Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2545/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı bağ torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-1031/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-1031/2021 saylı ilə iddia tələbi təmin edilməmişdir (hakim Almaz Sülemanova). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı X6 Cavabdeh1 qarşı “bağ torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralı, H.Z.Tağıyev qəsəbəsi ünvanından keçən hissəsində, Yaşma bölgəsində “Sintez” Bağçılıq Cəmiyyətində yerləşən 208 saylı bağ torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsinin razılığı ilə iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçıizhatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, mərhum atası X3 22.08.2005-ci il tarixdə vəfat etmişdir. Atası 1967- 1990-cı il tarixlərdə Sumqayıt kimya Kombinatında çalışmışdır. Sonradan müəssisənin adı dəyişdirilərək Sumqayıt “Üzvi-Sintez”İstehsal Birliyi olmuşdur. İşlədiyi zaman 23.09.1988-ci il tarixdə "Sintez” X8 Heyətinin 02 saylı Protokoluna əsasən,Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsindən keçən hissəsində ona ümumi ölçüsü 600 m3 olan 208 saylı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mərhum atasına verilməsini “Sintez” Bağçılıq Cəmiyyətinin (Yoldaşlığının) 18.04.1989-cu il tarixli “Bağçının üzvlük kitabçası”, 23.09.1989-cu il tarixli 02 saylı Protokolundan çıxarış, sxematik plan, Sumqayıt Bələdiyyəsinin 627 saylı, 19.06.2020-ci il tarixli arayışı, “sintez” BY üzvlərinin adlı siyahısından çıxarış sübut edir. Mərhum atası ölən günə qədər, özü də atasının vəfatından sonra torpaq vergisini vaxtlı vaxtında ödəmişdir. Ödədiyi həmin vergi qəbzlərini iş materiallarına əlavə edilib. Sonradan cavabdeh tərəfindən mərhum atasına məxsus 208 saylı Bağ torpaq sahəsi zəbt edilmişdir, həmin sahədən istifadəyə imkan verməmişdir. Cavabdeh izahatında həmin torpaq sahəsini 1999-cu il tarixdə A.Qəhrəmanova və G.Qəhrəmanova bacılarına pul ödəməklə almışdır. Həmçinin iş materillarına əlavə olunmuş ödəniş qəbzlərindən də görünür ki, torpağa aid bütün vergiləri özü ödəmişdir. Hesab edir ki, hakim işi dərindən araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin iddia edərək Qəhrəmanova bacılarından aldığı torpaq sahəsini hansı hüquqi əsaslarla alınması, cavabdehin mülkiyyətində hansı hüquqi əsaslarla barədə geniş araşdırma aparmamış, lazımi sorğular göndərilməmişdir. Qətnamədə istinad edilən əsaslar onun birbaşa hüquqlarını pozur. Həmin torpaq sahəsi ilə bağlı bütün qanuni sənədləri qaydasında olsa da onun özünə aid torpaq sahəsindən azad və müstəqil şəkildə istifadə edə bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-1031/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Mübahisə predmeti olan 208 saylı torpaq sahəsini, eləcə də 209 saylı torpaq sahəsini pulunu ödəməklə 1999-cu ildə A.Qəhrəmanova və G.Qəhrəmanova bacılarından almışdır. Buna görə də həmin torpaq sahəsinə qanuni yolla sahiblik əldə etmiş və ondan istifadə edir. Həmin torpaq sahələrinə dair “Sintez” Bağçılıq Cəmiyyəti tərəfindən ona bağçının üzvlük kitabçası verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin07 may 2021-ci il tarixli, 2(060)-1031/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarında olan “Sintez” Yoldaşlıq Bağçılığı tərəfindən verilmiş X5 görünür ki, Bakı-Rostov yolu, ümumi ölçüsü 600 m2 olan 208 saylı bağ torpaq sahəsi 23 sentyabr 1988-ci il tarixdə X1 istifadəsinə verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 160908 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22.08.2005-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 19 iyun 2020-ci il tarixli 1627 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 23 sentyabr 1989-cu il tarixli bağçının üzvlük kitabçasına əsasən X2 məxsus Yaşma bölgəsindəki “Sintez” bağçılıq cəmiyyətində yerləşən 208 saylı torpaq sahəsinə görə torpaq verigisi İddiaçı tərəfindən ödənilmişdir. Hazırda “Sintez” bağçılıq cəmiyyətində yerləşən 208 saylı torpaq sahəsinə görə torpaq vergisi borcu yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt şəhəri “Sintez” Bağçılıq Yoldaşlığının məhkəməyə 12 aprel 2021-ci il tarixdə daxil olmuş 08 aprel 2021-ci il tarixli, 02 saylı arayışından görünür ki, “SİNTEZ’'' yoldaşlıq bağçılığı Sumqayıt XDS-nın 8 fevral 1989-cu il tarixli 3N-li Protokol Qərarı ilə təsdiqlənmiş “Nizamnamə” əsasında fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 19.09.1987ci il tarixli, 326 nömrəli qərarına uyğun olaraq Sumqayıt şəhərində kollektiv bağçılıq və bostançılıq yaradılması məqsədi ilə 750 ha torpaq sahəsi ayrılmışdir. Ayrılmış torpaq sahəsi Sumqayıt şəhəri XDS-nin İK-nın 02 avqust 1988-ci il tarixli 16 saylı Protokol qərarı əsasında Sumqayıt şəhəri ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda çalışan fəhlə və qulluqçulara daimi istifadə etmək üçün paylanmışdır. Torpağ sahələri kollektivdə çalışan hər bağçılığ üzvünə sahəsi 600 kv.m olmaqla püşk əsasmda bölünmüşdür. Bölgü idarə, müəssisə və təşkilatlardan Sumqayıt şəhəri XDS İK-nə daxil olmuş idarə, müəssisə və təşkilatların rəhbərləri və həmkarlar komitələri sədrləri tərəfindən imzalanmış və təsdiqlənmiş siyahıya uyğun aparılmışdır. Siyahıya uyğun hər bağçının üzvülük kitabçası doldurulmuş və HK-nın möhrü ilə təsdiqlənərək onlara təqdim edilmişdir. O cümlədən Üzvü Sintezistesalat birliyinə 50.83 ha torpaq sahəsi ayrılmış püşk atma yolu ilə 208 saylı 600kvm torpaq sahəsi X1 payına düşmüşdür. Ona 23 sentyabr 1988-ci il tarixli, 01 saylı ”Sintez” yoldaşlıq bağçılığınn protokol qərarına uyğun olaraq Bağçının üzvülük kitabçası doldurularaq təqdim edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq edilmiş “Üzvi Sintez” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş X4 görünür ki, 208/209 saylı bağ torpaq sahəsi Cavabdeh1 istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli bağ sahəsinin 1988-ci ildə iddiaçının atasının istifadəsinə ayrılmasını, həmin bağ sahəsinin cavabdehin sahibliyi və istifadəsində olmasını, iddiaçının X1 övladı olmasını, Telman İbrahimovun 2005-ci il tarixdə ölməsini, Telman İbrahimovun ölmündən sonra həmin bağ sahəsi üzərində hüquqların sonuncunun hüquqi varisləri tərəfindən qəbul edilməsinə dair hüquq varisləri tərəfindən nə belə bir müraciət olunması, nə də hər hansı bir sərəncam olmamasını müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq mülkiyyətiçisi, istifadəçisi (icarədar) öldükdə və vərəsələr olmadıqda torpaqdan istifadə hüququna xitam verilir. Məhkəmə qeyd olunan normanı təfsir edərək hesab edir ki, qanunvericiliyin şərh olunan norması birbaşa vərəsələrə istifadə hüququnun verilməsi kimi deyil, bu hüququ əldə etmək imkanının yaradılması kimi başa düşülməlidir. Lakin işin hallarından da göründüyü kimi vərəsələrin həmin əmlakdan istifadə hüquqları əldə etmək imkanları olduğu halda bu hüququn həyata keçirilməsi üçün hüquqi varislər tərəfindən müvafiq səlahiyyətli subyektə müraciət olunmamışdır. “Torpaq islahatı haqqında” 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 90-cı maddəsinə əsasən torpaq dövlətin müstəsna mülkiyyəti olmaqla ancaq istifadəyə verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməs hazırki iş üzrə iddiaçının iddia ərizəsini verməkdə subyektiv hüquqa malik olmaması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, 1991-ci ilədək torpaq sahələri üzərində yalnız dövlət mülkiyyəti olmuş, vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmələri daimi istifadə formasında olmuşdur. Bu baxımdan Telman İbrahimov torpaq sahəsi üzərində mülkiyyət hüququna deyil, sahiblik və istifadə hüquqlarını həyata keçirməklə daimi istifadə formasında bağ sahəsinə malik olmuşdur. Bu hal həmin torpaq sahəsinin vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Belə ki, ifadə olunan hüquq normalarından da göründüyü kimi yalnız torpaq mülkiyyətçilərinin torpağı vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Mübahisə predmeti olan bağ sahəsi dövlət mülkiyyətində olmaqla, Telman İbrahimov xüsusi mülkiyyət hüquqi ilə həmin əmlaka malik olmadığından həmin bağ sahəsi vərəsəlik qaydasında keçə bilməz. Eyni zamanda Telman İbrahimovun ailə üzvlərindən (övladlar) hər hansı biri onun ölümündən (2005-ci il tarixədək) sonra uzun illər ərzində həmin topaq sahəsinin onların istifadəsinə verilməsinə razı olub-olmamaları, həmçinin hüquqi varisi kimi torpaq sahəsi üzərində hüquqların onlara keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişlər. Bu səbəbdən də iddiaçının mübahisə predmeti olan bağ sahəsi üzərində əmlak hüququnun mübahisələndirilməsi ilə bağlı subyektiv hüquqa malik deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsinə ayrılmasını təsdiq edən bağçılıq kitabçası mövcuddur. Hazırki gündə tərəfindən torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənəd olan bağçılıq kitabçası iddiaçı tərəfindən mübahisələndirilməyib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ona görə də iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(060)-1031/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2545/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2545/2021
28.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver