Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2534/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının vəkili: Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı Sumqayıt «ASAN Xidmət» mərkəzini üçüncü şəxs qismində işə cəlb etməklə müqavilənin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2(060)- 1586/2020 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(060)-1586/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X1, X6, X2, X3, X8, X4, X10 və X7 qarşı Sumqayıt «ASAN xidmət» mərkəzini üçüncü şəxs qismində işə cəlb etməklə “müqavilənin etibarsız hesab olunması və əmlak bölgüsü” tələbinə dair iddiası rədd edilmişdir. 06 yanvar 2021-ci il tarixdə İddiaçı məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayət ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti müddəti üzürlü səbəbdən, yəni sərt karantin dövründə məhdudiyyətlərlə əlaqədar olması səbəbindən şikayəti vaxtında verə bilməmişlər. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-1586/2020 saylı qərardadının ləğv edilməsi, müddətin üzürlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin icraata qəbul olunması barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı vəkili Vəkil1 şikayəti müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. 3-cü şəxs Sumqayıt Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh və maraqlarına toxunan şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin vəkilinin çıxışını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1586/2020 saylı 04 fevral 2021-ci il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Məhkəmə qərardadı 04 fevral 2021-ci il tarixdə iş üzrə tərəflərə göndərilmiş və mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən 05 fevral 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir (i/v 200-201). İddiaçı 23 fevral 2021-ci il tarixdə poçt orqanına təqdim etməklə məhkəmə qərardadından şikayət verərək məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1586/2020 saylı 04 fevral 2021-il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1586/2020 saylı 02 mart 2021-ci il tarixli qərardadı ilə qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ötürülməklə şikayət verildiyindən İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə qərardadının surəti 05 mart 2021-ci il tarixdə tərəflərə göndərilmişdir. Mülki iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmə qərardadı iddiaçının nümayəndəsi tərəfindən 18 mart 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə qərardadından şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1586/2020 saylı 02 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə qərardadından verilmiş şikayət 08 aprel 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Şikayət və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi 31 mart 2021-ci il tarixdə poçt orqanına təqdim edilməklə sözügedən məhkəmə qərardadından vermiş olduğu şikayəti Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Məhkəmə işin şərh olunan hallarına hüquq normalarına göstərişlərinə uyğun qiymət verərək hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər ötürülməklə şikayət verildiyindən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti qaytarılır. İddiaçı onun tərəfindən qərardaddan şikayətin üzürlü səbəbdən buraxılması barədə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 09 aprel 2021-ci il tarixli 2(060)-1586/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-2534/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2534/2021
22.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver