və əməkhaqqı aldığını iddia edir. Ərizəçi 09 avqust 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra Ərizəçi 1980-1988-ci illərdə Karvansaray (İcevan) rayonunun “Salah kənd” kolxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən də iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı: 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarında da öz əksini tapmışdır (12 aprel 2019-cu il, 03 saylı Qərar). Həmin Qərarın 13.4-cü bəndinə görə əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, yuxarıda qeyd olunan şərtlər gözlənilmiş olsun. Lakin is materiallarından məlum olur ki, ərizədə şahid qismində cəlb edilmiş səxlərdən sadəcə birinin (X3) əmək kitabçası mövcuddur. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X8 ifadəsində bildirmişdir ki, o, 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda kolxoz sədri işləmiş, əvvəl isə həmin kolxozda mühasib işləmişdir. O, 1969-cu ildən əmək fəaliyyətinə başlamışdır. Bununla əlaqədar o, Ərizəçi həqiqətən 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə işləməsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X9 ifadəsində bildirmişdir ki, Ərizəçi onun kəndçisidir. O, 1966-cı ildən Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütündə işləmişdir. Kolxoz sədri əvvəl Tapdıq müəllim olmuş, 1980-ci ildən isə X8 olmuşdur. Yeganə həqiqətən 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində fəhlə olaraq işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində çıxış edən X4 ifadəsində bildirmişdir ki, o, Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütün sahəsində 1980-1988-ci illərdə Ərizəçi ilə birlikdə işləmişdir. Onların sədri əvvəllər Tapdıq müəllim olsa da, 1980-ci ildən sonra X2 işləmişdir. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin olunması, Ərizəçi 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsi apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi məhkəməyə təqdim etdiyi materiallara əsasən 1-ci şahid X8 ifadə verərək bildirmişdir ki, 1980-1988-ci illər aralığında “Salah kənd” kolxozunda ərizəçi ilə birlikdə işləmişdir. 2-ci şahid X9 ifadə verərək bildirmişdir ki, ərizəçinin kəndçisidir və o, 1980- 1988-ci illər aralığında “Salah kənd” kolxozunda tütünçü işləmişdir. 3-cü şahid X4 ifadə verərək bildirmişdir ki, ərizəçinin kəndçisidir və o, 1980-1988-ci illər aralığında “Salah kənd” kolxozunda tütünçü işləmişdir. Qeyd etmişdir ki, şahidlərdən sadəcə birinin (X8) əmək kitabçası mövcuddur. Lakin məhkəmə qanunvericiliyin tələblərini pozaraq digər şahidlərin şifahi izahatlarını mötəbər hesab edərək qətnamə çıxarmışdır. Bundan əlavə məhkəmə iclasında izahat verən şahidlərin izahatları ilə ərizəçinin ifadəsi və ərizəsində qeyd etdiyi bir sıra məqamlar arasında ziddiyətlər mövcuddur. Belə ki, ərizəçi ilkin ifadəsində 1980-ci ilin may ayından 1988-ci ilin 01 fevral ayınadək işlədiyini və məlum hadisələrdən sonra evlərini tərk etmək məcburiyyətində qaldıqlarından sənədlərini itirdiyini bildimişdir. Lakin şahidlərin hər biri öz izahatlarında 1988-ci ilin noyabrında öz kəndlərini tərk etdiklərini bildirdilər. Daha sonra ərizəçi ifadəsini dəyişdirərək 1988-ci ildə məcburi şəkildə deyil, öz istəyi ilə kəndlərini tərk edib və Bakıya gəldiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçiyə maraqlı şəxs tərəfindən ünvanlanmış məktubda onun təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajının 25 ildən az (17 il 6 ay 7 gün (xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.2005-ci il və xx.xx.2006-2021-ci illər üzrə cəmi 1 ay)) təşkil etdiyi bildirilmişdir. Göründüyü kimi ərizəçi xx.xx.1988-ci il tarixdə artıq başqa müəssisədə əmək fəaliyyətinə başlamışdır və həmin dövr ərizəçinin sosial sığorta stajına daxil edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, məhkəməyə aid hüquq haqqında mübahisənin olması müəyyən edilmədiyindən işə mahiyyəti üzrə baxılmalı və ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin 1980-cı ilin may ayından 1988-ci ilin 01 fevral ayına qədər Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd kolxozunda tütünçü kimi zərərli sahədə fəhlə vəzifəsində işləməsi şahid ifadələri ilə, xüsusilə də 1980-1988-ci illərdə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonun Salah kənd tütün kolxozunun sədri vəzifəsində işləmiş X3 ifadəsi ilə tam təsdiq olunur. Bundan başqa qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir və ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Əks halda, ərizəçi sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının həyata keçməsinə maneədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat almaq hüququ vardır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, ərizə hüquqi əhəmiyyətli fakt kimi ərizəçinin əmək fəaliyyətinin məhkəmə qaydasında müəyyən edilməsi barədədir. Qanunvericiliyin tələbinə görə də məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 17 nömrəli, 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan ərizəçinin Salah kənd kolxozunda tütünçü kimi fəhlə işləməsi məhz həmin kolxozun direktoru işləmiş X3 ifadəsi ilə, eyni zamanda məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayəti vermiş maraqlı şəxsin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş ərizəçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi fotoşəklinin əks olunduğu tütün istehsalını özündə ifadə edən həmin dövrə aid fotoşəkillərlə də təsdiq olunur. Buna görə apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X15 Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 2(012)-3124/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-246/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-246/2024
18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver