Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2475/2020 21.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X6, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və Quba şəhər 6 saylı orta məktəbə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Quba şəhər 6 saylı orta tam məktəbin direktoru Ü.N.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, İddiaçı Cavabdeh3də əvvəlki işinə bərpa edilməsi və onun ibtidai siniflə təmin olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Təhsil Nazirliyinə, Cavabdeh2nə və Cavabdeh3ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də ibtidai siniflə təmin olunması və xx xxxxxxxx 2019-cu il tarixdən işə bərpa olunacağı tarixədək ibtidai sinif müəlliminin əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirmişdir. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 97 saylı əmri ilə xx.xx.2014-cü il tarixdən Cavabdeh3ə ixtisası üzrə müəllim götürülmüş, onunla xx.xx.2014-cü il tarixli, 2SGYVT000201 saylı müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin dövrdən hal-hazıra kimi orada ixtisası üzrə müəllim işləmişdir. Lakin bu ilin sentyabr ayında məktəb direktoru X5 bildirmişdir ki, ona ibtidai sinif verilməyəcək. Bundan sonra ona cəmi 6 saat dərs verilmişdir. Məktəb direktoru bunu onunla izah etmişdir ki, guya o, 2014-cü ildə məktəbə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmədən işə qəbul edilmişdir. Halbuki, işə qəbul edilərkən müvafiq əmr verilmiş və sonradan işə qəbul üzrə müsabiqədə iştirak edərək 46,2033 bal toplamışdır. Həmçinin, xx.xx.2016-cı il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edərək, 50 bal toplayaraq 83,33% nəticə göstərmişdir. Müvafiq ixtisasartırma kurslarında, təlimlərdə və formlarda iştirak edərək sertifikatlar almışdır. Lakin məktəb direktoru əsassız olaraq qeyd olunan hallara qiymət vermədən ona sinif verməkdən imtina etmiş, ondan aşağı bal yığan müəllimləri isə siniflə təmin etmişdir. O, işə qəbul olunarkən əmək müqaviləsində ibtidai sinif müəllimi kimi qeyd olunmuşdur. Deməli həmin işlə də, təmin olunmalıdır. Onun razılığı alınmadan başqa işə keçirilməsi qanunsuz haldır. Göstərilən məsələ ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də əvvəlki işinə bərpa edilməsi, ibtidai siniflə təmin olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Quba şəhəri 6 saylı X9 direktoru Ü.N.Məmmədov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə qətnamədə iddia tələbi təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsaslansa da, ümumi orta təhsil məktəbləri ilə bağlı müəllimlərin əmək və dərs münasibətləri tək Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə deyil, həmçinin, sahəvi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qərarlar, təlimatlar və qaydalarla da həll edilir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-371/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Quba şəhəri 6 saylı tam orta məktəbinə aid hissədə iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi Ü.N.Məmmədov apellyasiya şikayətini müdafiə etdi, ona oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı və nümayəndəsi F.N.Şəfiyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh2 və Azərbaycan Respublikası Təhsil Nazirlinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, iddiaçının işlə təmin edilməməsinin qanuna zidd olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ü.N.Məmmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı adına olan BN seriyalı, 255753 nömrəli diplomun surətindən görünür ki, o, Azərbaycan Dövlət Pedoqoji Universitetin ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə bakalavr dərəcəsi almışdır. İşdə olan Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 97 saylı əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh3ə ixtisası üzrə müəllim köçürülmüşdür. İşə əlavə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh3də əmək müqaviləsi üzrə ibtidai sinif müəllimi işləyir. Müqavilə xx.xx.2014-cü il tarixdə müddətsiz bağlanmışdır. İşçinin aylıq əmək haqqı 563,97 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2017-ci il tarixli, xxxxxxx000201 saylı məlumatın surətindən görünür ki, Cavabdeh2 üzrə işəgötürən X1 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik (xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə) elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan dq.edu.az saytından əldə edilmiş məlumatdan görünür ki, İddiaçı diaqnostik qiymətləndirmədən 50 bal toplamışdır. İş materiallarında olan Təhsil Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. İşə əlavə olan Cavabdeh2 xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı MİQ imtahanından keçməyərək, qeyri-qanuni yolla, ehtiyac olmadığı halda Cavabdeh3ə ibtidai sinif müəllimi təyin edilmişdir. Həmin məktəbdə 10 nəfərə qədər qanuni əsaslarla işləyən ibtidai sinif müəllimi vardır ki, həmin müəllimlər də sinifsiz qalmışdır. Belə olduğu halda sinfin ona verilməsi məqsədəmüvafiq hesab edilməmiş və 6 saat dərslə təmin olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxx” ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı hesabına son olaraq 2019-cu ilin dekabr ayında cəmi 176,91 manat əmək haqqı köçürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən İddiaçı əvvəlki işinə bərpa edilməsi və siniflə təmin olunması barədə iddianı təmin etdikdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən İddiaçı sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh3də əvvəlki işinə bərpa edilməsi, ibtidai siniflə təmin olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etməsini bildirmişdir. Lakin iş materiallarında İddiaçı tərəfindən belə bir iddianın dəqiqləşdirilməsi barədə iddia ərizəsi mövcud olmamışdır. Bundan başqa məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı halhazıradək Quba şəhər 6 saylı orta məktəbdə işləyir, heç bir vaxt işdən azad edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında heç bir əmək müqaviləsində dəyişiklər baş verməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar oldugundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalıdır və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh3in direktoru X2 apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-371/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və Quba şəhər 6 saylı orta məktəbə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2475/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2475/2020
21.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver