Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2482/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadəninn katibliyi ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borc pulun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi Vəkil buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə verdiyi vəsatətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 4000 manat və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə 7000 ABŞ dolları, Cavabdeh2 500 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsindən apellyasiya şikayəti daxil olmuş, o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPM-in 363.1.5-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Daha sonra Cavabdeh1 vəkili Vəkil xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2022-ci tarixli qərardadı ilə Cavabdeh1 vəkili Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti AR MPM-in 363.1.1-ci maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Hazırda Cavabdeh1 nümayəndəsi Vəkil məhkəməyə vəsatət verərək, hazırki iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən onun bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətini baxılması üçün mülki iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh1 nümayəndəsi Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, adı çəkilən məhkəmə qətnaməsinin olmasında icra məmurundan xəbər tutmuşdur. 2022-ci il mayın 11-də yazılı ərizə ilə məhkəməyə müraciət etmiş, 10 dekabr 2010-cu il tarixli 2(060)- 4828/2021 saylı qətnaməsinin surətini ona verilməsini xahiş etmiş, lakin həmin qətnamə ona rəsmi qaydada yalnız 30 sentyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş 1 aylıq müddət tərəfindən hələ də ötürülməmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli 2(060)-4428/2021 saylı qərardadı ləğv etməklə buraxılmış müddəti bərpa edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini xx.xx.2022-ci il tarixdə icra məmurundan əldə etdiyini və bundan sonra apellyasiya şikayəti verdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1562/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 13 iyun 2022-ci il tarixdə Cavabdeh1 barəsində sözügedən qətnaməni icra etmədiyinə görə MN seriyalı ******* №-li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta trətkibi olmadığına görə xitam verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 məhkəmə qətnaməsini xx.xx.2022-ci il tarixdə əldə etmiş, lakin apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Odur ki, məhkəmə, buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bu Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Bu Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. AR MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası cavabdehin iş üzrə apellyasiya şikayətinin vaxtında verilməsi barədə gətirdiyi dəlili qəbul etmir və birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq edilməsini hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 20 oktyabr 2022-ci il tarixli 2(060)-4428/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2482/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2482/2022
05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver