Məhkəmə qərarları › İş №2(105)-2495/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2495/2020

04.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2495/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X17, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsindən ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3688/2019 saylı, xx xxx 2019cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 3863/2019 saylı qətnaməsi ilə ilk iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Mirbabayeva Nigar Mirbaba qızı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)3688/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbi təmin edilərək İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilinə köçürülməsi, Cavabdeh İddiaçı qarşı İddiaçı Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)-2359/2020 saylı qərarı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti qismən təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3863/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 1 ünvanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Cavabdeh onun atasıdır. Onun 21 yaşı var, ailə qurmamışdır. Cavabdeh mənzilin giriş-çıxış qapısının açarını dəyişərək onu mənzilə buraxmır. O, tələbədir, qiyabi təhsil alır, işi ilə əlaqədar tez-tez Türkiyə Respublikasına gedib-gəlir. Lakin qayıtdıqda onun yaşamağa yeri olmur, başqa mənzildə sığınacaq tapmalı olur. Bu vəziyyət ona pis təsir edir, o, atasının mülkiyyətində olan və daimi qeydiyyatı üzrə mübahisəli mənzildə yaşamaq istəyir. Ona görə də, onun Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmış və nəticədə mənafeyinə zidd qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək iddia tələbini təmin etmişdir. Qeyd edilməlidir ki, mübahisəli mənzil ilə bağlı onunla X18 arasında digər məhkəmə mübahisəsi davam edir. Məhz həmin məhkəmə mübahisəsi zamanı hazırki iş üzrə çıxarılmış qətnamənin mövcudluğu müəyyən olunmuşdur. Belə ki, o, 2018-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı aşağıda qeyd edilən qətnamələr qəbul edilmişdir: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3094/2019 saylı qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş, X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mülki işdən müəyyən olunur ki, Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin 5 №-li mənzili onun tam mülkiyyətindədir. Həmin mənzil ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən keçmişdir. 2013-cü il tarixdə cavabdeh X18 ilə iddiaçının nikahına xitam verilmiş və boşandıqdan sonra cavabdeh S.Manaflı onun mülkiyyətində olan mənzildən bütün əşyalarını evdən çıxarmış və evi tərk etmişdir. Cavabdeh S.Manaflı həmin vaxtdan qeyd edilən ünvanda yaşamadığına və formal olaraq pasport qeydiyyatında qaldığına görə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bundan əlavə, göstərilən mülki işdə X18 məhkəməyə bildirmişdir ki, «xx.xx.2013-cü ildə nikah pozulmuş, nikahı pozulduqdan sonra ona məxsus olan bütün cehiz əmlakını götürmüş və 2 qızı ilə birlikdə evi tərk edərək bacısının evinə sığınmışdır. Hal-hazırda mənzildə ona məxsus heç bir əşya qalmamışdır». Mənzildə 2013-cü ildən halhazıradək yaşayışın olmaması həmin qətnamələr ilə müəyyən olunmuşdur. Bundan əlavə müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin X8 adına keçirilməsi barədə «xxxxxxxxxx» MTK ilə müqavilə bağlanılmışdır. İş materialında olan və məhkəmə tərəfindən istinad edilən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)-1079/2013 saylı qətnaməsinə əsasən, onunla ilə Dadaşlı (Manafova) Sevil Adil qızı arasında xx xxxxxx 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və xx.xx.2005-ci il təvəllüdlü X4 anası X9 yanında qalması, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı və xx.xx.2005- ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, 152 manat sabit pul məbləğində alimentin tutulub X13 verilməsi qət eilmişdir. Beləliklə, müəyyən olunur ki, X18 uşaqları ilə birgə (yəni hazırki iş üzrə İddiaçı ilə) daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1- ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüş və hazırkı günədək orada yaşayırlar. İddiaçı Dadaşlı X6 şəhəri, 1ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın 8 saylı mənzilində 2013-cü ildən anası ilə birgə yaşamaqla məhz həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun mülkiyyətində olan Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin 5 №-li mənzilinə isə İddiaçı pasport qeydiyyatı formal olaraq qalmışdır. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı «mənzilə köçürülmə» barədə iddia tələbini məhz onun tərəfindən «xxxxxxxxxx» MTK-dan arayış əldə edilməsi barədə (Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3E saylı binanın, 8 saylı mənzilin X8 adına keçirilməsinə dair «xxxxxxxxxx» MTK ilə müqavilənin bağlanması) məlumatı aldıqdan dərhal sonra vermişdir. İddiaçı mübahisəli mənzili anası ilə birgə 2013-cü ildə tərk etmiş və nədənsə yalnız 6 ildən sonra mənzilə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edir. Həmçinin nəzərə almaq lazımdır ki X18 yuxarıda qeyd edilən mülki işdə cavabdeh qismində və hazırki iş üzrə İddiaçı nümayəndəsi qismində iştirak etmişdir. İddiaçı məhkəmə baxışında iştirak etməmişdir. İddiaçı yaşayış sahəsinə ehtiyacı aradan qalxdığına görə o, mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 19/10 saylı evin, 5 №-li mənzilindən istifadə hüququnu artıq 2013-cü ildən itirmişdir. Belə olan halda, İddiaçı cayabdeh Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddia tələbi tamamilə əsassız və qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcələsinin 228.5-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1, 14.1, 88, 217.2-ci maddələrinin tələbləri pozulmuş və işin işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızı apelyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X17 apelyasiya şikayətinin dəlillərinə etiraz edib təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul editlərək ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh, İddiaçı və X18 mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 tərəfindən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun xx xxxxxx 2019-cu il tarixli 166 sayli sorğusuna cavabdan görünür ki, Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzili Sumqayıt şəhəri 2 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 2v-1/63 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzil sahəsi Cavabdeh adına qeydiyyata alınmış və Sumqayıt şəhər X2 tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. AZ-İİİ №336344 saylı, xx xxxx 2014-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1998ci ildə doğulmuş, atası X14, anası X10r. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(060)- 1079/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Dadaşlı (Manaflı) Sevil Adil qızı arasında xx xxxxxx 1997-ci il tarixdə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxx 1998-ci təvəllüdlü İddiaçı və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 anası X9 yanında qalmış, xx xxxx 1998-ci təvəllüdlü İddiaçı və xx xxxxxx 2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 76 manat olmaqla, 152 manat sabit pul məbləğində alimentin tutulub X11 verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X19 arasında olan nikah xx xxx 2013-cü il tarixdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh qızıdır, mübahisəli mənzildə anadan olmuş, orada yaşamış, valideynləri arasında nikah pozulduqdan sonra anasının himayəsində qalmış, cavabdeh uşaqların saxlanılması üçün ödəməli olduğu aliment məbləğini indiyədək ödəməmiş, hazırda Cavabdeh 9130 manat məbləğində aliment borcu var. İddiaçı mübahisəli Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin, 5 saylı mənzilində qeydiyyatdadır, lakin cavabdehlə ailə münasibətləri pisləşdiyindən cavabdeh tərəfindən törədilən maneçilik nəticəsində mübahisəli mənzildə yaşamaq hüququndan məhrum olmuş və başqa yaşayış yeri olmadığından hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh 2018-ci ildə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi ilə bağlı aşağıda qeyd edilən qətnamələr qəbul edilmişdir: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib, cavabdeh X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilinə dair istifadə hüququna xitam verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4018/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçı Cavabdeh X15 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3189/19 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 4018/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3094/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X8 apelyasiya şikayəti təmin edilməmiş, X8 Sumqayıt şəhəri, 19-cu məhəllə, 19/10 saylı evin 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə müəyyən olunmuşdur ki, xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 1ci mikrorayon Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinin X8 adına keçirilməsi barədə «xxxxxxxxxx» MTK ilə müqavilə bağlanılmışdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, X18 uşaqları ilə birgə daimi yaşamaq üçün 2013-cü il tarixdən Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, 3 E saylı binanın 8 saylı mənzilinə köçmüşlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, 33\3256 saylı məktubundan görünür ki, İddiaçı 2017-2020-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müxtəlif tarixlərdə giriş-çıxışın olması qeydə alınmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil-X3 Birliyinin 4 saylı Mənzil-Komunal Sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 553 saylı arayışdan görünür ki, Dadaşlı X6 şəhəri, 7-8-11-ci mikrorayon, ev 17, mənzil 6 ünvanında 2017-ci ildən qeydiyyatsız yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X21 tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı Respublika ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının Dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın Dövlət reyestrində, keçmiş Tİ və MNQ idarələrinin arxiv məlumatlarında, ƏMDK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında onun adına məlumat yoxdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx xxxxxx 2014-cü il tarixli, 836 saylı vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bədii gimnastika idman növü üzrə idman ustası dərəcəsi verilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X7 və X1 şəhəri, Sülh küçəsi, bina 3 E, mənzil 8 ünvanında yalnız ikisi yaşayırlar. Onlardan başqa həmin mənzildə daimi olaraq başqa bir şəxsin yaşamasının şahidi olunmamışdır. «xxxxxxxxxx MTK-nın sədri Göyçəyev Rövşən Nizaməli oğlu tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 35 saylı arayışından görünür ki, X18 onların şirkətindən xx.xx.2013cü il tarixdə, müqavilə ilə bina 3 E, 8 saylı bir otaqlı mənzil almışdır. Hal-hazırda həmin mənzildə yaşayır.Mənzildə kiminlə yaşaması barədə heç bir məlumatları yoxdur. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququnun yaranması halı mübahisəsizdir. Belə ki, ilk iddia üzrə iddiaçı mübahisəli mənzilin 2005-ci il tarixdən mülkiyyətçisi olan ilk iddia üzrə cavabdehin qızı olmaqla onun ailə üzvüdür. İddiaçı mübahisəli mənzildə onunla birlikdə yaşamışdır. O, valideynləri 2013cü il tarixdə boşanarkən yetkinlik yaşına çatmamış və məhkəmə qətnaməsinə əsasən anasının yanında qalmışdır. Hazırda yetkinlik yaşına çatmışdır və özünə yaşayış sahəsini seçmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ olduğu üçün onun həmin mənzilə köçürülmə barədə tələbi əsaslıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi, mübahisəli mənzildən istifadə etməsini zəruri edən əsasın aradan qalxması barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, o cümlədən həmin hallar məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmədiyindən, qarşılıqlı iddia tələbi əsassızdır. Qarşılıqlı iddia ərizəsində və apelyasiya şikayətində qarşılıqlı iddia üzrə cavabdehin anasına məxsus mənzilin olmasına, o cümlədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə qarşılıqlı iddia üzrə cavabdehin anası Sevil Manaflı arasında olan mübahisəli mənzilə dair mübahisə üzrə çıxarılmış məhkəmə aktlarına istinad edilir. Bu dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı həmin mülki işdə iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, İddiaçı anasına məxsus mənzilin olması, onun atasına məxsus mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali məhkəmənin qərarında şərh edilən göstərişləri əsasında məhkəmə kollegiyasının iclasında toplanmış subutlarla və işin faktiki halları ilə müəyyən olur ki, ilk iddia üzrə İddiaçı atası Cavabdeh və anası S.A.Manaflı arasında olan nikah qeydi 2013-cü ildə pozulduqdan sonra məhkəmənin qərarı əsasında həmin vaxt 14 yaşında olan L.N.Dadaşova anasının himayəsində qalmışdır. 2017-ci ildə anası ilə münasibətlərində soyuqluq yarandığından sonuncuya məxsus bir otaqlı mənzilindən çıxıb, həmin vaxtdan ünvan 4 ünvanında qeydiyyatsız, müvəqqəti olaraq yaşamağa başlamışdır. O, 2014-cü ildən bədii gimnastika idman növü üzrə idman ustası olmaqla Azərbaycan Respublikası Bədii gimnastika növü üzrə milli yığma komandanın üzvüdür. 2017-2020-ci illərdə xarici ölkələrdə Respublikanı təmsil etmiş və fəaliyyəti ilə əlaqədar olaraq ayrı-ayrı vaxtlarda uzun müddətə Türkiyə Respublikasında yaşamalı olmuşdur. Hazırda onun başqa bir ünvanda yaşayış sahəsi yoxdur. Məhz cavabdeh tərəfindən törədilən maneçilik nəticəsində mübahisəli mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olur ki, ilk iddia üzrə İddiaçı 14 yaşında azyaşlı uşaq olarkən onun öz iradəsindən asılı olmayaraq mübahisəli mənzildən məhz valideynlərinin arasında olan nikahın pozulması nəticəsində çıxıb, əvvəl anasının himayəsində, sonra isə başqa ünvanlarda tək yaşamağa məcbur olduğundan, hazırki vəziyyətdə onun hər hansı bir əmlakının mübahisəli mənzildə qalması və mövcud olmaması mümkündür və qəbul ediləndir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili N.M.Mirbabayeva apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməmiş və mülki işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara, işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3688/2019 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilib, Dadaşlı X6 şəhəri, 19-cu Məhəllə19/10 saylı evin, 5 saylı mənzilinə köçürülməli, Cavabdeh - İddiaçı Sumqayıt şəhəri, 19-cu Məhəllə, 19\10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Mirbabayeva Nigar Mirbaba qızının verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3688\2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi təmin edilsin. Dadaşlı X6 şəhəri, 19-cu Məhəllə19\10 saylı evin, 5 saylı mənzilinə köçürülsün. Cavabdeh - İddiaçı Sumqayıt şəhəri, 19-cu Məhəllə, 19\10 saylı evin, 5 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar