Məhkəmə qərarları › İş №2(105)-2525/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2525/2022

09.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2525/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(067)-2046/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(067)-2046/2022 nömrəli qərardadından İddiaçı şikayəti təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanuni və əsaslı deyildir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və onunla bağlı 02 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, şikayətinin mümkünlüyünə yenidən baxılıb yekun məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və 02 noyabr 2022-ci il tarixli qərardadları ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı birinci instansiya məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadından şikayət vermiş, birinci instansiya məhkəməsi 19 oktyabr 2022-ci il tarixli qərardadla mülki işin nömrəsinin səhv yazılması əsası ilə şikayətin geri qaytarılmasını qərara almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal texniki səhv olduğundan və bu səhvin aradan qaldırılması mümkün olduğundan, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə gəldiyini nəticəni əsaslı hesab etmək olmaz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və onunla bağlı 02 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilməli, 30 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və onunla bağlı 02 noyabr 2022-ci il tarixli qərardadları ləğv edilsin, 30 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar