Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2543/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X13 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı1, Cavabdehlər: Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 nümayəndəsi: Nümayəndə, Cavabdeh1 vəkili: X7 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 qarşı Sumqayıt Bələdiyyəsi və Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsini mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X8 qarşı Sumqayıt Bələdiyyəsi və Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsini mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli bağ torpaq sahəsi və Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 800 kv.m olan 717b nömrəli bağ torpaq sahəsi ərazisində tikilmiş özbaşına tikililərin və hasarın sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçının razılığı ilə X11 başqa cavabdeh qismində, Sumqayıt Bələdiyyəsi və Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Xəzər” Bağçılıq Cəmiyyətindən verilmiş 717 nömrəli Bağçının üzvlük kitabçasına əsasən, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 800 kv.m. olan 717 nömrəli bağ torpaq sahəsi İddiaçı1, “Xəzər” Bağçılıq Cəmiyyətindən verilmiş 717b nömrəli Bağçının üzvlük kitabçasına əsasən, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən sahəsi 800 kv.m. olan, 717b nömrəli bağ torpaq sahəsi isə İddiaçı2 məxsusdur. Onlar qohum olduqları üçün bağ sahələrinn sərhədlərini ayırmamışlar və bağları ümumidir. Yəni, onlar torpaqlarını hasar ilə ayırmamışlar. Ümumi olaraq 16 sot torpağı hasara almışlar. Hər iki bağ sahəsinə İddiaçı1 faktiki sahiblik və nəzarət edir. Həmin bağ sahəsi 2007-ci ildən hasarlanıbdır. Bir müddət üzrlü səbəbdən İddiaçı1 ölkədə olmamasından istifadə edən “Xəzər” Bağçılıq Cəmiyyətinin onlara məxsus torpaq sahəsini qeyri-qanuni yolla cavabdehlərə satıbdır. Həmin bağ torpaq sahəsi onlara veriləndə tamamilə bataqlıq vəziyyətində idi. Onlar ora külli miqdarda vəsait sərf edərək, normal hala salmışlar, lakin yuxarıda qeyd etdikləri kimi uzun müddət ölkədə olmadığından bağ sahəsi nəzarətsiz qalmış, lakin onlar onu hasara almışlar. Hazırda cavabdehlər onlara məxsus torpağın təxminən 12 sot sahəsini zəbt edərək torpaq sahəsini ayrıca hasara alıblar və iki ədəd qanunsuz ev tikiblər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mütəxəssis rəyinə əsasən, həm iddiaçılara, həm də cavabdehlərə məxsus torpaq sahələrinin sərhəd və koordinatlarını müəyyən etmək, bu səbəblə də hər-hansı müdaxilənin olub-olmamadıgını aydınlaşdırmaq mümkün olmamışdır. Məhkəmə iddia tələbinin rədd edərkən, mütəxəssis rəyində göstərildiyi kimi, onlar tərəfindən mübahisəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədlərinin təqdim olunmadıgına istinat etmişdir. Halbuki, iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi, Sumqayıt Bələdiyyəsi ilə razılaşdırılmış və “Xəzər” Bagçılıq Cəmiyyəti tərəfindən təstiq edilmiş Sumqayıt şəhəri “Xəzər” X1ra məxsus mübahisəli 717 və 717b saylı torpaq sahələrinin yerləşdiyi yer və sərhədləri öz əksini tapmışdır. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaları pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(060)-554/2021 saylı qətnaməsini ləğv edib, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh Q.Ş.Abduhərimovanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 vəkili S.E.Qasımlı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçıların mübahisə olunan torpağın onlara məxsus olmasının sübuta yetirə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X5 görünür ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən 717b nömrəli bağ torpaq sahəsi 16 avqust 1986-cı il tarixdə İddiaçı2 istifadəsinə verilmişdir. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X5 görünür ki, Sumqayıt şəhəri 26-cı məhəllənin arxasında yerləşən 717 nömrəli bağ torpaq sahəsi 16 avqust 1986-cı il tarixdə A.S.Alıyevin istifadəsinə verilmişdir. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X5 görünür ki, 867 nömrəli bağ torpaq sahəsi Cavabdeh2 istifadəsinə verilmişdir. “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X5 görünür ki, Sumqayıt şəhəri Xəzər bağçılıq Cəmiyyəti ərazisi Xətai küçəsi 9-cu məhəllədə yerləşən sahəsi 600 kv.m olan 831a nömrəli bağ torpaq sahəsi E.Q.Məmmədovun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin 07.05.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı2 məxsus Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717b nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh2 məxsus istifadəsində olan 867 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717 nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından hər hansı qonşu torpaq sahələrindən müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Sumqayıt şəhəri, S.Vurğun küçəsi 26-cı məhəllənin arxasında yerləşən, sahəsi 800 kv.m olan 717b nömrəli torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmadığından hər hansı qonşu torpaq sahələrindən müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası “X9”nin 27 may 2021-ci il tarixli, 333 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyindən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində “Xəzər” bağçılıq cəmiyyəti tərəfindən Sumqayıt şəhəri ərazisində, “Xəzər” bağları massivindən İddiaçı1 verilən 717 saylı 0.08 ha torpaq sahəsi və İddiaçı2 verilən 717b saylı 0.08 ha olan bağ sahələrinin koordinatları və məkan göstəriciləri “Xəzər” bağları massivinin sxematik xəritəsinə əsasən müəyyənləşdirilmişdir. İddia predmeti olan A.Ş.Əliyevə verilən 717 saylı 0.08 ha torpaq sahəsi və İddiaçı2 verilən 717b saylı 0.08 ha olan bağ sahələrinin faktiki ümumi sahəsi 0.1762 ha təşkil edir. Həmin torpaq sahəsinin cənub-şərqdən 0.0594 ha hissəsi, qərb tərəfdən 0.0546 ha hissəsi qonşu istifadəçilərin faktiki istifadəsində olmaqla daş hasara alınmışdır. Hər iki qonşu tərəfindən istifadə olunan torpaq sahələri mişar daşı ilə hasarlanmış, daxilində fərdi yaşayış evləri inşa edilmişdir. Mübahisəli torpaq sahələri ərazinin ümumi xəritəsinə əsasən bağ sahələri üçün nəzərdə tutulan ərazidə yerləşir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar mübahisə predmeti olan bağ torpaq sahələrinin qanuni əsaslarla onlara ayrılıdığını və cavabdehlər tərəfindən həmin torpaq sahələrinə müdaxilə olunaraq orada tikililər tikildiyini, istifadə olunduğunu iddia edirlər və cavabdehlərin həmin sahədən çıxarılmasını tələb edirlər. İddiaçılar iddia tələbinin əsası olaraq “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X6 və “X9”-nin mühəndis-texniki ekspertizası rəyinə istinad etmişlər. Cavabdehlər iddiaya etiraz edərək iddiaçıları tanımadıqlarını, iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiklərini, “Xəzər” Bağçılıq Yoldaşlığı tərəfindən verilmiş X6 əsasən onların istifadəsinə ayrılmış 867 və 831a torpaq sahələrindən istifadə etdiklərini, həmçinin cavabdeh Ə.Abdurəhimanovanın qonşu torpaq sahəsindən 2 sot torpaq sahəsini Babək adlı şəxsdən əvəzini ödəməklə satın aldığını və uzun müddətdir ki, həmin torpaq sahəsinin onların sahibliyində olduğunu bildirdilər. Göründüyü kimi, hazırkı mübahisənin obyekti qismində torpaq sahəsi və onun üzərində hüquqlar, fiziki şəxslər olan tərəflər arasında torpağa sahiblik, torpaqdan istifadə ilə bağlı münasibətlər çıxış edir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəyə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 5-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəyə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 80-ci maddəyə əsasən torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəniməişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. 111-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində hüquq bilavasitə torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən sonra yaranır. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində həmin sahələrin sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks olunmalıdır. Qanunun göstərişinə əsasən torpaq sahəsinin ərazi sərhədləri ixtiyarlı şəxsin verdiyi sənədlər əsasında təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçılar tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdehlər tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçıların qanuni sahibliyində olmasını müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Avropa Məhkəməsinin qərarlarından formalaşmış hüquqi mövqeyə görə də bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini – mübahisələndirilən ərazinin ona məxsus olduğunu və cavabdelər tərəfindən həmin əraziyə müdaxilə olunaraq özbaşına tikili inşa edildiyi məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının tələbin əsası olaraq təqdim etdiyi bağçılıq kitabı və müstəqil ekspert rəyi isə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçıların istinad etdikləri bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Eləcə də iddiaçı tərəfindən təqdim edilmiş X3 ekspert rəyini məhkəmə əsaslı şübhədən kənar mötəbər sübut növü olaraq qəbul etmir. Çünki həmin ekspert rəyi qanunvericiliyin göstərişinə əsasən müəyyən edilmiş – torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s. özündə əks etdirən sənədlərə əsaslanmır. Məhkəmə Ekspertiza fəaliyyəti haqqında Qanunun tələblərinə ekspert tərəfindən əməl edilməmiş, ekspertlərin rəyini əks etdirən materiallar rəyə əlavə edilməmişdir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia sübut yetirilmədiyindən rədd edilməlidir. Odur ki, məhkəmə kollegiyası mübahisə olunan torpağın iddiaçılara məxsus olması barədə gətirdikləri dəlil heç bir qanuni sənədlə sübuta yetirilmədiyi üçün, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 27 may 2021-ci il tarixli 2(060)-554/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2543/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2543/2021
12.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver