Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2545/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)- 72/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması barədə iddiası təmin edilməmişdir. (hakim A.Vəliyev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu, Çiləgir kəndində yerləşən 30121028 kodlu, JN-229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsinə dair Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və onların həmin torpaq sahəsi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 30121028 kodlu, JN-229 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinə məxsusdur. Bu yaxınlarda həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın hazırlanması üçün müvafiq sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 5 saylı X11 müraciət etmiş, həmin İdarə tərəfindən sənədlərə baxılmış və ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,25 hektar hissəsinə dair Cavabdeh adına ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki, o və ailə üzvləri həmin torpaq sahəsini heç kimə satmamışlar, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışlar. Mübahisəli torpaq sahəsinin hansı əaslara görə həmin şəxsin adına qeydiyyata alınması isə ona məlum deyildir. Ona və ailə üzvlərinə məxsus 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,25 ha hissəsinə dair Cavabdeh adına verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış onun və ailə üzvlərinin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozduğundan bu çıxarış etibarsız hesab edilməli və onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayəti verərək göstərmişdir ki, işə baxarkən birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə tərəfindən iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, mütəxəssis və ekspert rəy vermişlər ki, cavabdehə məxsus reyestrdən çıxarış iddiaçılara məxsus torpaq sahəninin 0,25 ha hissəsinə verilmişdir. Sonradan mübahisəyə Aqil adlı üçüncü şəxs qoşulmuş və onun vəsatətinə əsasən iş üzrə yenidən torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Bu dəfə isə ekspert rəyi ilə müəyyən edilmişdir ki, ona məxsus torpaq sahəsilə sənədlərdəki koordinatlaq arasında uyğunsuzluq (sürüşmə) vardır və bu səbəbdən də cavabdehin torpaq sahəsinin onlara məxsus torpaq sahəsinin hüdudları daxilində olması müəyyən edilməmişdir. Məhkəmə isə məhz ekspertin ikinci rəyinə istinad edərək əsaslı iddianı rədd etmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili X9 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək əlavə etdi ki, o, işə apelyasiya mərhələsində qoşulmuşdur. İşlə tanış olanda ona məlum olmuşdur ki, Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üçün əsas Qusar rayonu Dövlət notariat kontorunda aparılmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi olmuşdur. Lakin işə baxan məhkəmə həmin işin notariat kontorundan tələb edilib araşdırılmasını təmin etməmişdir. Hesab edir ki, qeyd edilən alqı-satqı müqaviləsinə qiymət vermədən mübahisənin obyektiv həlli mümkün deyildir və bununla bağlı yenidən məhkəmədə iddia qaldırılacaq. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X4 şikayətlə razılaşmadı və əlavə etdi ki, mübahisə xarakterinə görə inzibati kateqoriyalıdır. Ali Məhkəmənin Plenum qərarına əsasən bu cür analoji işlərə müvafiq inzibati məhkəmələrdə baxılır. Buna görə də o, iş üzrə məhkəmə aidiyyət qaydaları pozulduğu üçün, icraata xitam verilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10 və DƏDRX-nin 5 saylı X14 apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin üçüncü şəxslərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 30121028 kodlu, JN-229 saylı, xx xxxx 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu,. Çiləgir kəndində yerləşən 2,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin adlarına qeydiyyata alınmışdır. Yenə işdə olan 30121028 kodlu, JN-293 saylı, xx.xx.2003-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Dövlət Notariat Kontorunun təsdiq etdiyi xx xxxxxx 2003-cü il tarixli müqaviləyə əsasən satın alınmış 0,94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X14 tərəfindən məhkəməyə təqdim olunmuş, hazırda ləğv edilmiş xx.xx.2013-cü il tarixli, RX ******* saylı, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,94 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan RX ******* saylı, **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli, 4Ə-1654 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh **********90 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən özünə məxsus olan Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X1. Yenə işdə olan RX ******* saylı, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu, Çiləgir kəndində yerləşən 0,25 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır. Yenə də işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, C-148 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli RX ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, 30121028 kodlu, JN-229 saylı, xx xxxx 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2,14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 19599 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz LTİ-nin mühəndisi Elşad Lətifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli, RX ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,25 hektar torpaq sahəsinin koordinatları İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, 30121028 kodlu, JN-229 saylı, xx xxxx 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 2,14 hektar torpaq sahəsinin koordinatlarının hamısı ilə üst-üstə düşür. Yenə işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, C-33 saylı mütəxəssis rəyindən görünür ki, mübahisələndirilən torpaq sahəsinin koordinatları DƏDRX tərəfindən RX ******* saylı çıxarış ilə X6 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN-229 saylı, 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır. Qeyd olunan sualın cavablandırılması və xəritələrdəki bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında toroaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Yenə də işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 10/707 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC–nin Xaçmaz LTİ-nin mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsinin koordinatları DƏDRX tərəfindən RX ******* saylı çıxarış ilə X6 mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən olunur. Eyni zamanda, mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş JN-229 saylı, 30121028 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 2,29 ha torpaq sahəsinin mübahisə predmeti olan 0,25 ha hissəsinin koordinatları ilə natura arasında kəskin uyğunsuzluq (sürüşmə) olduğundan həmin torpaq sahəsinin mübahisələndirilən torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iş üzrə apelyasiya şikayəti qismən təmin edilməli,Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanlar hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” fevral 2020-ci il tarixli qərarı nəzərə alınmaqla) 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Plenumun həmin qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd edildiyi kimi AR NK–nin xx xxxxxx 2007-ci il tarixdə təsdiq etdiyi “İnzibati orqanların Təsnifatı”na əsasın həm rayon və şəhər icra hakimiyyəti orqanları, həm də Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli İdarələri inzibati orqanlardır. İşdən görünür ki, İddiaçı hazırkı iddia ilə 0,25 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş mülki-hüquqi əqdi(daha öncə qeyd olunan alqı-satqı müqaviləsini) mübahisələndirmədən, onlardan irəli gələn qeydiyyatımübahisələndirir. Bu sənədi tərtib edən qurum isə inzibati orqan hesab edildiyindən şərh olunan səbəblərdən mübahisəyə inzibati məhkəmədə baxılmalı idi. Buna baxmayaraq, Qusar Rayon Məhkəməsi iddia ərizəsini icraatına qəbul etmiş və işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli, 4 saylı qərarının 15.4-cü bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ilk iddia üzrə iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. AR MPM-nin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 357, 384.0.4, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-72/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və bu əmlaka dair mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Qusar rayonu, Çiləgir kəndindəki 0,25 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş ********** qeydiyyat nömrəli, **********90 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Həmçinin izah olunsun ki, o, mübahisələndirilən Qusar rayonu, Çiləgir kəndindəki 0,25 ha torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş hüquq-müəyyənedici sənədləri də mübahisələndirməklə Qusar Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2545/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2545/2020
30.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver