Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2575/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-752/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı S.J.Williamsin nümayəndəsi və vəkili Vəkil2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-752/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X1rşı ˝müqavilə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair˝ ilk iddia qismən təmin edilib, X7 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı S.J.Williamsin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-752/2020 saylı qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandımışdır ki, İddiaçı və X11 rəsmi nikahda olmuşdular. Sonradan onlar arasında olan nikah pozulmuşdur. Onların arasında olan, notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2018-ci il tarixli razılaşma müqaviləsinin şərtlərinə əsasən X11 son ödəmə ayı 2019-cu ilin dekabr ayı olmaqla hər ay 3500 (üç min beş yüz) ABŞ dollarında pul vəsaitini İddiaçı bank hesabına maddi dəstək (aliment) kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin bu günə kimi X11 tərəfindən həmin məbləğdən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018- ci il tarixlərində 3 dəfə İddiaçı bank hesabına köçürülmüş, 2019-cu ilin fevral ayında bir dəfə cavabdehin özü tərəfindən, 2019-cu ilin noyabr ayında bir dəfə cavabdehin köməkçisi tərəfindən ödənilməklə cəmi 5 ayın pulu İddiaçı ödənilmişdir (2018-ci ilin noyabr, dekabr ayları və 2019cu ilin yanvar, fevral və noyabr ayları üçün). Lakin 2019-cu ilin dekabr ayını da nəzərə alsaq hazırda 19 ayın ödənilməli olan pulu 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğ X11 tərəfindən iddiaçıya ödənilməli olsa da bundan yayınılmışdır. Beləliklə hər ay üçün gecikdirilmiş məbləğ üçün ayların sayına uyğun faiz dərəcələrini 2018-ci il yanvar ayı üçün 24 ay gecikdirmə mövcuddur. 21.9x24=526,5, 2018-ci il fevral ayı üçün. 23 ay gecikdirmə mövcuddur 21.9X23=503,7, 2018-ci il mart ayı üçün. 22 ay gecikdirmə mövcuddur 21.9X22=481,8, 2018-ci il aprel ayı üçün. 21 ay gecikdirmə mövcuddur 21.9X21=459,9, 2018ci il may ayı üçün. 20 ay gecikdirmə mövcuddur 21.9X20=438, 2018-ci il iyun ayı üçün. 19 ay gecikdirmə mövcuddur 21.9X19=416,1, 2018-ci il iyul ayı üçün. 18 ay gecikdirmə mövcuddur 21.9X18=394,2, 2018ci il avqust ayı üçün. 17 ay gecikdirmə mövcuddur 21.9X17=372,3, 2018-ci il sentyabr ayı üçün. 16 ay gecikdirmə mövcuddur 21.9X16=350,4, 2018- ci il oktyabr ayı üçün. 15 ay gecikdirmə mövcuddur 21.9X15=328,5, 2019-cu il mart ayı üçün. 10 ay gecikdirmə mövcuddur 21.9X210=219, 2019-cu il aprel ayı üçün. 9 ay gecikdirmə mövcuddur 21.9X9=197,1, 2019-cu il may ayı üçün. 8 ay gecikdirmə mövcuddur 21.9X8=175,2 2019-cu il iyun ayı üçün. 7 ay gecikdirmə mövcuddur 21.9X7=153,3 2019-cu il iyul ayı üçün. 6 ay gecikdirmə mövcuddur 21.9X6=131,4, 2019-cu il avqust ayı üçün. 5 ay gecikdirmə mövcuddur 21.9X5=109,5, 2019-cu il sentyabr ayı üçün. 4 ay gecikdirmə mövcuddur 21.9X4=87,6, 2019-cu il oktyabr ayı üçün. 3 ay gecikdirmə mövcuddur 21.9X3=65,7, 2019-cu il dekabr ayı üçün. 1 ay gecikdirmə mövcuddur: 21.9. Cavabdeh iddiaçıya məxsus 66.500 (altmış altı min beş yüz) ABŞ dolları pulu qanunsuz olaraq özünə saxladığı yuxarıda hesablanmış müddətlərə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı mənəvi istirablar keçirmişdir. Belə olan halda 20.000 (iyirmi min) manat mənəvi zərər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə də 66.500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində əsas borc, gecikdirilməyə görə bank uçot dərəcəsinə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları olmaqla cəmi 71931 (yetmiş bir min doqquz yüz otuz bir) ABŞ dolları maddi zərərin, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh X7 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X5 nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X1rşı olan iddia tərəflər arasında ailə münasibətləri ərzində hər hansısa narazıçılıqlar və ailə daxili münaqişələr yaşanmamışdır. Evliliyinin qarşılıqlı saf və ülvi məhəbbət hissləri əsasında qurulmasından dolayı Jamesdə cavabdehə qarşı tam güvən və etibar hissi yaranmışdır. Ailə daxili bağların güclü olması, Jamesin ailə institutuna möhkəm bağlılığı səbəbilə cavabdeh tərəfindən ona qarşı atılan addımlar onda hər hansısa şübhə oyatmamışdır. Bundan suiistifadə edən cavabdeh Jamesi aldadaraq öz xeyirinə maddi mənfəət əldə etmək məqsədilə müqavilə imzalatdırmışdır. Belə ki, Jamesin işi və vətəndaşlığınından dolayı mütəmadi olaraq Azərbaycan Respublikasının ərazisini tərk etməsi, Azərbaycanda olmadığı müddətdə əmlakının idarə edilməsi ilə əlaqədar ortaya çıxan çətinliyin aradan qaldırılması məqsədilə cavabdeh Jamesin ona bu məqsəd üçün etibarnamə verməsini təklif etmişdir. James isə həyat yoldaşının bu təklifini hər hansısa şübhə etmədən qəbul etmişdir. Daha sonra qeyd olunan məqsəd üçün onun adına ailə əmlakının idarə edilməsi və onun adına dəyəri 3500 ABŞ dollarından artıq olmayan əqdlərin bağlanılması səlahiyyətini ehtiva edən etibarnamənin tərtibi və rəsmiləşdirilməsi üçün onunla birlikdə cavabdehin təklifi ilə Bakı şəhəri 9 saylı notorius kontoruna getmişdir. Jamesin ABŞ və Kanada vətəndaşı olmasını, Azərbaycan dilini başa düşməməsini nəzərə alaraq cavabdeh sənədləşməni Azərbaycan dilində tərtibini təşkil etmişdir. Jameslə aralarında etibarnamə ilə əlaqədar razılaşmadan və ona etibar etməsindən sui-istifadə edərək aldatma yolu ilə öz xeyirinə özündə hər ay 3500 ABŞ dolları dəyərində vəsaitin onun hesabına köçürülməsini əks etdirən müqavilə imzalatdırmışdır. Notariat kontorunun notoriusu isə onların ailə üzvləri olmasını nəzərə alaraq ona sənədin məzmunu tərcümə etməmiş və ya hər hansısa tərcüməçinin xidmətini təqdim etməmişdir. Qeyd olunan sənədlə bağlı tərəflər arasında hər hansısa sonrakı müzakirə getməmiş və James cavabdeh tərəfindən aldadıldığını anlamamışdır. Bununla birlikdə aldadılma yolu ilə bağlanılmış müqavilə üzrə cavabdehin hər hansısa məbləğ tələbi olmamışdır. Daha sonra cavabdeh ailə münasibətlərinə xitam etmək və onunla münasibətlərinin dost olaraq davam etdirməklə bağlı fikrini iddiaçıya bildirmişdir. İddiaçı ilk öncə səbəblərini aydınlaşdırmağa, problemləri aradan qaldırmağa və ailəni qoruyub saxlamağa səy göstərmişdir. Cavabdeh isə onun uzun müddətli xarici səfərlərini və işinə daha çox diqqət ayırdığını əsas gətirərək ailə münasibətləri davam etdirmək niyyətində olmamasını bəyan etmişdir. Nəticə etibari ilə, tərəflər arasında nikah müqaviləsi xx xxx 2019-ci il tarixində ləğv edilmişdir. Bundan sonra cavabdeh maddi yardıma ehtiyac olduğunu bildirərək Jamesə müraciət etmiş, James isə keçmiş ailə münasibətlərini və mövcud dostluqlarını nəzərə alaraq cavabdehə dəfələrlə maddi yardımlar etmişdir. Hətta bəzi hallarda cavabdeh ehtiyacının olduğu məbləğin 3500 ABŞ dolları olduğunu bildirərək, gələcək tələbləri üçün real zəmin formalaşdırmışdır. Müxtəlif adlar və problemlər adı altında iddiaçının etimadını sui-istifadə edən cavabdeh bənzər müraciətlərini davam etdirməkdən çəkinməmişdir. James isə cavabdehin hər dəfə bu cür iri məbləğdə ehtiyacının yaranmasını real hesab etməyərək bir müddət sonra cavabdehin mütəmadi xarakter alan xahişləri üzrə ödəniş etməkdən imtina etmişdir. James tərəfindən ödənişlər edilməməsini görən cavabdeh əvvəlcədən hazırladığı plan üzrə iddiaçını aldatma yolu ilə bağlatdırdığı müqavilə üzrə öz çirkin əməllərini həyata keçirməyə başlamışdır. Cavabdeh tərəfindən Jamesə irəli sürülən xahişlər öz etik müstəvisindən çıxaraq tələblərə çevrilmiş, ödəniş həyata keçirilmədiyi təqdirdə məhkəməyə verəcəyi ilə hədələmişdir. Sözügedən müqavilənin olmasından xəbərsiz olan James ödəniş etməyəcəyin bildirmişdir. Bundan sonra iddiaçıya cavabdehin nümayəndəsi tərəfindən sözüngedən aldatma yolu ilə bağlanmış müqavilə üzrə 66500 ABŞ dolları dəyərində vəsaitin ödənilməsi tələbi ilə məktub ünvanlanmış və ödənişin edilməyəcəyi təqdirdə bir sıra addımların atılacağı barədə təhdid edilmişdir. Qeyd olunan məsələ üzrə başlanılmış məhkəmə iclasında cabahdeh tərəfindən aldatma yolu ilə bağlanılmış müqavilə ilə tanış olunmuşdur. Bu hadisə Jamesi dərindən sarsıtmışdır və onun etibarından sui-istifadə edilməsi onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Bütün bu hadisələr aldatma yolu ilə bağlanılmış əqdin etibarsız hesab edilməsi və Jamesin yaşamaqda olduğu mənəvi böhran 10000 manat məbləğində kompensasiya edilməsi zərurəti yaranmışdır. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsi aldatma yolu ilə bağlanılması və bağlanılması halında Notariat haqqında qanunun və Təlimatnamənin tələbləri nəzərə alınmadığı üçün etibarsız hesab edilməsi və iddiaçının Azərbaycan dilini bilməməsinindən, cavabdehə edilən etibarından sui-istifadə etməsi və aldatma yolu ilə iddiaçının əmlak mənafelərinə zərər vuran müqavilə imzalatması onun mənəvi sarsıntı keçirilməsinə səbəb olduğu üçün 10000 AZN məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı S.J.Williamsin nümayəndəsi və vəkili Vəkil2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməsini qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.1, 39.1, 39.2, 39.3, 40.5-ci maddələrinin, «Notariat haqqında» Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin, «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 9,38-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.2-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X8 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh tərəfin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Kanada Respublikası NeWfourland və Labrador əyalətinin verdiyi nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X12 və İddiaçı xx.xx.2010-ci il tarixdə St.John şəhərində Salmonier Line-da rəsmi nikaha daxil olmuşlar, nikah xx.xx.2010-cu il tarixdə **********2 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 334657 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 174 nömrəli qeyd aparılmışdır. Stephen Williams və İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Nyufaundlend və Labrador əyalətindəki St.John şəhərində bağlanmış boşanmaq müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər ər və arvaddırlar və yuxarıda qeyd olunduğu kimi xx.xx.2010-cu ildə Nyufaundlend və Labrador əyalətindəki Salmonier Layn-da evlənmişlər. Ər və arvad xx.xx.2016-cı il tarixdən qarşılıqlı razılaşma şərtlərinə uyğun olaraq ayrılıqda və birbirindən ayrı yaşadıqlarını və gələcəkdə də burada qeyd olunan şərtlərlə ayrılıqda yaşamağı davam etdirməyi bəyan edirlər. Həmin müqavilənin tnemilA˝ ödənişi˝ adlanan 2-ci bölməsinin ˝a˝ bəndinə əsasən ər üç il müddətində mütəmadi olaraq arvada ayda 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində aliment ödəməlidir. Alimentin ilk ödənişi xx.xx.2017-ci il tarixindən başlayaraq ödənilməlidir və son aliment xx.xx.2019-cu il tarixində olmaqla hər ay mütəmadi olaraq davam etdirilməlidir. Müqavilənin ˝d˝ bəndinin ˝i˝ yarımbəndinə əsasən arvad və ər bu müqavilənin müddətsiz və dəyişməz olmasını istəyirlər. Daha dəqiqlik üçün tərəflər etiraf edirlər ki, tərəflər bu müqaviləni ətraflı müzakirə etdilər və bu müqavilənin şərtləri onların niyyətlərini və gözləntilərini tam əks etdirir. İddiaçı ilə X11 arasında xx.xx.2018-ci il tarixdə Razılaşma Müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, müqavilənin 1.2- ci bəndinə əsasən X11 son ödəmə ayı dekabr 2019cu il olmaqla özünə məlum olan İddiaçı bank hesabına hər ay 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pulu maddi dəstək (aliment) olaraq ödəyəcəkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən ödənişlər hər ayın birinci günündə, elektron köçürülməsinə üstünlük verilərək ödəniləcək və bu olmadıqda Tərəflər razılaşa biləcək digər formada ödəniləcəyinə dair öhdəlik götürür. X11 yerləşdiyi ölkədən asılı olmayaraq, İddiaçı məxsus olan, yaxud onun adına qeydiyyata alınmış daşınar və ya daşınmaz əmlakın, o cümlədən hər hansı bank hesabında ola biləcək pul məbləğinin İddiaçı məxsus olduğunu qəbul edir və ona qarşı birgə nikah dövrü əldə edilmiş daşınar və daşınmaz əmlakla bağlı hər hansı bir formada iddia tələbləri ilə çıxış etməyəcəyinə dair öhdəlik götürür. -knabinU¨ KB˝ ASC-nin 15 saylı filialının verdiyi İddiaçı məxsus AZ94BAZ**********1020USD001 hesabından xx.xx.2018 – xx.xx.2019-cu il tarixlərini əks etdirən çıxarışdan görünür ki, hesaba xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05/02557 nömrəli məktubdan görünür ki, Kanada vətəndaşı, xx.xx.1959-cu il təvəllüdlü X12 (paport № HM641323) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-cı maddəsinə əsasən etibarlılıq müddəti xx.xx.2020-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Meridian-S MMC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məktubdan görünür ki, kuryer şirkətində işləyən işçi, X9 əlaqə saxlamış və məktubu hansı ünvana gətirilməsini dəqiqləşdirilmişdir. X11 məktubu Port Baku rezidence göndərilməsini xahiş etmişdir. Məktub xx.xx.2019-cu il tarixdə şəxsən X11 tərəfindən qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə X10 ünvanlanmış məktubdan görünür ki, ona xx xxxxxx 2018-ci il tarixli razılşma müqaviləsinin şərtlərinə əsasən İddiaçı ödəməli olduğu 19 ay üçün hesablanmış 66500 (altmış altı min beş yüz) ABŞ dolları pul vəsaitini 10 (on) gün ərzində İddiaçı ödənilməsi xahiş olunmuş, həmin müddət ərzində öhdəliyini həyata keçirməzsə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ˝mokeletzA˝ İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ˝ xx.xx.2004-cü il tarixli Qərarına göstərilir ki, ...˝ Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...˝. Məhkəmə kollegiyası hesab edir ki, X11 notariusa etibarnamə vermək niyyətilə getsə də aldadılaraq razılaşma müqaviləsinə imza etdirildiyini iddia etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinin ˝tnemilA˝ adlı bölməsində X11 üzərinə xx.xx.2017- xx.xx.2019-cu il tarixləri arasında mütəmadi olaraq aylıq 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində pulu aliment qismində İddiaçı ödəməyi könüllü olaraq öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsinin şərtləri məhz xx.xx.2017-ci il tarixli boşanma müqaviləsinin bir sıra şərtləri ilə eynilik təşkil edir. Buna əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, X8 aldadılmasını iddia etməsi həqiqəti əks etdirmir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli razılaşma müqaviləsi üzrə İddiaçı xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci, fevral və noyabr 2019-cu il tarixlərində ödənilmiş məbləğlər nəzərə alınaraq, yerdə qalan 66500 (altmış altı min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə alınaraq ilkin iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası ilkin iddianın ödənilməli 66500 (altmış altı min beş yüz) ABŞ dollarının qanunsuz olaraq X11 tərəfindən özündə saxladığı müddətlərə uyğun olaraq 5431 (beş min dörd yüz otuz bir) ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsində gzö˝əsinin pul vəsaiti˝ və nadno˝ faydalanma˝ anlayışları fərqləndirilmişdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən borclu məhz başqasına məxsus olan və müqavilə əsasında ona keçmiş pul vəsaitini qanunsuz saxlamalı, onu qaytarmaqdan boyun qaçırmalı, onun ödənilməsini gecikdirməlidir. Bundan əlavə borclu sözügedən qanuna zidd hərəkətlərin nəticəsində o mütləq şəkildə özgəsinin pul vəsaitindən faydalanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin bir sıra normalarının (598.3, 599.4, 600.5, 966, 976.3-cü və s. maddələr) təhlili göstərir ki, 449-cu maddənin tələbləri bank və bank olmayan kredit təşkilatları ilə vətəndaşlar arasında, habelə alğı-satqı müqavilələri üzrə alıcı və satıcı arasında olan münasibətlərə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair˝ xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, ...˝ MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – yyilam˝ə sanksiyası˝) hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili nasnİ˝ hüquqlarının və X4 haqqında˝ Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və X14 Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir... Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır...˝. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair˝ xx.xx.2014-cü il tarixli Qərarına deyilir ki, MM...˝-in 449.1-ci maddəsinə müvafiq olaraq, (MM-in 445.7-ci maddəsində təsbit edilmiş illik beş faiz dərəcəsindən kənar) pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən miqdarda faizlər ödənilməlidir. Bank, vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ MM-in 21.2-ci maddəsi ilə əlaqəli şəkildə həmin Məcəllənin 449.3-cü maddəsindən irəli gəlir...˝. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hər iki qərarın Mülki Məcəllənin 449-cu maddəsinin hansı münasibətlərə tətbiqi aşkar şəkildə göstərilmişdir. Eyni zamanda yuxarıda göstərilən Qərarda ˝amnaladyaf˝ anlayışına da açıqlama verilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair˝ xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, ...˝ 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin nadno˝ faydalanmağa görə müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur...˝. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı məhkəməyə ona ödənilməli pulu X8 özündə saxlanmaqla ondan faydalandığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti keçmiş ərin keçmiş arvada aliment ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürməsindən ibarətdir. Belə olan halda Mülki Məcəllənin 449-cü maddəsinin müddəalarının bu münasibətə tətbiqi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair˝ xx.xx.2016-cı il tarixli Qərarında deyilir ki, ...˝ Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə kollegiyası iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir...˝. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair˝ xx.xx.2011-ci il tarixli Qərarında göstərilir ki, ...˝ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir...˝. Məhkəmə kollegiyası iddia ərizəsində iddiaçının MM-nin 21-ci maddəsinə istinad etməsi, mülki işdə real zərərin olmasını nəzərə alaraq hesab edir ki, təmin edilən əsas məbləğə illik beş faiz olmaqla əldən çıxmış fayda şəklində pul ilkin iddia üzrə cavabdehdən tutularaq, İddiaçı verilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, ilkin iddiaçı ona dəymiş real zərərin mövcudluğunu ilkin iddia ərizəsində göstərərək, Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir. Həmin maddənin ikinci bəndinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair˝ xx.xx.2014-cü il tarixli Qərarına deyilir ki, ...˝ İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur...˝. Məhkəmə kollegiyası hesab edir ki, X8 müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə İddiaçı maddi (real) zərər vurmuşdur. Bu baxımdan ondan əsas məbləğlə yanaşı, göstərilən məbləğə illik beş faiz olmaqla hesablanmalı olan əldən çıxmış fayda tutularaq, ilkin iddiaçıya verilməlidir. . Məhkəmə kollegiyası hesab edir ki, əsas məbləğ 66500 (altmış altı min beş yüz) ABŞ dollarına münasibətdə ilin beş faiz əldən çıxmış fayda aşağıdakı kimi hesablanmalıdır: (66500 : 100 = 665 ∗ 5 = 3325 : 12 = 277 ∗ 19 = 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları. Məhkəmə kollegiyası ilkin iddia tələbinin mənəvi zərərin tələbi ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun zA˝ərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair˝ xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, ...˝ Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır... .˝ “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndinə göstərilir ki, ...˝ nasnİ˝ Hüquqlarının və X4 Haqqında Konvensiya˝nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər˝. Həmin Qərarın 2-ci bəndə əsasən munelP˝ izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir˝. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, Ş˝əxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...˝. Göründüyü kimi həm qanunvericliyin tələblərindən, həm də məhkəmə təcrübəsi və ümumiləşmələrdən, o cümlədən beynəlxalq konvensiyaların tələblərindən də məlum olur ki, şəxsə mənəvi ziyanın vurulması istər onun barəsində yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması ilə onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, istərsə də ona qarşı qanunla qadağan edilmiş hərəkət və ya hərəkətsizliyin törədilməsi ilə mümkündür. Bu zaman şəxs sarsıntı və iztirablar keçirir, onun şüurunda mənfi psixi reaksiyalar formalaşır. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin vurulması şəxsin qanunla qorunan əmlak və (və ya) qeyri-əmlak xarakterli hüquqlarının pozulmasına yönələn hərəkət və ya hərəkətsizlikdə ifadə edilməli, bu hərəkət və ya hərəkətsizlik qanuna zidd olmalı və onların nəticəsində şəxs sarsıntı və ya iztirab keçirməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, ...˝ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun...˝. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarıda Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi mümkünlüyü öz əksini tapmış, lakin bunun üçün qanunda göstərilmiş halların mövcudluğu labüdlüyü vurğulanmışdır. Mülki Məcəllənin 1097.1-ci maddəsi əsasən ilk növbədə delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına zərər vurulmalıdır. Hazırki mülki işin materiallarından görünüdüyü kimi X11 xx.xx.2018-ci il tarixli Razılaşma müqaviləsinin tələbini yerinə yetirməməklə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir, lakin onun hərəkət və ya hərəkətsizliyi ilə İddiaçı məxsus hər hansı əmlaka ziyan dəyməmiş, nə də sonuncunun qeyri-əmlak hüquqları pozulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin iddia mənəvi zərər hissəsində təmin edilməməlidir. İlkin iddia üzrə İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilir ki, ...˝ İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...˝. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır...˝. Məhkəmə kollegiyası qeyd edir ki, istər qanunvericiliyin tələbində, istərsə də iddia müddətinə dair Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərinin əsaslandırılmamış çəkişmələrdən qorunması və eyni zamanda, onların öz hüquqlarını vaxtında həyata keçirmələri və müdafiəsinə məcbur edilməsi kimi dəyərləndilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla belə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin əsassız olduğundan təmin edilmədiyindən, hazırki mülki iş üzrə iddia müddətinin tətbiqinə gərək yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat məbləğində hissəsi X7 alınaraq, İddiaçı verilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı nasnİ˝ Hüquqlarının və X4 Haqqında˝ Avropa Konvensiyası müddəalarının və X14 Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X14 Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. X13 Məhkəməsi "X2rşı” xx xxxx 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında X14 Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). zA˝ərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, ...˝ Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir˝. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı X1rşı livaqüm˝ə üzrə ödənilməli olan məbləğin, gecikdirilməyə görə faizin və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair˝ ilk iddia qismən təmin edilib, X7 ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manatın məzənnəsi ilə 66500 (altmış altı min beş yüz) ABŞ dolları əsas məbləğ, 5263 (beş min iki yüz altmış üç) ABŞ dolları əldən çıxmış fayda və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi və ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin cavabdehə münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı S.J.Williamsin nümayəndəsi və vəkili Vəkil2 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-752/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2575/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2575/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver