Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2516/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X1rşı “torpaq sərhədlərinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şabran rayon Məhkəməsinə Cavabdeh1 Abdulhəşim oğlu tərəfindən verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri 5 saylı X1rşı iddia qaldıraraq onun mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və Cavabdeh1 Abdulhəşim oğlunun qanunsuz sahibliyindən onun torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Abdulhəşim oğlu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin icraatında olan mülki iş birtərəfli aparıldığı üçün Şabran Rayon Məhkəməsinin icraatından alınaraq digər rayon məhkəməsinin icraatına verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun üç uşağı var, evi yoxdur. O, pulunu yığaraq ev yeri almış, sənədi XDS-nin 1992-ci il sənədidir. Sxem və çıxarışı da var. Şabran Rayon Məhkəməsində işləyən Şahin Abbasov vəkillik edir və öz qohumunun adına saxta sənəd düzəldir, gəlib onun yerini zəbt edir, guya ki, yerlər səhv düşüb, bunun qohumu, həm də dostu Məmmədova Sevil öz ev yerini Məmmədov Vidadi adlı adamın adı ilə satmışdır. O, dələduzlara rast gəlmişdir. Əlində olan 287№-li Şəhadətnamə satdığı yerin sənədidir. Şabran rayon məhkəməsində iş birtərəfli aparılır. Sənədlər gizlədilir, araşdırma düz aparılmır, yuxarı düzgün olmayan məlumatlar ötürülür. Sevilin yerini satdığı qətiyyən araşdırılmır. Xahiş edir, Şabran Rayon Məhkəməsinin icraatında olan mülki iş birtərəfli aparıldığı üçün Şabran rayon məhkəməsinin icraatından alınaraq digər rayon məhkəməsinin icraatına verilməsi barədə qərardad qəbul edilsin. Etiraz baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir Cavabdeh1 məhkəməyə teelqram vuraraq işin başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.2 və 19.2.3-ü maddələrinə əsasən hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, etirazda göstərilən əsaslar işə baxan hakimə (məhkəmə tərkibinə) etirazın əsaslarını müəyyən edən MPM-nin 19-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda, Şabran Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olmasına və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazda göstərilən əsaslar barədə heç bir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Şabran Rayon Məhkəməsinə Cavabdeh1 tərəfindən verilmiş etiraz cəsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Abdulhəşim oğluna və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı X1rşı “torpaq sərhədlərinin naturada müəyyən edilməsi və özgənin sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə Şabran rayon Məhkəməsinə Cavabdeh1 Abdulhəşim oğlu tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2516/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2516/2020
08.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver