Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-253/2021 12.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və X3 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, onların vəkili X1 iştirakı ilə, İlkin İddiaçı Oqtay qızının ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi və əmlak tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Oqtay qızına və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-40/2019 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə-1241 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzili üzərində İddiaçı 3/5 hissədə, Cavabdeh3 2/5 hissədə mülkiyyət hüququnun tanınması, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun Cavabdeh3 alınıb İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)- 40/2019 nömrəli qətnaməsi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzilində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilməsi, həmin mənzil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, qətnamənin qalan hissədə - ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə1241 reyestr nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 32 saylı evin, 35 saylı mənzili üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2hissədə mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun Cavabdeh3 alınıb İddiaçı verilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və Z.Əliyev) Cavabdeh3 və vəkili X4 tərəfindən, habelə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 və vəkili X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3762/2019 nömrəli qətnaməsi qismən, yəni ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzillə bağlı İddiaçı Oktya qızının iddiasının qismən təmin edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının isə rədd edilməsi hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 3, mənzil 57 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına xx.xx.2016-cı ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, 11-ci mkr, ev 32, mənzil 35 barəsində aparılmış daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2017-ci ildə verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, hər iki daşınmaz əmlak (mənzil) barədə çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar sənədləşdirmənin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinə həvalə edilməsi, Cavabdeh3 ilə birgə nikah dövründə qazanılmış əmlak üzərində bölgü apararaq dördə üç hissəsinin onun, dördə bir hissəsinin isə Cavabdeh3 verilməsi, əmlaklardan ünvan 3 ünvanında yerləşən 57 saylı mənzilin tam olaraq onun mülkiyətinə verilməsi, ünvan 4 ünvanında yerləşən 35 saylı mənzilin tərəflər arasında bərabər bölünməsi və dövlət rüsumu üzrə xərclərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh3 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki uşaqları olmuşdur. Son illərdə cavabdehlə münasibətləri gərginləşmişdir. Nəticədə o, məcburiyyət qarşısında qalaraq uşaqları ilə birgə yaşadıqları mənzili tərk edərək valideynlərinin evinə sığınmışdır. Aralarında olan rəsmi nikah münasibətlərinə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Həmçinin, Cavabdeh3 ilə birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən 89 kv.metrdən ibarət 35 saylı, 5 otaqlı mənzili və ünvan 5 ünvanında yerləşən 66,7 kv.metrdən ibarət 57 saylı mənzili əldə etmişlər. Lakin Cavabdeh3 birgə nikahda olduqları müddətdə onun iradə ifadəsi ziddinə olaraq qeyd olunan daşınmaz əmlakın gizli yolla alqı-satqısını həyata keçirməyə nail olmuş və atası Cavabdeh2 satmışdır. Bundan başqa AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş RX seriyalı ******* N-li çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 35 saylı 5 otaqlı mənzil cavabdehlərdən Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan daşınmaz əmlaklar birgə nikah dövründə əldə olunduğundan həmin mənzillər üzərində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna malikdirlər. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5, mənzil 57-də yerləşən ümumi sahəsi 66,7 kv.metr olan 3 otaqlı mənzilin onun payı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 12, mənzil 33-də yerləşən iki otaqlı mənzilini 45.450 manata satmış və əksik pulu da tamamlayaraq 57.610 manata mübahisəli ünvanda yerləşən mənzili almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)- 870/2018 saylı qətnaməsi və AR Ali Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə də həmin mənzilin onun pulları ilə alındığı müəyyən edilmişdir. Ona görə də qarşılıqlı iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddia üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilin birgə nikah dövründə əldə olunması və tərəflər arasında bölünməsi hissəsində rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ünvan 2 ünvanında yerləşən 2 35 saylı mənzil birgə nikah dövündə alınsa da, mənzilin dəyərini Cavabdeh1 ödəmişdir. ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilin dəyərini isə qarşılıqlı iddiaçı Cavabdeh2 ödəmişdir. Bu hal işdə olan sübutlar, şahid ifadələri ilə də təsdiq olunur. Beləliklə, həmin əmlak ər-arvadın ümumi gəliri, vəsaiti hesabına alınmadığından həmin əmlakda İddiaçı payının müəyyən edilməsi də yol verilməzdir. Buna görə də apellyasiya şikayəti təmin olunmalıdır. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qərarları ilə də ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilin dəyərinin onun tərəfindən ödənildiyi təsdiq olunsa da, məhkəmə bu faktı nəzərə almamışdır. Beləliklə, həmin əmlak ər-arvadın ümumi gəliri, vəsaiti hesabına alınmadığından həmin əmlakda İddiaçı payının müəyyən edilməsi də yol verilməzdir. Buna görə də apelyasiya şikayəti təmin olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddia üzrə Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddia üzrə cavabdehlərin vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ilkin İddiaçı Oqtay qızının nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni ilkin iddianın qismən əsaslı olması, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə qarşılıqlı iddiaçının qeyd etdiyi halları müvafiq qaydada sübut edə bilməməsi, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. İşdən göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticədən ilkin iddia üzrə cavabdehlər Ceyhun və Cavabdeh2lar apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzilində pay bölgüsü və mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilməsi, həmin mənzil üzərində İddiaçı 1/2 hissədə, Cavabdeh3 1/2 hissədə paylarının müəyyən edilərək mülkiyyət hüquqlarının tanınması, qətnamənin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin nəticəni ilkin iddia üzrə cavabdehlər Ceyhun və Cavabdeh2lar kassasiya şikayəti verərək mübahisələndirmiş, kassasiya instansiya məhkəməsində işə yenidən baxılarkən mübahisələndirilən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evin, 57 saylı mənzilinin Cavabdeh2 mülkiyyətində olmuş başqa mənzilinin satışından əldə olunmuş vəsait hesabına alınmasından və mənzilin Cavabdeh3la İddiaçı bərabər paylarla mülkiyyət hüquqlarının müəyyən edilməsindən ibarət apellyasiya instansiyası məhkəməsinin mövqeyinin ziddiyyətli olmaqla, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnməsi, mənzilin əldə edilməsinin iddiaçı ilə Cavabdeh3 birgə nikahları dövrə təsadüf etməsinin işin mübahisəsiz halı olması, həmin mənzilin isə hansı vəsait hesabına alınması apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından, qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verilməli olması qənaətinə gəlmiş və mübahisəyə ünvan 1 ünvanında yerləşən 57 saylı mənzillə bağlı ilkin iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, ilkin iddiaçı ünvan 5 ünvanında yerləşən 66,7 kv.metrdən ibarət 57 saylı mənzili əldə etdiklərini, lakin Cavabdeh3 birgə nikahda olduqları müddətdə onun iradə ifadəsi ziddinə olaraq qeyd olunan daşınmaz əmlakın gizli yolla alqısatqısını həyata keçirməyə nail olaraq atası Cavabdeh2 satıldığını əsas gətirərək hazır ki tələblə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 32.1. maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konsitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: birincisi əmlakın ər-arvadın nikah müddətində əldə olunması, ikincisi isə əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd olunmalıdır ki, ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvadın birgə nikah dövründə və ümumi birgə gəlirləri hesabına əldə edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əmlakın və ya onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsi üçün həmin əmlakın birgə nikah dövründə qazanılmış vəsait hesabına alınması zəruridir. Bunun üçün tərəflərdən birinin işləmədiyinin (qazanc əldə etməməsinin) əhəmiyyəti yoxdur. Bu mənada mübahisəli mənzilin İddiaçı ilə Cavabdeh3 vəsaiti hesabına deyil, qarşılıqlı iddiaçı Cavabdeh2 mənzilinin satışından əldə edildiyi vəsait hesabına əldə edilməsi barədə cavabdehin və qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən sorğu əsasında Cavabdeh2la Gülnur Haqverdiyeva arasında bağlanmış notariat işi tələb edilmiş və həmin müqavilədən görünür ki, Cavabdeh2 xx.xx.2013-cü ildə özünə məxsus mənzili 45.450 manata satmışdır. Lakin mübahisəli mənzillə bağlı notariat işində olan müqavilədən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev ½, 57 saylı mənzil 57610 manata alınmışdır. Göründüyü kimi mənzillərin satışı və alışı arasında (57.610-45.450=12.160 manat) fərq vardır. Digər tərəfdən üzərinə sübutetmə yükü düşən qarşılıqlı iddiaçı mübahisəli mənzilin onun satdığı mənzilin satışından əldə etdiyi pul vəsaiti hesabına əldə edilməsini sübut edə bilməmişdir. Odur ki, mənzilin tərəflərin birgə nikahları dövründə birgə gəlirləri hesabına əldə edilməsi öz təsdiqini tapdığı halda, həmin mənzilin məhz cavabdehin atasının vəsaiti (mənzilin satışından əldə etdiyi vəsaitin hesabına əldə edilməsi) hesabına alınmasını sübut etmək vəzifəsi ilkin iddiaçının deyil, cavabdehin və qarşılıqlı iddiaçının üzərinə düşdüyündən, sonuncular da bunu təsdiq edən kifayət qədər sübutlar təqdim etmədiyindən, mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin tərəflərin (İddiaçı ilə Cavabdeh3) ümumi birgə gəlirləri hesabına əldə edilməsi kimi dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.3. və 36.4-cü maddələrindən görünür ki, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir və məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.1., 37.2. maddələri). İşdən göründüyü kimi Vəfa X10ovla xx xxxx 2009-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuş və bi nikahlarından iki övladları olmuş, onların bu nikahları məhkəmənin 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş uşaqların İddiaçı yanında qalması müəyyən edilmişdir. Mübahisəli ünvan 5 ünvanında yerləşən 66,7 kv.metrdən ibarət 57 saylı mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzil ilkin İddiaçı ilə Cavabdeh3nın birgə nikah dövründə əldə edildiyindən, həmin mənzil onların arasında bölünməlidir. Həmin əmlakın bölgüsü zamanı bərabərlik prinsipindən kənara çıxmasına əsaslar olmadığından, mənzil üzərində hər birinin 1\2 pay üzrə mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə kollegiyası ünvan 7 ünvanında yerləşən 57 saylı mənzillə bağlı Cavabdeh5la Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin etibarsızlığı və həmin mənzilə dair çıxarışın ləğvinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ünvan 5 ünvanında yerləşən 66,7 kv.metrdən ibarət 57 saylı mənzil xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx xxxxxx 2013-cü il tarixdə çıxarış verilmiş Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən sonuncunun adına verilmiş mülkiyyət hüququ ləğv edilərək həmin mənzil üzərində Cavabdeh5 mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyət hüququ qeydə alınmaqla çıxarış verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi qətnamə ilə hüquq və mənafelərinə toxunan İddiaçı apellyasiya şikayəti üzrə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh5, Cavabdeh3 qarşı mənzilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər (Ailə məcəlləsinin 33.3., 33.4. maddələri). Mülki Məcəllənin 225.6.-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair Cavabdeh5 ilə Cavabdeh2 arasında Sumqayıt şəhəri 4 saylı notariat kontorunda bağlanmış 4Ə1241 reyestr nömrəli, xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarış ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qarşılıqlı iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Oqtay qızına və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətdə olan əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar olmadığından təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddianın əmlaka bölünməsi hissəsində ləğv edilməli, ilkin iddianın ünvan 1, 57 saylı mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi, o cümlədən qarşılıqlı iddia tələbi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi qismən, ilkin iddianın ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilin payların müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilin bölünməsi hissəsində qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzil üzərində 1/2 pay hüququ üzrə İddiaçı, 1/2 pay hüququ üzrə X10 oğlunun mülkiyyət hüququ tanınsın. Qətnamə ilkin iddia tələbi ünvan 1 ünvanında yerləşən, 57 saylı mənzilə dair xx xxxxxxxx 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi, qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-253/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-253/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver