Məhkəmə qərarları › İş №2(105)-2540/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2540/2022

21.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2540/2022 21.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı Ərizəçi, onun nümayəndəsi və vəkili X3, cavabdeh Maraqlı şəxs1 nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(105)-2540/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Quba Rayon Məhkəməsinin 05 dekabr 2022ci il tarixli, 2(027)-1493/2019 nömrəli məktubu Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin məktubda göstərilir ki, Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(027)-1493/2019 nömrəli qərardadından cavabdeh Maraqlı şəxs1 tərəfindən 30 noyabr 2022-ci il tarixdə şikayət daxil olmuş və həmin şikayətə baxılması üçün mülki işin məhkəməyə göndərilməsi xahiş olunur. Azərbaycan Repsublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(027)-1493/2019 nömrəli qərardadından cavabdeh Maraqlı şəxs1 verdiyi şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olaraq yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Ona görə də, cavabdeh Maraqlı şəxs1 şikayəti müzakirə olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(105)-2540/2022 nömrəli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(027)-1493/2019 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(105)- 2540/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı mirasın qəbul edilməsi üçün ötürülmüş müddətin bərpa olunması və mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar