Məhkəmə qərarları › İş №2(105)-2528/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2528/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2528/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba rayon Məhkəməsinin 2(027)-1127/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1172,70 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1202,70 manat məbləğində pulun İddiaçı İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1127/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1172 (bir min yüz yetmiş iki) manat 70 qəpik məbləğində əsas borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 1202 (bir min iki yüz iki) manat 70 qəpik məbləğində pul vəsaitinin İddiaçı İstehsalat Birliyinin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir (hakim İlqar Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə görə dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və apelyasiya şikayətini yoxlayıb hesab edir ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda iddia ərizələrinə görə 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 8.4-cü maddəsinə görə apelyasiya və kassasiya şikayəti verilərkən birinci instansiya məhkəməsinə müraciət edilərkən müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında rüsum ödənilməlidir. Hazırki iddia tələbi 500 manatdan çox olduğundan birinci instansiya məhkəməsinə dövlət rüsumu 30 manat ödənilmiş,apelyasiya şikayəti verilərkən də həmin məbləğin 50 faizi, başqa sözlə 15 manat dövlət rüsumu ödənilməlidir. Lakin apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmişdir. Belə ki, Cavabdeh apelyasiya şikayətində “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsini qeyd etməklə dövlət rüsumu ödəməkdən azad olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, həmin qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azaddırlar. Hazırki işdə iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verilmiş iddia deyil və Cavabdeh da hazırki işdə iddiaçı qismində çıxış etmir. Bu səbəbdən də Cavabdeh “Dövlət rüsumu haqqında” Qanununa əsasən dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər siyahısına da daxil deyildir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinin mənasına görə apelyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apelyasiya şikayətinin aidiyyəti üzrə apelyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apelyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apelyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa,o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba rayon Məhkəməsinin 2(027)-1127/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərkən dövlət rüsumu ödənilmədiyindən və buna görə də işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası onu da edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq, apelyasiya şikayəti verilərkən dövlət rüsumunun ödənilib-ödənilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apelyasiya şikayəti ilə müraciət edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263,264, 268, 366, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba rayon Məhkəməsinin 2(027)-1127/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar