Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2520/2020 04.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüuqunun tanınması və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-2944/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuni istifadəsində olan və valideynlərindən miras qalmış Xaçmaz şəhəri,N.Tusi küçəsi, ev-56 A ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və onun həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2944/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Xaçmaz şəhəri, N.Tusi küçəsi, ev-56 A ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019- cu il tarixli, 2(067)-2944/2019 saylıqətnaməsindən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-2944/2019 saylı qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi X1 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)- 2944/2019 saylı qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh olan qardaşı Cavabdeh 2019-cu ilin yay aylarında Rusiya Federasiyasına getmiş və o vaxtdan da RF-nın Serpuxovo şəhərində yaşayır. Hazırkı işə baxılarkən də qardaşı RF-da olmuş, işə onun iştirakı olmadan baxılmışdır. İş üzrə qətnamənin mövcudluğu ona Xaçmaz Rayon icra və Probasiya Şöbəsindən məlumat daxil olduqdan sonra məlum olmuşdur. Bu barədə o, qardaşına bildirmiş, bundan sonra cavabdeh ona notarial qaydada təsdiq edilmiş etibarnamə göndərmişdir. Həmin etibarnamə əsasında o, Xaçmaz Rayon Məhkəməsinəmüraciət etmiş və qətnamənin surətini almışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-2944/2019 saylı qərardadında qətnamənin surətinin cavabdehin rəsmi qeydiyyat ünvanına xx xxxxxx 2019-cu il tarixdə çatdırılması göstərilsə də, həmin tarixdə ona və evdə yaşayan ailə üzvlərindən birinə qətnamənin surəti verilməmişdir, əks halda həmin qətnamənin surətini məhkəmə təkrarən xx xxxx 2020-ci il tarixdə ona verməzdi. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2944/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə AR Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət icraata qəbul edilmiş və baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayəti müdafiə edərək bildirdi ki, mübahisəli qətnamə cavabdehin ünvanına göndərilsə də, evdə yaşayış olmadığı üçün qətnamə qəbul olunmamışdır. Sonda nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apelyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki işin materiallarında olan poçt göndərişinin göndəriməsinə dair qəbzdən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, (067)-2944/2019 saylı qətnaməsinin surəti Cavabdeh rəsmi qeydiyyat ünvanına xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Xəbərnamədən görünür ki, qətnamə digər qaydada qrafasına “Qasımov qardaşı” sözləri yazılmaqla imza edilərək qəbul edilmişdir (i.v.38) Bununla da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdehin ailə üzvü olaraq onun qardaşı tərəfindən rəsmi qaydada qəbul edildiyindən məhkəmə aktı cavabdehə rəsmi qaydada verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə məhkəmə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəlləsinin 135.2-ci maddəsinin tələbinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Qeyd olunan Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin surətini rəsmi qaydada aldığı vaxtdan (xx.xx.2019-cu il) 1 ay ərzində apelyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh bu qaydada davranmamış, qətnamənin əldə edilməsindən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermiş, lakin ötürülmüş müddətin bərpası ilə bağlı ərizə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilik qətnamənin məhkəmə tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddət ərzində rəsmi qaydada təqdim edilməsini imperativ prosessual hərəkət olaraq müəyyən etmişdir. Beləliklə də, hazırki halda məhkəmə kollegiyası şikayəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 400 və 405-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-2944/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2520/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2520/2020
04.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver