Məhkəmə qərarları › İş №2(105)-2559/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2559/2021

23.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2559/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadından Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva tərəfindən verilmiş şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs X3 tərəfindən birgə qaydada verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı ilə şikayətlər təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, 03 sentyabr 2013-cü il təvəllüdlü övladı X5 ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilib, İddiaçı yetkinlik yaşına çatmayan uşağı 03 sentyabr 2013-cü il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağları, 8 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva birgə qaydada apelyasiya şikayəti vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva verdikləri şikayəti onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi 31 may 2021-ci il tarixli qərardadı ilə qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apelaysiya şikayətinin geri qaytarılması nəticəsinə gəldikdə məhkəmə iclasının vaxtı və yeri barədə onlara heç bir məlumat verilməmiş və məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Bu səbəbdən də mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məhz M.M.Əliyevaya məxsus olması barədə məhkəməyə sənəd təqdim edə bilməmişlər. Bundan əlavə apelyasiya şikayəti qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva tərəfindən verilməsi qəbul edilmədiyi halda iş üzrə cavabdeh olaraq Cavabdeh apelyasiya şikayəti geri qaytarıla bilməzdi. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətinin geri qaytarılması nəticəsinə gələrkən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 357.1, 357.2, 363.1.1 və 364-cü madələrinə istinad edərək hesab etmişdir ki, apelyasiya şikayəti cavabdehlə yanaşı qətnamə ilə maraqlarına toxunulan şəxs kimi X3 tərəfindən imzalanmış, lakin, apelyasiya şikayətinə qətnamənin X2 hüquq və vəzifələrinə toxunması barədə hər hansı sübut əlavə edilməmişdir. Eyni zamanda M.M.Əliyeva tərəfindən məhkəməyə qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs hesab edilməsi barədə vəsatət təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin geri qaytarılması nəticəsinə gələrkən prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. İlk növbədə məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı tələbi Cavabdeh yönəlmiş və sonuncu qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin 58-ci vərəqəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamə ilə müəyyən olur ki, Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 24 may 2021-ci il tarixdə almış və onun tərəfindən verilmiş apelyasiya şikayəti 31 may 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İş materiallarından göründüyü kimi cavabdeh apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə vermişdir. Lakin birinci instansiya məhkəməsi ona munasibətdə apelyasiya şikayətinin hansı səbəbdən qəbul etməyib geri qaytarılmasını əsaslandırmamışdır. Bundan başqa şikayətə əlavə edilmiş DƏDRX-nin 2 Saylı Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı 018199 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 7 ünvanda yerləşən 0,1547 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin sənədlə müəyyən olur ki, M.M.Əliyevanın adına tərtib edilmiş DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinin 29 mart 2013-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış mövcuddur. Hazırkı vəziyyətdə işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş və apelyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayət prosessual qanunvericiliyinin tələbləri pozulmaqla tərtib olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermək üçün qətnamə ilə maraqlarına toxunub-toxunmaması halını müəyyən etmək üçün Sumqayıt şəhəri, Novxanı bağ massivi 7 ünvanda yerləşən 0,1547 ha torpaq sahəsinin sonuncunun xüsusi mülkiyyətində olması halı müəyyən olması üçün müvafiq çıxarışın olması yoxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyevanın verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, mülki iş apelyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21 iyun 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə 21 iyun 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(060)-1624/2021 saylı qətnaməsindən Cavabdeh və qətnamə ilə maraqlarına toxunan şəxs M.M.Əliyeva tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar