Məhkəmə qərarları › İş №2(105)-2502/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2502/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2502/2020 19.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6940/2017 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6940/2017 saylı qətnaməsi ilə (hakim İ.Ə.Kərimli) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 1 A ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6940/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh1 apelyasiya şikayətini iş materialları ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərdikdə apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamamış və apelyasiya şikayəti verildikdə Cavabdeh1 apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə ərizəsinə hüquqi münasibət bildirməmişdir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6940/2019 saylı qətnaməsindən xx xxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPMnin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(012)-6940/2017 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, şikayəti vermiş şəxs yenidən məhkəməyə şikayət ilə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar