Məhkəmə qərarları › İş №2(105)-2463/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2463/2021

12.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2463/2021 12.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X6, Cavabdehin nümayəndəsi: Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiasının baxılmamış saxlanılması, iddianın baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olunmasının izah edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun uşaqları 08 aprel 2011-ci il təvəllüdlü X5 və 30 sentyabr 2014-cü il təvəllüdlü X2 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağlar massivi, 21-ci məhəllədə yerləşən fərdi evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin yanaşmasını düzgün hesab etmir. Belə ki, iddia ərizəsində və digər iş materiallarından göründüyü kimi, köçmək istədiyi ev özbaşına tikilidir. Bir qayda olaraq özbaşına tikililərin dəqiq ünvanı olmur. Əgər iddia ərizəsi qanunun tələblərnə uyğun olmadan verilmişdirsə, təbii ki, məhkəmə işi icraata götürülməməli, yaxud hazırlıq mərhələsində işin baxılmamış saxlanması barədə qərardad qəbul etməli idi. Onun tikdiyi və uzun illər ərzində yaşadığı evin yeri və ünvanı dəqiq bilinmir. Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(060)-1625/2021 saylı qərardadını ləğv edərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və nümayəndəsi M.X.Quliyev şikayətin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin nümayəndəsi Vəkil şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı ləğv olunmalı, şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yanaşması düzgün hesab etmir. Belə ki, iddia ərizəsində və digər iş materiallarında göründüyü kimi iddiaçının köçmək istədiyi ev özbaşına tikilidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, dəfələrlə iş üzrə məhkəmə baxışı keçirilmiş və işin qeyd edilən halına məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Əgər iddia ərizəsi qanunun tələblərinə uyğun olmadan verilmişdirsə, məhkəmə işi icraata götürməməli, yaxud hazırlıq mərhələsində işin baxılmamış saxlanması barədə qərardad qəbul etməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadı apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 03 iyun 2021-ci il tarixli 2(060)-1625/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar