Məhkəmə qərarları › İş №2(105)-2527/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2527/2020

07.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2527/2020 07.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Ərizəçi iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1432/2020 saylı qərardadından Ərizəçi verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1432/2020 saylı qərardadı ilə (hakim R.T.Həsənov) Ərizəçi Maraqlı şəxs qarşı “xüsusi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icrata qəbul edilməsindən imtina olunmuşdur. Qərardaddan Ərizəçi şikayət verərək qərardadın ləğv edilib, ərizənin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1432/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edib, X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 nömrəli şəhadətnamənin 3 müxtəlif surətlərində Maraqlı şəxs adından edilmiş 3 müxtəlif imzaların heç birinin Maraqlı şəxs mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respubliks MPM-nin 24.1, 25.1 və 307-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 kodlu şəhadətnamədə Maraqlı şəxs adından edilmiş imzanın kimin tərəfindən icra edildiyi bəlli deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1115/2020 saylı qərarı ilə əlaqəli iş materiallarında olan Azərbaycan Respublkası ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-ci il tarixli, № **********69 saylı məktubuna əsasən həmin təşkilatın arxiv sənədləri əsasında atası X1 adına Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat (Tİ və MHQ) İdarəsi tərəfindən 81 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” haqqında heç bir məlumat aşkar olunmamışdır. Göründüyü kimi, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilməmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 kodlu şəhadətnamə ilə bağlı həmin idarəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yaranmır. Hazırki şəraitdə həmin hərəkətlərlə bağlı həmin idarəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. Hesab edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1115/2020 saylı qərarı ilə əlaqəli mülki iş üzrə iş materiallarında olan X2 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 kodlu şəhadətnamənin 3 (üç) müxtəlif surətlərində cavabdeh Maraqlı şəxs adından edilmiş 3 (üç) müxtəlif imzaların heç birinin Maraqlı şəxs mənsub olmaması faktının müəyyən edilməsinə dair ərizə ümumi məhkəmələrin aidiyyətinə daxil olmaqla aidiyyəti üzrə Quba Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə istinad edib hesab etmişdir ki, ərizəçinin tələb kimi qoyulmuş “xüsusi əhəmiyyətli faktın müəyyən edilməsi” məsələsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin hərəkətini mübahisələndirmişdir. Ona görə də ərizəçi vəzifəli şəxsin hərəkətindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1 - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2 - inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3 - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4 - inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5 - inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6 - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7 inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara; 2.2.8 - bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrinə qarşı iddialarına. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən ərizəçinin şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.2, 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-1432/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar