Məhkəmə qərarları › İş №2(105)-2489/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2489/2020

23.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2489/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, Cavabdehlər Cavabdeh və X1, Cavabdeh vəkili və nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2020 saylı qətnaməsiiləiddia qismən təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 11-ci mkr., 24 saylı evin 46 saylı mənzilindən istifadə hüququna xitam verilmiş, qalan hissədə isə iddia təmin edilməmişdir. (hakim E.Abdullayev) QətnamədənCavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2020 saylı qətnaməsininiddianın təmin edilməsi hissəsində ləğv edilməsini və ona dair hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh və X3 qarşı iddia qaldıraraq, onların yetkinlik yaşına çatmayan övladları ilə birlikdə mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mkr., 24 saylı evin 46 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, 11-ci mkr., 24 saylı evin 46 saylı mənzili xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi ilə ona atası tərəfindən bağışlanmış, xx.xx.2014-cü il tarixli reyestrdən çıxarışla xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Mənzil ona bağışlanan zaman mənzildə cavabdehlər qeydiyyatda olmuşlar. Ev onun mülkiyyətindədir, lakin o, mənzil üzərində sərəncam vermək hüququndan məhrumdur. Belə ki, cavabdehlər həmin mənzildə qeydiyyatda olduqlarından, yalnız onların razılığı əsasında mənzil üzərində alqısatqı, bağışlanmanı həyata keçirilə bilər. Bundan başqa, o, mübahisəli mənzildən istifadə edə bilmir. Cavabdeh Yeganə Muradova mübahisəli mənzildə yaşayır və o, mənzildən istifadə etməsinə icazə vermir. Bacıları artıq onun ailə üzvləri hesab edilmədiyindən yaşayış sahəsindən istifadə hüququna malik deyildirlər. mübahisəli mənzil əvvəllər tərəflərin atalarına məxsus olmuş, o, bu mənzili iddiaçıya bağışlamış, bu əməliyyata isə cavabdehlər razılıq vermişlər. Mənzil özəlləşdirilərkən cavabdehlərin buna razılıq vermələri, onların bu mənzilə olan hüquqlarının itirilməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ona dair hissədə qanunsuz və əsassızdır. Şikayətimin dəlilləri ondan ibarətdir ki, məhkəmə işin həqiqi hallarına düzgün qiymət verməmiş, işin hallarına zidd olan maddi hüquq normalarını tətbiq etmiş və nəticədə onun mənzilə olan hüququ pozulmuşdur. Belə ki, məhkəmə digər cavabdeh olan bacısı X3 qarşı iddianı rədd edərkən ona istinad etmişdir ki, bacısı bu günə qədər həmin mənzildə yaşadığına və başqa yaşayış sahəsi olmadığına görə mənzildən çıxarıla bilməz. İddianın ona qarşı olan hissəsini isə təmin edərkən məhkəmə ona əsaslanmışdır ki, o, hazırda qanunsuz tikili olan sahədə yaşadığına və bu mübahisəli mənzilə ehtiyacı olmadığına görə azyaşlı uşağı ilə bərabər mənzildən çıxarılmalıdır. Məhkəmənin gəldiyi bu nəticə səhvdir və mövcud maddi hüquq normalarına ziddir. O, valideynlərinin sağlığında onlara qulluq etmək üçün atasının inşa etdiyi qanunsuz tikilidə qalmağa məcbur olmuş, sonradan atası öləndən sonra mütamadi olaraq qeydiyyatda olduğu mübahisəli mənzildə yaşamışdır. Lakin məhkəmə zamanı atasının ikinci arvadı ifadə vermişdir ki, o, hazırda həmin özbaşına tikilidə onunla bərabər yaşayır. Məhkəmə də məhz bu faktı əsas tutaraq belə bir qənaətə gəlmişdir ki, guya onun artıq mübahisəli mənzilə ehtiyacı yoxdur və ona görə də mənzildən çıxanlmalıdır. Lakin bu zaman məhkəmə həmin yaşayış sahəsinin hüququ statusunu müəyyən etməmiş, həmin tikilinin qanuni olub-olmaması, gələcəkdə həmin tikilidə onun hüququnun yarana bilibbilməməsini müəyyən etməmiş, həmin sahəni qanuni yaşayış sahəsi hesab edərək, onun mübahisəli mənzil alınan gündən oradan istifadə etmək hüququ olan yeganə yaşayış sahəsindən məhrum etmişdir. Əslində, qanunsuz tikilmiş evin yerləşdiyi torpaq sahəsi də Bələdiyyə tərəfindən qeyri-rəsmi qardaşının adına qeydə alınmışdır. Deməli, bu tikiliyə də qardaşının gözlənti hüququ var və gələcəkdə mülkiyyətçi kimi onun oradan da çıxarılması ehtimalı mövcuddur. Digər tərəfdən o, mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq vermişdir və bu hal nəzərə alınmalıdır. Onun müvəqqəti olaraq qanunsuz tikiliyə gedibgəlməsi uzun illər boyu mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu hallar məhkəmə iclasında kifayət qədər araşdırılmağıdından qətnamə ona dair hissədə ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, həmçinin onun vəkili və nümayəndəsi X13pelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh dair hissədə ləğv olunmasını və iddianın tamamilə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.Cavabdeheyni zamanda bildirdi ki, qanunsuz tikilidə analığı yaşayır və ona qulluq etməsi üçün hərdən ona baş çəkmişdir, əsas yaşayış yeri isə mübahisəli mənzil olmuşdur. Digər cavabdeh X6 da şikayəti müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. İş üzrəİddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinəbaxmayaraq, göndərilmiş bildirişlər ünvançının başqa yerdə olması əsası ilə çatdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə İddiaçıiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan 64 № ******* saylı pasportun surətindən görünür ki, İddiaçı 30.01,1976-cı ildə anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 25.11,1974-cü ildə, Yeganə Muradova isə 14.01,1979-cu ildə Sumqayıt şəhərində anadan olmuşlar. Onlar hazırda Sumqayıt şəhəri, 11-ci mikrorayon, 24 saylı evdə yerləşən 46 saylı mənzildəqeydiyyatdadırlar. Yenə də iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 24 saylı evdə yerləşən 46 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2014-cü il tarixində qeydə alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 24 saylı evdə yerləşən 46 saylı mənzil sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 7/3M-961 saylı mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X4 adına qeydiyyata alınmış və Sumqayıt şəhər X2 tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər “ASAN Xidmət” notariat kontorunun xüsusi notariusunun təsdiq etdiyi 4Ə-1351 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsi əsasında mənzil İddiaçı adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir.Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, mübahisəli mənzil xx.xx.1982-ci ildə order əsasında X5 verilmişdir. X9 ailə üzvləri kimi iddiaçının və cavabdehlərin adları qeyd edilmişdir. Həmin mənzil 1994-cü ildə Məhəmməd Rzayevin adına özəlləşdirilmiş, iddiaçı və Cavabdeh bununla bağlı razılıq ərizələrini təqdim etmişlər. Yeganə Muradova isə həmin vaxt yetkinlik yaşına çatmadığı üçün onun ərizəsi alınmamışdır. İşdə olan Sumqayıt “Asan Xidmət Mərkəzi”nin xüsusi notariusu tərəfindən mübahisəli mənzilin bağışlanma müqaviləsinə dair notariat işinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli bağışlanma müqaviləsinə əsasən mübahisəli mənzil Məhəmməd Rzayev tərəfindən İddiaçı bağışlanmışdır. Cavabdeh və X6 bu barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri vermişlər. İşə əlavə edilmiş kommunal ödəmə qəbzlərindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci qəsəbə ərazisindəki fərdi evdə abonent kimi İddiaçı qeyd edilmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh T.H.Nəciyevlə xx xxx 1993-cü il tarixdə nikaha girmiş və bu nikah xx xxxx 2002-ci il tarixdə pozulmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, aşağıda istinad olunan hüquq normalarına əsasən Cavabdeh apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)- 771/2020 saylı qətnaməsi ona dair hissədə ləğv edilməli, iddia Cavabdeh dair hissədə də təmin olunmamalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil ləcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Pespublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil 10/1492 saylı, xx.xx.1982-ci il tarixli order əsasında Məhəmməd Rzayevə verilmişdir. X7 övladlarıdır və adları həmin orderdə mənzil kirayəçisinin ailə üzvləri kimi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşdən görünür ki, tərəflər mərhum Məhəmməd Rzayevin ailə üzvləri olmaqla onunla bərabər mübahisəli mənzildən istifadə hüququ əldə etmişlər. Mübahisəli mənzil 1994-cü ildə Məhəmməd Rzayevin adına özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, xx.xx.1982-ci il tarixli orderdə iddiaçı və cavabdehlər Məhəmməd Rzayevin ailə üzvləri kimi qeyd edilmişlər. Mənzil 1994-cü ildə özəlləşdirilmişdir. Bu səbəbdən iddiaçının və cavabdehlərin həmin mənzilə istifadə hüquqları saxlanmışdır. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar (158.1.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2.). Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun (158.3.). Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil 2014-cü ildə iddiaçıya bağışlansa da, bu Cavabdeh həmin mənzildən istifadə hüquqlarının xitamına səbəb ola bilməz. Onun analığının yaşadığı qanunsuz tikiliyə gedib-gəlməsi isə daimi olaraq başqa ünvana köçməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh 2002-ci ildən boşanmışdır. Onun adına hər hansı yaşayış sahəsinin olması və ya daimi olaraq başqa ünvana köçməsi barədə isə iddiaçı tərəf məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. xx xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlərdənCavabdeh mübahisəli mənzildə özəlləşdirildiyi vaxtdanfasiləsiz yaşaması, daimi yaşamaq üçün başqa yaşayış yerinə getməməsiiş materialları ilə təsdiq olunur və sadalanan maddi hüquq normalarının tələbinə əsasən onun bu mənzildən istifadə hüququ mövcuddur. Belə olan halda iddiaçının mübahisəli mənzilinmülkiyyətçisi olma əsası ilə həmin şəxsin hazırki əsasla bu mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və oradan çıxarılmasıbarədə iddiası təmin oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Eyni Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yenə Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yenə həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yuxarıda da qeyd olunduğu kimi, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna malik olduğundan onun bu yaşayış sahəsindən istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməklə xitam verilə və oradan çıxarıla bilər. İşdən isə görünür ki, hazırkı halda İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, RX ******* saylı reyestrdən çıxarışa əsasən ona məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, 24 saylı evdə yerləşən 46 saylı mənzilindən hər hansı bir şərt olmadan istifadə hüququnun itirilmiş hesab edilməsi və oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh dair hazırkı iddiası təmin oluna bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, o cümlədən sadalanan maddi hüquq normalarına uyğun deyildir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olma faktından sui-istifadə etməsi və oradan Cavabdeh istifadə hüququ itirilməklə çıxarılması onun bu mənzillə bağlı hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı Cavabdeh yetkinlik yaşına çatmamış uşaqlarının da mənzildən çıxarılmasını tələb etmişdir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda qeyd olunan cavabdehin uşaqlarının yaşayış yeri onların valideyinlərinin yaşayış yeri ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını nəzərə almamış, Cavabdeh qarşı iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X14 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X15rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda İddiaçı Cavabdeh dair hissədə iddia tələbinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkənə iclasında sübuta yetirmişdir. Məhkəmənin qətnamədə Cavabdeh hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində atasının ikinci həyat yoldaşı ilə birlikdə özbaşına tikilidə yaşamasına, onun mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacının guya aradan qalxmasına və mübahisəli mənzildə formal əsaslarla qeydiyyatda qalmasına istinad etməsi əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan ödəmə qəbzlərindən də göründüyü kimi, bu tikili qanunsuz olsa da, kommunal xidmətlərdə abonent kimi məhz İddiaçı göstərilmişdir. Digər tərəfdən cavabdehin bu tikilidə daimi yaşaması barədə işdə mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qismən düzgün qiymət vermədiyindən, eləcə də hüququn tətbiqində səhvə yol verdiyindən qətnamə iddianın təmin edilməsi hissəsində ləğv olunmalı, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 5,40 manat məbləğində dövlət rüsumu iddiaçıdan onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-771/2020 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 5,40 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar