Məhkəmə qərarları › İş №2(105)-248/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-248/2021

05.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-248/2021 05.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-163/2020 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-163/2020 saylı qətnaməsi ilə (hakim X.Quliyev) iddia təmin edilmiş, İddiaçı və bir nəfər ailə üzvü X5 mülkiyyətinə aid, xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx xxx 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq İddiaçı və bir nəfər ailə üzvünün istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)-163/2020 saylı qətnaməsinin ləğv edilməsini və icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ridvanov X4 Akif Fəti oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx xxx 2019-cu il tarixli, A 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onların qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun və 1 nəfər ailə üzvünün mülkiyyətində yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində 0,60 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüququ xx xxx 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli, **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin plan və cizgiləri xx xxx 2019-cu il tarixli, A 376205 nömrəli sənədlə müəyyən edilmişdir. Onun torpaq sahəsi ilə qonşuluqda Cavabdeh1, habelə Cavabdeh2 və ailə üzvlərinin torpaq sahələri yerləşir. Onun və ailə üzvünün mülkiyyətinə aid cəmi 0,60 ha torpaq sahəsindən 0,24 ha hissəsi çatışmadığından o, 2017-ci ildə Xaçmaz Rayon Məhkəməsində qonşu torpaq sahəsinin mülkiyyətçiləri X27, X21 və X6rşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia qaldırmış, həmin iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(067)-30/2018 nömrəli qətnaməsi ilə qismən təmin olunaraq onun və oğlu Əziz Ridvanovun mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olan 592 kv.metr hissəsinin X27, X21 və X1suz istifadəsindən alınaraq ona və oğlu X8 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, qətnamənin icrası zamanı müəyyən olunmuşdur ki, ona və və ailə üzvünə məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsindən həmin iş üzrə cavabdehlərin digər ailə üzvü olan hazırki iş üzrə Cavabdeh2 qanunsuz istifadə edir. Belə ki, Velayevlər ailəsinə verilmiş Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən torpaq sahəsi 1,89 ha təşkil edir və həmin torpaq sahəsinə dair onların adına JN-0021 seriyalı, 30207048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi Cavabdeh2 və onun digər ailə üzvləri Yaşa, Dənaxan, Şəmistan, Şaxvələt və Aslan Velayevlərin ümumi mülkiyyətinə aid əmlak olsa da, hər bir mülkiyyətçi ayrı-ayrılıqda ümumi mülkiyyətlərinə aid torpaq sahəsini natura şəklində öz aralarında bölmüş və hər biri ayrı-ayrı həmin hissələrdən istifadə edirlər. Cavabdeh öz payına düşən hissə ilə birlikdə onun və ailə üzvünün mülkiyyətinə aid 0,18 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdeh2 könüllü olaraq onlara məxsus 0,18 ha torpaq sahəsindən çıxmadığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Belə ki, İddiaçı ona və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsinin geri alınması tələbinə dair iddiasına məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Xaçmaz rayon X13 xx xxxxxx 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən ailə başçısı olan atası X18, onun və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisindən 1,89 ha torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Onların pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də o, öz torpaq sahəsindən istifadə edir, iddiaçının torpaq sahəsini tutmamışdır. İddiaçı 2017-ci ildə məhkəmədə atası Yaşa Velayevə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, iddia qismən təmin edilməklə 592 kv.metr torpaq sahəsinin atasi Yaşa Velayev, digər ailə üzvləri Şaxvələt Velayev və Şəmistan Velayevin qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməməklə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli aktı ilə qanuni qüvvəyə minmiş qətnamə icra edilmiş və qətnamədə göstərilən torpaq sahəsi İddiaçı qaytarılmışdır. Buna görə də qətnamə ləğv edilməli, işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 göstərdi ki, onun və ailəsinin mülkiyyətinə iddiaçının torpağı ilə qonşuluqda 1,89 ha pay torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsində paylar naturada ayrılmayıb, bütün ailə torpağı birlikdə becərir. Daha əvvəllər də İddiaçı onun ailə üzvlərinə qarşı eyni tələblə məhkəməyə müraciət etmiş və 592 kv.metr torpaq sahəsinin ona qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, bu qətnamə icra edilmişdir. İddiaçının yenidən pay torpağından 0,18 ha tələb etməsi absurddur. O, iddiaçının gəlini olmuşdur və bu cür iddialarla keçmiş qayınatası ondan qisas alır. Onun payına ümumi pay torpağından 0,30 ha torpaq düşür. 0,30 ha torpağın 0,18 ha-nın alınması absurddur. Digər ətərəfdən o, 2019-cu ilin dekabr ayından Bakı şəhərində yaşayır, qızı orta məktəbdə, oğlu isə İdman Akademiyasında təhsil alır. Həmin tarixdən onun mübahisəli ərazi ilə heç bir əlaqəsi qalmamışdır. İddiaçı qeyd edilən məhkəmə qətnaməsindən sonra özünə çıxarış almışdır. İddiaçı ilə onun valideyinləri və qardaşları arasındakı məhkəmə mübahisəsi başa çatsa da iddiaçı öz torpaq sahəsinə yeni çıxarış alandan sonra yenidən iddia qaldırır. Artıq onun digər ailə üzvlərinə qarşı məlum məhkəmə qətnaməsi olduğu üçün iddia qaldıra bilmədiyinə görə iddianı ona qarşı qaldırmışdır. Halbuki, mübahisə elə həmin mübahisədir. İşə baxan məhkəmə bu hallara düzgün qiymət vermədiyindən qətnamə ləğv olunmalı, işin icraatına xitam verilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında bildirdi ki, iş üzrə çıxarılmış qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yaranmamışdır. İddiaçı bildirdi ki, hazırki mübahisə əvvəlki məhkəmə mübahisəsinin davamıdır. 22 ildir ki, o, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə edə bilmir, yəni əvvəlki məhkəmə qətnaməsi icra edildikdən sonra onun torpaq sahəsinə hər hansı şəxs, o cümlədən Cavabdeh2 tərəfindən müdaxilə olunmamışdır. Məhz Cavabdeh2 onun torpaq sahəsindən ona akt verilən vaxtdan, yəni 2002-ci ildən istifadə edir, bunu özü ona demişdir. Oradan Cavabdeh2 hər il fındıq, gilas və şaftalı meyvələri yığır. Mübahisəli ərazidə həmin meyvələrin ağacları əkilmişdir. Əvvəlki məhkəmə mübahisəsində Cavabdeh2 cavabdeh olmamışdır. Lakin qətnamənin icrası zamanı bəlli oldu ki, məhz Cavabdeh2 onun torpaq sahəsinin 0,18 ha hissəsini zəbt etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-30/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X23, X9 və X2suz istifadəsində olan 592 kv.metr torpaq sahəsinin alınaraq İddiaçı və X8 qaytarılması qət edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsinə səbəb Məhkəmə Ekspertizası Mərkəzinn xx xxxxxx 2017-ci il tarixli, 24158 saylı rəyi olmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2318/2018 saylı qətnaməsilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-30/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin isə xx xxxxxx 2018-ci il tarixli, 2(102)-8454/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)- 2318/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və oğlu X5 adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan xx xxx 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair texniki göstəriciləri müəyyən edən sənəddən görünür ki, İddiaçı və oğlu X5 mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin plan və ölçüləri müəyyən edilmişdir. Yenə də iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon X13 xx xxxxxx 1997ci il tarixli, 15 saylı qərarına əsasən X23, X10, X9, X12, Cavabdeh2 Yaşayeviçin və X22 paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisindən cəmi 1,89 ha pay torpaq sahəsi verilmişdir. İstinad dövlət aktının plan cizgisindən müəyyən olunur ki, 108 sayla qeyd edilmiş qonşu mülkiyyətçi İddiaçıdur və iddiaçı ilə cavabdehin və ailə üzvlərinin torpaq sahələri qonşu sərhədlərdə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun xx xxxxxx 2020-ci il tarixli, 30579 saylı rəyinin nəticə hissəsindən görünür ki, «xxxx» MMC-nin mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin zəbt edildiyi iddia olunan 0,18 ha hissəsi mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən olunur. «xxxx» MMC-nin mütəxəssis rəyi ilə torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən cəmi 1,89 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən edilir. «xxxx» MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin xx.xx.1999-cu il tarixli, AN 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzərində otuzdurulmuş, bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olduğu müəyyənləşdirilmişdir. İşdə olan “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 06 saylı mütəxəssis rəyindən görünür ki, xx xxx 2019-cu ıl tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə uzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsünə uyğun naturada öz yerində deyil, bu reyestrdən çıxarışla JN-108 saylı, 30207048 kodlu dövlət aktı arasında uyğunsuzluq var, yəni koordinatlarında şimal hissəyə sürüşmə mövcuddur. JN-021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, aktda göstərilmiş koordinatlara uyğun naturada öz yerindədir. xx xxx 2019cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (çıxanşa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş), İddiaçı və ailə üzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koodinatiarında sürüşmə olduğundan JN-0021 seriyalı. 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-108 saylı, 30207048 kodlu dövlət aktına əsasən İddiaçı və ailə üzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0021 seriyalı. ******* kodlu dövlət aktı ilə X23 və aıiə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə ust-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1200 kv.metrinə cavabdeh X17 və X27 tərəfindən, 500 kv.metrinə isə Cavabdeh1 və atası X25 tərəfindən müdaxilə var. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2705 saylı rəyindən görünür ki, “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 06 saylı mütəxəssis rəyində qeyd olunur: xx xxx 2019-cu ıl tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə uzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsünə uyğun naturada öz yerində deyil, bu reyestrdən çıxarışla JN-108 saylı, 30207048 kodlu dövlət aktı arasında uyğunsuzluq var, yəni koordinatlarında şimal hissəyə sürüşmə mövcuddur. JN-021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, aktda göstərilmiş koordinatlara uyğun naturada öz yerindədir. xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (çıxanşa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş), İddiaçı və ailə üzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koodinatiarında sürüşmə olduğundan JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. JN-108 saylı, 30207048 kodlu dövlət aktına əsasən İddiaçı və ailə üzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0021 seriyalı. ******* kodlu dövlət aktı ilə X23 və aıiə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə ust-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. İddiaçı mülkiyyətinə aid 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1200 kv.metrinə cavabdeh X17 və X27 tərəfindən, 500 kv.metrinə isə Cavabdeh1 və atası X25 tərəfindən müdaxilə var. Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları olmadığından və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və X3rşı iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, ididaçı İddiaçı və övladı X8 JN-108 saylı, 30207048 kodlu dövlət aktına əsasən Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində 0,60 ha torpaq sahəsi, X23 və ailə üzvlərinə (o cümlədən Cavabdeh2) isə JN-021 seriyalı, 30207048 kodlu dövlət aktına əsasən 1,89 ha torpaq sahəsi verilmişdir və bu sahələr birbirinə qonşuluqda yerləşir, kəsişmirlər və naturada öz yerlərindədir. JN-021 seriyalı, 30207048 kodlu dövlət aktındakı torpaq sahəsi naturada paylara uyğun ayrılmamışdır və Velayevlərin ümumi birgə mülkiyyətindədir. X19 özünə məxsus torpaq sahəsinə dair xx xxx 2019-cu ıl tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin iş materiallarından görünür ki, bu reyestrdən çıxarışla onun verilməsi üçün əsas olmuş JN-108 saylı, 30207048 kodlu dövlət aktı arasında uyğunsuzluq vardır. xx xxx 2019-cu ıl tarixli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı və ailə uzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin torpaq sahəsinin planı və ölçüsünə uyğun naturada öz yerində deyil, bu reyestrdən çıxarışla JN-108 saylı, 30207048 kodlu dövlət aktı arasında uyğunsuzluq var, yəni koordinatlarında şimal hissəyə sürüşmə mövcuddur. JN-021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 1.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, aktda göstərilmiş koordinatlara uyğun naturada öz yerindədir. xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (çıxanşa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş), İddiaçı və ailə üzvü X5 mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koodinatiarında sürüşmə olduğundan JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə X23 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin 0,28 ha hissəsinin qanunsuz istifadəsi və onun geri qaytarılması barədə İddiaçı hələ 2018-ci ildə aktda adı göstərilmiş 3 nəfərə, yəni hazırki iş üzrə Cavabdeh2 atası və qardaşları- X24, X14 və X11rşı iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-30/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsilə bu iddia qismən təmin edilmiş, cavabdehlər X23, X9 və X2suz istifadəsində olan 592 kv.metr torpaq sahəsinin alınaraq İddiaçı və X8 qaytarılması qət edilmişdir, qətnamə qanuni qüvvəsini almış və artıq icra edilmişdir. Bu mübahisə üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, Velayevlərdən aktda adı göstərilən 3 nəfər İddiaçı məxsus torpaq sahəsinin cəmi 592 kv.metrini zəbt etmişlər. Qeyd edilən qətnamədən sonra İddiaçı torpaq sahəsinə dair reyestrdən çıxarış almış və bundan sonra isə Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və xx xxx 2019-cu il tarixli, A 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onların qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, hazırkı mübahisə torpaq sahəsinin qanunsuz əsaslarla istifadəsilə bağlı daha əvvəlki mübahisənin davamıdır, 22 ildir ki, o, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə edə bilmir, yəni əvvəlki məhkəmə qətnaməsi icra edildikdən sonra onun torpaq sahəsinə hər hansı şəxs, o cümlədən Cavabdeh2 tərəfindən müdaxilə olunmamışdır. İş materiallarından görünür ki, hazırkı mübahisə eyni predmet barəsində və eyni əsaslar üzrə daha əvvəllər qaldırılmış tələblə eyniyyət təşkil edir, lakin əvvəlki mübahisə üzrə JN-021 seriyalı, 30207048 kodlu dövlət aktında paylı mülkiyyətçi kimi adı qeyd edilsə də, Cavabdeh2 tərəf olmamışdır. Bu əsasla da məhkəmə kollegiyası mülki iş üzrə icraata MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək xitam verə bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ilkin torpaqayırma sənədlərinə (dövlət aktlarına) əsasən JN-108 saylı, 30207048 kodlu dövlət aktında (Ridvanovlar, 0,60 ha) göstərilən torpaq sahəsinin 592 kv.metr hissəsindən JN-021 seriyalı, 30207048 kodlu dövlət aktında (Velayevlər, 1,89 ha) göstərilən torpaq sahəsinin istifadəçilərinin qanunsuz əsaslarla istifadə etmələri artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsilə təsdiqini tapır. Yuxarıda qeyd edildiyi kimi, mütəxəssis rəyilə də təsdiq olunur ki, tərəflərin dövlət aktlarındakı torpaq sahəsləri kəsişmirlər və naturada öz yerlərindədir. Qətnamənin icra edilməsindən sonra öz torpaq sahəsinə dair iddiaçının reyestr çıxarışı (dövlət aktındakı koordinatlara uyğun gəlməyən) əldə etməsi və yenidən torpaq sahəsinin bir hissəsinin JN-021 seriyalı, 30207048 kodlu dövlət aktında adı göstərilən Cavabdeh2 tərəfindən zəbt etməsi barədə iddia qaldırması, məhkəmə kollegiyasının qənaətinə görə əsassızdır. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İş materiallarından görünür ki, ilkin torpaqayırma sənədlərinə əsasən (dövlət aktları) tərəflərin torpaq sahələri kəsişmir, yəni onlar arasında hər hansı mübahisə yoxdur, daha doğrusu mübahisə olmuş və məhkəmə qətnaməsi əsasında öz həllini tapmışdır. Hazırda iddiaçının 2019-cu ildə texniki səhv buraxılan reyestrdən çıxarışa istinad etməklə Cavabdeh2 onun 0,18 ha torpaq sahəsini zəbt etməsini iddia etməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yuxarıda qeyd edilmiş normalara əsasən xx xxx 2019-cu il tarixli reyestrdən çıxarışdakı texniki uyğunzuluqların aradan qaldırılması və mülkiyyətində olan torpaq sahəsinə dair JN 108 saylı, 30207048 kodlu dövlət aktındakı koordinatlar nəzərə alınmaqla yeni reyestrdən çıxarışın tərtib edilməsilə bağlı müvafiq qururma müraciət etməlidir və yalnız yeni hüquq müəyyənedici sənədi əldə etdikdən sonra torpaq sahəsinin zəbt edilib-edilməsilə bağlı hər hansı iddia qaldıra bilər. Hazırkı halda isə, iddiaçının xx xxx 2019-cu il tarixli reyestrdən çıxarışa əsaslanmaqla belə bir iddia qaldırması qanunsuzdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı iddia etdiyi 0,18 ha torpaq sahəsinin məhz Cavabdeh2 tərəfindən zəbt edilməsinə dair də məhkəməyə əsaslı şübhələrdən kənar heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, işdə olan sübutlar, o cümlədən Cavabdeh2 izahatında səsləndirdiyi, 2019-cu ilin dekabr ayından Bakı şəhərində uşaqları ilə birgə yaşaması barədə dəlili iddiaçının həmin dəlilini təkzib edir. İddiaçının 1200 kv.m torpaq sahəsinə Cavabdeh2 tərəfindən müdaxilə olması barədə iş üzrə mütəxəssis və onun təkrarlayan ekspert rəyinə məhkəmə kollegiyası tənqidi yanaşır. Belə ki, ekspertiza iş üzrə tərəflərin hüquq müəyyənedici sənədləri əsasında aparılmış və qeyd olunduğu kimi iddiaçının ilkin torpaq ayırma sənədi ilə onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın əlavəsi olan plan və ölçü sənədlərindəki kordinatlar arasında uyğunsuzluq var. Bu hal aradan qaldırılmadan müdaxilə faktını müəyyən etmək düzgün olmadığı kimi, müdaxilənin altı nəfər ailə üzvündən əlavə araşdırma aparmadan, məhz Cavabdeh2 tərəfindən edilməsi nəticəsinə gəlmək düzgün deyildir. Bundan əlavə, iş üzrə qətnamədən görünür ki, məhkəmə iddia tələbinin həcminin azaldılması barədə qətnamənin təsviri hissəsində qeyd aparsa da iş materiallarında bu barədə ərizə yoxdur. Digər tərəfdən iş üzrə Cavabdeh1 qarşı tələb olsa da iddianı tam təmin edən məhkəmə qətnamənin nəticə hissəsində buna qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizə verərək Cavabdeh1 qarşı iddiasından imtina etmiş və məhkəmə kolegiyası tərəfindən həmin hissədə icraata xitam verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Məhəmməd Ridvnov tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edə bilməmiş, əksinə, Cavabdeh2 apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirə bilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 verilməli, aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 150 manat (100+50) xərc isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(067)- 163/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh2 verilsin. Mübahisə üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 150 manat (100+50) pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar