Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2564/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindəm qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx xxxx 2007-ci il tarixində Dəvəçi rayon İHB-nın sərəncamı ilə ona kommersiya obyekti tikilməsi məqsədi ilə Şabran şəhəri Babək küçəsində 20 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin vaxt orada onun dəmir köşkü də olmuşdur. Sonra maddi imkanı olmadığı üçün torpaq sahəsində tikinti işi apara bilməmişdir. Hazırda cavabdeh tərəfindən qanunsuz olaraq həmin torpaq sahəsi zəbt edilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinin çox hissəsini daş hasara almışdır. Dəfələrlə cavabdehə bütün lazımı sənədləri təqdim edərək ona məxsus torpaq sahəsini boşaltması üçün müraciət etsə də, o, torpaq sahəsini boşaltmaqdan imtina edir. Bu səbəbdən ona məxsus torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir və heç bir tikinti işləri apara bilmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə mülkiyyət sənədi ala bilmir və heç bir tikinti işi apara bilmir. Cavabdeh Dəvəçi Bələdiyyəsinin qərarından başqa heç bir sənəd təqdim etməmişdir. Şabran rayon Bələdiyyəsindən məhkəməyə təqdim etmək üçün ona verilmiş arayışda həmin torpaq sahəsinin heç kimə satılmadığı bildirmişdir. Məhkəmə hüquq normalarını düzgün tətbiq edilməyərək onun hüquqlarını pozmuşdur. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(031)-420/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin etməyərək, mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən tutulmasına heç bir sübutun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşə əlavə edilmiş Dəvəçi rayonu İHB-nın xx xxxx 2007-ci il tarixli 124 saylı Sərəncamından görünür ki, İddiaçıa Dəvəçi şəhərinin Babək küçəsindən, mütəxəssis aktına əlavə olunmuş sxeminə uyğun ərazidən kommersiya obyekti tikintisi məqsədilə 20 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı kommersiya mağazasının tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə xx xxxxxx 2007-ci il tarixli aktdan görünür ki, Dəvəçi şəhər Babək küçəsində yerləşən iki mərtəbəli yaşayış binasnın şimal hissəsindən kommersiya mağazası tikintisi məqsədi ilə 20 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab olunmuşdur. Aktın doğruluğunu H.Əkbərov, N.Dəmirov, N.Həmidov, E.Şükürov və İddiaçı öz imzaları ilə təsdiq etmişlər. İşdə olan Şabran bələdiyyəsinin xx xxx 2020-ci il tarixli 57 saylı məktubundan görünür ki, İddiaçı rayon İHB-nın Sərəncamı əsasında kommersiya obyektinin tikintisi üçün ayrılmış 20 kv.m torpaq sahəsi Şabran bələdiyyəsi tərəfindən heç bir vətəndaşa satılmamışdır. İşə əlavə edilmiş Dəvəçi bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarından görünür ki, M.Cavabdeh yaşadığı binanın şimal tərəfində uzun müddət zəbt etdiyi torpaq sahəsinin hər bir kv.m-ə görə Dəvəçi bələdiyyəsinin hesabına 20 qəpik pul vəsaiti köçürməklə 400 kv.m torpaq sahəsi ona fərdi mənzil tikintisi üçün satılmışdır. İş materiallarında olan xx xxxxx 2007-ci il tarixli 201188 saylı Kassa Mədaxil qəbzindən görünür ki, M.Cavabdeh fərdi mənzil tikintisi məqsədi ilə torpaq satışı ilə əlaqədar Dəvəçi bələdiyyəsinin hesabına 80 manat məbləğində pul köçürmüşdür. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X2 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, 5 saylı X1 arxiv sənədlərində Şabran şəhəri, Babək küçəsində kommersiya tikintisi üçün İddiaçı və Cavabdeh adına mülkiyyət sənədi aşkar edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası MM-nin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının iş üzrə sənədlərə düzgün qiymət verilməməsi və hərtərəfli araşdırmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı Şabran şəhəri Babək küçəsində kommersiya obyekti tikmək üçün 20 kv.m torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sənəd təqdim edə bilmədi. DƏDRX-dən sorğuya cavab olaraq bildirilmişdir ki, Şabran şəhəri, Babək küçəsində kommersiya tikintisi üçün İddiaçı adına mülkiyyət sənədi aşkar edilməmişdir. İddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamış və bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olduğunu təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın rədd olunmasını məhkəmə kollegiyası düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli 2(031)-420/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2564/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2564/2020
02.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver