Məhkəmə qərarları › İş №2(105)-2479/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2479/2022

24.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2479/2022 24.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması və gösstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, birgə nikahlarından anadan olmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Qənbər oğluna məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilib, İddiaçı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Abşeron rayonu, Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülmələri qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİNDƏLİLLƏRİ Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 19 oktyabr 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qətnaməsinin surətini Abşeron Rayon Məhkəməsinin inzibati binasında 14 oktyabr 2022-ci il tarixdə rəsmi qaydada qəbzə imza etməklə almışdır. İş materiallarında onun qətnaməni daha əvvəl almasına dair hər hansı rəsmi sənəd yoxdur. Qərardad belə əsaslandırılmışdır ki, Cavabdeh1 göndərilmiş qətnaməni atası Cavabdeh2 xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Halbuki cavabdeh məhkəmə çəkişmələri getdiyi ərəfələrdə işləri ilə əlaqədar Rusiya Federasiyasında olmuş iddiaçı ilə münasibətləri qaydasında olmamışdır. Atası Cavabdeh2 məhkəmə qətnaməsinin çıxarılması barədə ona hər hansı bir məlumat verməmişdir. Sonradan iddiaçı ilə münasibətləri normallaşmış, onlar barışmış və birgə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Hazırda münasibətləri pozulmuş, hüquq və mənafeləri pozulduğundan məhkəmə qətnaməsindən şikayət vermək zərurəti yaranmışdır. Mülki iş üzrə 2 cavabdehdən birinin qətnaməni rəsmi qaydada alması və mübahisələndirməməsi digər cavabdehin həmin qətnaməni alması və mübahisələndirməməsi kimi anlamına gəlmir. Ona görə də, qərardad ləğv edilməli və apellyasiya şikayəti icraata qəbul edilərək mahiyyəti üzrə baxılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi 22 oktyabr 2021-ci il tarixdə tərəflərə göndərilmiş, Cavabdeh1 göndərilmiş qətnaməni atası Cavabdeh2 xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili X3 tərəfindən apellyasiya şikayəti elektron kabinet vasitəsilə 18 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini qətnaməni qəbul etdiyi 19 oktyabr 2021-ci il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti ötürməklə vermiş və apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Mülki Prosessual Məcəllənin Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Maddə 135.1. Bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qətnaməsinin surəti 22 oktyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmiş, Cavabdeh1 göndərilmiş qətnamənin surətini atası Cavabdeh2 xx.xx.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə almışdır. Mülki Prosessual Məcəllə Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdehin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən düzgün nəticəyə gəlmişdir. MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(012)-4373/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar