Məhkəmə qərarları › İş №2(105)-2485/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2485/2021

04.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2485/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiacı İddiaçı, cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(031)-158/2021 saylı qətnaməsindən iddiacı İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(031)-158/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) iddiacı İddiaçı cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 01 dekabr 2020-ci il tarixli, 770 saylı əmrinin ləğv edilərək onun Şabran rayon X3 X5 sürücüsü vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 01 mart 2013-cü il tarixdən Şabran rayon Mərkəzi Xəstəxanasında sürücü işləmiş, işlədiyi müddət ərzində heç vaxt intizamsızlığa yol verməmiş, üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmiş, həmişə işinə vicdanla yanaşmaqla daxili nizam-intizam qaydalarına əməl etmişdir. Əmək intizamına ciddi əməl etdiyinə, nümunəvi davranışına görə Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru Aslan Usubov onu özünə ştatdankənar sürücü təyin etmiş və direktorun şəxsi sürücüsü qismində işləmişdir. Münasibətləri çox səmimi olduğuna görə hətta onun şəxsi “Opel-Astra” markalı minik avtomobili 7 ay Aslan Usubovun istifadəsində olmuşdur. X10 istifadəsində olmasına baxmayaraq təmir işlərini də öz vəsaiti hesabına etmiş, münasibətlərinin yaxın olmasından hər hansı formada istifadə etməyə çalışmamışdır. Təxminən 2016-cı ildə Aslan Usubov ondan Şabran şəhərində kirayə tutduğu mənzilə qoymaq üçün divan-kreslo dəsti tapmasını xahiş etmişdi. O da “Ticarət cərgəsi” adlanan mebel mağazasından 350 manata işlənmiş vəziyyətdə olan divan-kreslo dəstini almış və Aslan Usubovun kirayə tutduğu mənzilə aparmışdı. Divan-kreslo dəstinin pulunu Aslan Usubov özü vermişdi. Aslan Usubov demək olar ki, hər gün Bakı şəhərinə evinə gedib-gəldiyi üçün kirayə tutduğu evdə yaşamırdı. Təxminən 2 ildən sonra Aslan Usubovun tapşırığı ilə kirayə tutduğu evdə olan əmlakını, o cümlədən də həmin divan-kreslo dəstini onun iştirakı ilə gətirib xəstəxananın köhnə anbarına yığmışdılar. Bir müddət keçəndən sonra anbar rütubətli olduğundan divan-kreslo dəstinin xarab olacağını deyərək bunları nə edəcəyini soruşduqda, Aslan Usubov müştəri tapıb satmağını demişdir. O da evdə həyat yoldaşı ilə məsləhətləşərək divan-kreslo dəstini özlər almaq qərarına gəlmiş, bunu Aslan Usubova bildirdikdə, Aslan Usubov buna razı olmuşdu. O, Aslan Usubova 300 manat pul verib 2018-ci ilin dekabr ayında divan-kreslo dəstini evinə aparmışdı. Aslan Usubov onun həyat yoldaşını qanunsuz işdən çıxarmış, bununla əlaqədar müxtəlif orqanlara etdiyi şikayətlərə görə Aslan Usubovun ona qarşı münasibəti dəyişmişdi. Bir müddət sonra həyat yoldaşı işə bərpa olunmuşdu. Dünyada baş verən koronavirus pandemiyası ilə əlaqədar xəstəxananın bir qrup işçisi Aslan Usubovun qəbuluna gedib əmək haqqına artımlar tətbiq etməsini xahiş etmiş, lakin Aslan Usubov işçiləri təhqir edərək otaqdan qovmuşdu. İşçilər də bundan sonra müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etmişdilər. Aslan Usubov bu ərizələrin yazılmasını onun təşkil etdiyini, işçiləri öyrətdiyini bildirmişdi, halbuki o da şikayətçilərin biri idi. Aslan Usubov onunla qərəzli münasibətlərə başlamış, guya onun divan-kreslo dəstini mənimsəməyi barədə 102 xidmətinə zəng edərək məlumat vermiş, onun və qızının evinə polis əməkdaşları gələrək 300 manat pul verib aldığı divan-kreslo dəstini axtarmışdı. Aslan Usubov 26 avqust 2020-ci il tarixdə heç bir əsas və səbəb olmadan onu tutduğu sürücü vəzifəsindən azad etmişdi. O, işə bərpa olunmaq üçün iddia ərizəsi ilə məhkəməyə, eyni zamanda cavabdehin qanunsuz və ədalətsiz hərəkətləri barədə müxtəlif instansiyalara, o cümlədən X6 şikayət ərizələri ilə müraciətlər etmişdi. Şabran Rayon Məhkəməsi iddiasına baxaraq onun işinə bərpa olunmağı barədə 22 oktyabr 2020-ci il tarixdə qətnamə qəbul etmişdi. X8 Xidmətinin Quba Regional Ərazi Şöbəsi də araşdırma aparmaqla onu qanunsuz olaraq işdən çıxardığına görə Aslan Usubovu 1500 manat cərimə etmişdi. Şabran Rayon Məhkəməsinin qətnaməsindən sonra 27 oktyabr 2020-ci il tarixli, 603 saylı əmrlə o, işinə bərpa olunmuşdu. Aslan Usubov ondan 1500 manat cəriməni ödəməsini tələb etmiş, əks təqdidə onu işdən çıxaracağını bildirmişdi. Aslan Usubov onun cəriməni ödəmədiyini görüb xəstəxananın həmkarlar təşkilatına guya xəstəxananın anbarından 2018-ci ildə divan-kreslo oğurlamağı ilə əlaqədar məktub göndərərək onun işdən çıxarılmağını təşkil etmək üçün kampaniyaya başlamışdır. 20 noyabr 2020-ci il tarixdə Şabran rayon X1 X4 şurası Rəyasət Heyətinin iclasında saxta qərar qəbul edilmişdir. Belə ki, iclasda iştirak edən şəxslərin dedikləri protokolda tam əksinə yazılmış, protokol həmin şəxslər tərəfindən imzalanmamışdır. Eyni zamanda iclasa sədrlik edən Azad Orucov ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq protokolu imzalamamışdır. Lakin bütün bu qanunsuzluqlara baxmayaraq onun işdən azad edilməyi barədə 01 dekabr 2020-ci il tarixli, 770 saylı əmr verilmişdir. Cavabdehin onun işdən azad edilməyi barədə imzaladığı 01 dekabr 2020-ci il tarixli, 770 saylı əmrlə razı deyildir, əmr qanunsuz və əsassız, eyni zamanda Aslan Usubovun şəxsi ambisiyalarına uyğun hazırlanmış qərəzli əmrdir. İşdən azad edilməyi barədə əmrdə onun üzərinə düşən əmək funksiyalarını kobud şəkildə pozduğu, xəstəxana ərazisində anbardan oğurluq etməklə inzibati xəta törətdiyi göstərilmişdir. O, heç bir oğurluq etməmiş, pulunu verib Aslan Usubovdan işlənmiş və eyni zamanda xəstəxanaya aidiyyatı olmayan divan-kreslo dəstini almış, Aslan Usubovla adi vətəndaş arasında olan kimi alver etmişdir. Aslan Usubovla bu alver səmimi münasibətləri olduğu dövrdə, 2018-ci ildə baş vermiş, həmin vaxtdan 2 il keçəndən sonra ona qarşı şəxsi qərəzli münasibətlərini biruzə verməklə ondan 102 xidmətinə şikayət etmişdi ki, bu bəhanə ilə onu işindən azad edə bilsin. Cavabdeh öz nüfuzundan və mövqeyindən sui-istifadə edərək olmayan oğurluq məsələsinə Şabran Rayon Məhkəməsində inzibati qaydada baxılması səviyyəsinə qədər aparıb çıxarmış, Şabran Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə heç bir sübut olmadan 160 saat ictimai işlər cəzasına məhkum edilmişdi. O, 26 avqust 2020-ci il tarixdə 455 saylı əmrlə artıq işdən çıxarılmış, məhkəmənin onun “oğurluqla” əlaqədar ictimai işlər cəzası verməsi barədə qərarı işindən azad olunandan sonra çıxarılmışdı. Şabran Rayon Məhkəməsi 22 oktyabr 2020-ci il tarixli qətnamə çıxardıqdan sonra 27.10.2020-ci il tarixdə 603 saylı əmrlə o, öz işinə bərpa edilmişdir. Həqiqətən onun inzibati xəta törətməyi ilə əlaqədar həmin müəssisədə işləməyi qanunsuz idisə, cavabdeh Şabran Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli işə bərpa haqqında olan qətnamə ilə razılaşmayıb həmin qətnamədən apellyasiya şikayəti verməli idi. Onun inzibati xəta barədə olan məhkəmə qərarı işə bərpa haqqındakı qətnamədən əvvəl tərəflərə göndərilmişdi. Aslan Usubovun ona qarşı şəxsi qərəzli münasibətləri zəminində onunla 01.03.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 01.12.2020-ci il tarixli, 770 saylı əmrlə xitam vermişdir. Cavabdeh onun xəstəxananın anbarından oğurluq etdiyini, əmək funksiyasını kobud şəkildə pozduğunu əsas göstərir. O zaman Aslan Usubovun xəstəxanaya aid olmayan öz şəxsi əmlakını əmək funksiyasını kobud şəkildə pozaraq dövlət müəssisəsinin anbarında saxlaması da əmək funksiyasının pozulması deməkdir. Göründüyü kimi, Aslan Usubov əmək funksiyalarını ilk növbədə özü kobud şəkildə pozaraq digər işçilərə də mənfi nümunə göstərir. Aslan Usubovdan halal pulunu verib aldığı divankreslo dəstinin xəstəxananın anbarından 2018-ci ildə cavabdehin öz icazəsi ilə apardığı halda, bu barədə iki il keçəndən sonra şikayət etməsi cavabdehin bir rəhbər kimi müəssisəyə lazımınca rəhbərlik edə bilməməsindən, işinin öhdəsindən layiqincə gələ bilməməsindən xəbər verir. Onun işdən azad olunmağı barədə olan əmrində əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yanaşı, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini, Şabran rayon Səhiyyə X4 şurasının 20 noyabr 14 saylı protokolu, eyni zamanda Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndi göstərilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin barəsində məhkəmə qərarı verilsə belə, bu işə heç bir aidiyyatı yoxdur. Belə ki, hər hansı inzibati xətadan, oğurluqdan söhbət belə gedə bilməz. Bu, cavabdehin vəzifəsindən, nüfuzundan suiistifadə etməklə qurduğu əsassız bir oyundan başqa bir şey deyildir. Şabran rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasının 14 saylı, 20 noyabr 2020-ci il tarixli protokolu isə orada adları qeyd edilən şəxslərin imzası ilə deyil, saxta imzalarla təsdiqlənmiş əhəmiyyətsiz iclas protokoludur. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinin hansı səbəbdən barəsində tətbiq olunması, ümumiyyətlə, başa düşülən deyildir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, qətnamə əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o, 01 mart 2013-cü il tarixdən Şabran rayon Mərkəzi Xəstəxanasında sürücü işləmiş, işlədiyi müddət ərzində heç vaxt intizamsızlığa yol verməmiş, üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmiş, həmişə işinə vicdanla yanaşmaqla daxili nizam-intizam qaydalarına əməl etmişdir. Əmək intizamına ciddi əməl etdiyinə, nümunəvi davranışına görə Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru Aslan Usubov onu özünə ştatdankənar sürücü təyin etmiş və direktorun şəxsi sürücüsü qismində işləmişdir. Münasibətləri çox səmimi olduğuna görə hətta onun şəxsi “Opel-Astra” markalı minik avtomobili 7 ay Aslan Usubovun istifadəsində olmuşdur. X10 istifadəsində olmasına baxmayaraq təmir işlərini də öz vəsaiti hesabına etmiş, münasibətlərinin yaxın olmasından hər hansı formada istifadə etməyə çalışmamışdır. Təxminən 2016-cı ildə Aslan Usubov ondan Şabran şəhərində kirayə tutduğu mənzilə qoymaq üçün divan-kreslo dəsti tapmasını xahiş etmişdi. O da “Ticarət cərgəsi” adlanan mebel mağazasından 350 manata işlənmiş vəziyyətdə olan divan-kreslo dəstini almış və Aslan Usubovun kirayə tutduğu mənzilə aparmışdı. Divan-kreslo dəstinin pulunu Aslan Usubov özü vermişdi. Aslan Usubov demək olar ki, hər gün Bakı şəhərinə evinə gedib-gəldiyi üçün kirayə tutduğu evdə yaşamırdı. Təxminən 2 ildən sonra Aslan Usubovun tapşırığı ilə kirayə tutduğu evdə olan əmlakını, o cümlədən də həmin divankreslo dəstini onun iştirakı ilə gətirib xəstəxananın köhnə anbarına yığmışdılar. Bir müddət keçəndən sonra anbar rütubətli olduğundan divan-kreslo dəstinin xarab olacağını deyərək bunları nə edəcəyini soruşduqda, Aslan Usubov müştəri tapıb satmağını demişdir. O da evdə həyat yoldaşı ilə məsləhətləşərək divan-kreslo dəstini özlər almaq qərarına gəlmiş, bunu Aslan Usubova bildirdikdə, Aslan Usubov buna razı olmuşdu. O, Aslan Usubova 300 manat pul verib 2018-ci ilin dekabr ayında divan-kreslo dəstini evinə aparmışdı. Aslan Usubov onun həyat yoldaşını qanunsuz işdən çıxarmış, bununla əlaqədar müxtəlif orqanlara etdiyi şikayətlərə görə Aslan Usubovun ona qarşı münasibəti dəyişmişdi. Bir müddət sonra həyat yoldaşı işə bərpa olunmuşdu. Dünyada baş verən koronavirus pandemiyası ilə əlaqədar xəstəxananın bir qrup işçisi Aslan Usubovun qəbuluna gedib əmək haqqına artımlar tətbiq etməsini xahiş etmiş, lakin Aslan Usubov işçiləri təhqir edərək otaqdan qovmuşdu. İşçilər də bundan sonra müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etmişdilər. Aslan Usubov bu ərizələrin yazılmasını onun təşkil etdiyini, işçiləri öyrətdiyini bildirmişdi, halbuki o da şikayətçilərin biri idi. Aslan Usubov onunla qərəzli münasibətlərə başlamış, guya onun divan-kreslo dəstini mənimsəməyi barədə 102 xidmətinə zəng edərək məlumat vermiş, onun və qızının evinə polis əməkdaşları gələrək 300 manat pul verib aldığı divan-kreslo dəstini axtarmışdı. Aslan Usubov 26 avqust 2020ci il tarixdə heç bir əsas və səbəb olmadan onu tutduğu sürücü vəzifəsindən azad etmişdi. O, işə bərpa olunmaq üçün iddia ərizəsi ilə məhkəməyə, eyni zamanda cavabdehin qanunsuz və ədalətsiz hərəkətləri barədə müxtəlif instansiyalara, o cümlədən X6 şikayət ərizələri ilə müraciətlər etmişdi. Şabran Rayon Məhkəməsi iddiasına baxaraq onun işinə bərpa olunmağı barədə 22 oktyabr 2020-ci il tarixdə qətnamə qəbul etmişdi. X8 Xidmətinin Quba Regional Ərazi Şöbəsi də araşdırma aparmaqla onu qanunsuz olaraq işdən çıxardığına görə Aslan Usubovu 1500 manat cərimə etmişdi. Şabran Rayon Məhkəməsinin qətnaməsindən sonra 27 oktyabr 2020-ci il tarixli, 603 saylı əmrlə o, işinə bərpa olunmuşdu. Aslan Usubov ondan 1500 manat cəriməni ödəməsini tələb etmiş, əks təqdidə onu işdən çıxaracağını bildirmişdi. Aslan Usubov onun cəriməni ödəmədiyini görüb xəstəxananın həmkarlar təşkilatına guya xəstəxananın anbarından 2018-ci ildə divan-kreslo oğurlamağı ilə əlaqədar məktub göndərərək onun işdən çıxarılmağını təşkil etmək üçün kampaniyaya başlamışdır. 20 noyabr 2020-ci il tarixdə Şabran rayon X1 X4 şurası Rəyasət Heyətinin iclasında saxta qərar qəbul edilmişdir. Belə ki, iclasda iştirak edən şəxslərin dedikləri protokolda tam əksinə yazılmış, protokol həmin şəxslər tərəfindən imzalanmamışdır. Eyni zamanda iclasa sədrlik edən Azad Orucov ona qarşı edilən haqsızlığa etiraz əlaməti olaraq protokolu imzalamamışdır. Lakin bütün bu qanunsuzluqlara baxmayaraq onun işdən azad edilməyi barədə 01 dekabr 2020-ci il tarixli, 770 saylı əmr verilmişdir. Cavabdehin onun işdən azad edilməyi barədə imzaladığı 01 dekabr 2020-ci il tarixli, 770 saylı əmrlə razı deyildir, əmr qanunsuz və əsassız, eyni zamanda Aslan Usubovun şəxsi ambisiyalarına uyğun hazırlanmış qərəzli əmrdir. İşdən azad edilməyi barədə əmrdə onun üzərinə düşən əmək funksiyalarını kobud şəkildə pozduğu, xəstəxana ərazisində anbardan oğurluq etməklə inzibati xəta törətdiyi göstərilmişdir. O, heç bir oğurluq etməmiş, pulunu verib Aslan Usubovdan işlənmiş və eyni zamanda xəstəxanaya aidiyyatı olmayan divan-kreslo dəstini almış, Aslan Usubovla adi vətəndaş arasında olan kimi alver etmişdir. Aslan Usubovla bu alver səmimi münasibətləri olduğu dövrdə, 2018-ci ildə baş vermiş, həmin vaxtdan 2 il keçəndən sonra ona qarşı şəxsi qərəzli münasibətlərini biruzə verməklə ondan 102 xidmətinə şikayət etmişdi ki, bu bəhanə ilə onu işindən azad edə bilsin. Cavabdeh öz nüfuzundan və mövqeyindən suiistifadə edərək olmayan oğurluq məsələsinə Şabran Rayon Məhkəməsində inzibati qaydada baxılması səviyyəsinə qədər aparıb çıxarmış, Şabran Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə heç bir sübut olmadan 160 saat ictimai işlər cəzasına məhkum edilmişdi. O, 26 avqust 2020-ci il tarixdə 455 saylı əmrlə artıq işdən çıxarılmış, məhkəmənin onun “oğurluqla” əlaqədar ictimai işlər cəzası verməsi barədə qərarı işindən azad olunandan sonra çıxarılmışdı. Şabran Rayon Məhkəməsi 22 oktyabr 2020-ci il tarixli qətnamə çıxardıqdan sonra 27.10.2020-ci il tarixdə 603 saylı əmrlə o, öz işinə bərpa edilmişdir. Həqiqətən onun inzibati xəta törətməyi ilə əlaqədar həmin müəssisədə işləməyi qanunsuz idisə, cavabdeh Şabran Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli işə bərpa haqqında olan qətnamə ilə razılaşmayıb həmin qətnamədən apellyasiya şikayəti verməli idi. Onun inzibati xəta barədə olan məhkəmə qərarı işə bərpa haqqındakı qətnamədən əvvəl tərəflərə göndərilmişdi. Aslan Usubovun ona qarşı şəxsi qərəzli münasibətləri zəminində onunla 01.03.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 01.12.2020-ci il tarixli, 770 saylı əmrlə xitam vermişdir. Cavabdeh onun xəstəxananın anbarından oğurluq etdiyini, əmək funksiyasını kobud şəkildə pozduğunu əsas göstərir. O zaman Aslan Usubovun xəstəxanaya aid olmayan öz şəxsi əmlakını əmək funksiyasını kobud şəkildə pozaraq dövlət müəssisəsinin anbarında saxlaması da əmək funksiyasının pozulması deməkdir. Göründüyü kimi, Aslan Usubov əmək funksiyalarını ilk növbədə özü kobud şəkildə pozaraq digər işçilərə də mənfi nümunə göstərir. Aslan Usubovdan halal pulunu verib aldığı divan-kreslo dəstinin xəstəxananın anbarından 2018-ci ildə cavabdehin öz icazəsi ilə apardığı halda, bu barədə iki il keçəndən sonra şikayət etməsi cavabdehin bir rəhbər kimi müəssisəyə lazımınca rəhbərlik edə bilməməsindən, işinin öhdəsindən layiqincə gələ bilməməsindən xəbər verir. Onun işdən azad olunmağı barədə olan əmrində əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə yanaşı, Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndini, Şabran rayon Səhiyyə X4 şurasının 20 noyabr 14 saylı protokolu, eyni zamanda Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndi göstərilmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinin barəsində məhkəmə qərarı verilsə belə, bu işə heç bir aidiyyatı yoxdur. Belə ki, hər hansı inzibati xətadan, oğurluqdan söhbət belə gedə bilməz. Bu, cavabdehin vəzifəsindən, nüfuzundan sui-istifadə etməklə qurduğu əsassız bir oyundan başqa bir şey deyildir. Şabran rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı şurasının 14 saylı, 20 noyabr 2020-ci il tarixli protokolu isə orada adları qeyd edilən şəxslərin imzası ilə deyil, saxta imzalarla təsdiqlənmiş əhəmiyyətsiz iclas protokoludur. Bundan başqa, Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinin hansı səbəbdən barəsində tətbiq olunması, ümumiyyətlə, başa düşülən deyildir. Cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə verdiyi əmrdə göstərilənlərin heç biri sübuta yetirilə bilmədiyinə görə əmr tam əsassız hesab olunur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 mart 2013-cü ildən 01 dekabr 2020-ci ilədək Şabran rayon Mərkəzi Xəstəxanasında sürücü işləmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2(031)-729/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiacı İddiaçı cavabdeh Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 26 avqust 2020-ci il tarixli, 455 saylı əmri ləğv edilərək İddiaçı Şabran rayon X3 X5 sürücüsü vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üzrə 27.10.2020-ci il tarixli, 603 saylı əmrin surətindən görünür ki, Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üzrə 26 avqust 2020-ci il tarixdə verilmiş 455 saylı əmr Şabran Rayon Məhkəməsinin qərarı ilə ləğv edildiyi üçün 27.10.2020-ci il tarixdə İddiaçı TTYS-da sürücü bərpa edilmişdir. İş materiallarında olan Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üzrə 17.11.2020-ci il tarixli, 61 saylı əmrin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən əmək funksiyalarını kobud şəkildə pozulduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İş materiallarında olan Şabran rayon X1 X4 şurası Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixli, 14 saylı protokolunun surətindən görünür ki, Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Təcili X5 sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üzrə 01.12.2020-ci il tarixli, 770 saylı əmrin surətindən görünür ki, Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin TTY Stansiyasının sürücüsü İddiaçı öz üzərinə düşən əmək funksiyalarını kobud şəkildə pozduğuna görə xəstəxana ərazisində anbardan oğurluq edərək inzibati xəta törətdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış 01.03.2013-cü il tarixli əmək müqaviləsinə 01.12.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 3(031)-451/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən Şabran Rayon Məhkəməsinə ünvanlanmış 29 yanvar 2021-ci il tarixli, 194097/21 saylı məktubdan görünür ki, Şabran Rayon Məhkəməsinin 3(031)-451/2020 saylı, 18.09.2020-ci il tarixli qərarı ilə inzibati xəta törətmiş İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər cəzası tətbiq edilmiş, İddiaçı cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, bu barədə olan Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs üzrə 01.12.2020-ci il tarixli, 770 saylı əmrdə onun xəstəxana ərazisində anbardan oğurluq edərək inzibati xəta törətməsi göstərilmiş, əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə istinad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 3(031)-451/2020 saylı qərarından görünür ki, İddiaçı 2018-ci ilin iyul ayında Şabran rayon Mərkəzi Xəstəxanasının köhnə cərrahiyyə binasının içərisindən 2 ədəd işlənmiş kreslo və 1 ədəd işlənmiş divanı oğurlayaraq xırda talama etmiş, Şabran rayon Polis şöbəsinin İstintaq bölməsini müstəntiqinin 16 sentyabr 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olması müəyyən edildiyindən barəsində tədbir görülməsi məqsədi ilə qərarın surəti Şabran rayon Polis şöbəsinin İTB-nə göndərilmiş, bu əməlinə görə İddiaçı Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi, İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xəta törətmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Şabran Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, SC-027/2021 saylı məktubundan görünür ki, Şabran Rayon Məhkəməsinin 3(031)- 451/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 18 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş qərara əsasən İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın surəti poçt vasitəsi ilə xəbərnaməli məktubla İddiaçı göndərilmiş və 08 oktyabr 2020-ci il tarixdə qəbzə imza etməklə ona verilmişdir. Yuxarıda qeyd edilmiş qərardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti və ya protesti verilməmiş, həmin qərar qanuni qüvvəsini almış və müvafiq qaydada icraya yönəlmişdir. Şabran rayon İcra və probasiya şöbəsi tərəfindən Şabran Rayon Məhkəməsinə göndərilmiş 03 noyabr 2021-ci il tarixli rəsmi məlumata əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş İddiaçı cəza müddəti başa çatdığı üçün 29 yanvar 2021-ci il tarixdən Şabran rayon İcra və Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Şabran Rayon Məhkəməsinin 3(031)-451/2020 nömrəli inzibati xəta haqqında işi üzrə 18 sentyabr 2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icra olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işə götürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdən görünür ki, Şabran rayon X1 X4 şurası Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixli, 14 saylı qərarı ilə Şabran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Təcili X5 sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi qanunla nəzərdə tutulan əsasla və qanunla müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməklə ləğv edilmiş, cavabdeh təşkilat əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmış, iddiaçının törətdiyi əməlin xarakterini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində heç bir oğurluq etmədiyini, pulunu verib Aslan Usubovdan işlənmiş və eyni zamanda xəstəxanaya aidiyyatı olmayan divan-kreslo dəstini aldığını göstərmişdir. İddiaçı bu dəlili Şabran Rayon Məhkəməsinin inzibati xəta haqqında işi üzrə qanuni qüvvəyə minmiş və icra olunmuş 3(031)-451/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə təkzib olunur. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(031)-158/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar