Məhkəmə qərarları › İş №2(105)-2576/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2576/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2576/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair ilk iddia tələbi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı yaşayış evindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi M.M.Əfəndiyev tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim R.T.Həsənov) iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi, Quba şəhəri, H.Əliyev prospekti 142 ünvanında yerləşən mənzildə ilkin İddiaçı tərəfindən qarşılıqlı iddia tələbi üzrə iddiaçılar (ilkin iddia tələbi üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 təbii qaz, elektrik enerjisi və sudan istifadə etmələrinə maneə yaratmasının qadağan edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı iddia tələbi üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanda 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən özəlləşməmiş mənzildə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar (ilkin iddia tələbi üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşıqlı iddianın təmin edilməsi, onların, yəni X1 və Cavabdeh2 yaşadıqları ünvan 3 ünvanında yerləşən mənzilə cavabdeh İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçılar (ilkin iddia tələbi üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, H.Əliyev prospekti 142 ünvanında yerləşən mənzildə ilkin İddiaçı tərəfindən onlara təbii qaz elektrik enerjisi və sudan istifadə etmələrinə maneə yaratmasının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İlk növbədə iddia tələbi istifadə hüququna xitamla bağlı olmaqla, mübahisə edilən mənzillə bağlıdır. Cavabdehlər həmin ünvanda yerləşən evin 2-ci mərtəbəsində yaşayırlar ki, evin 2-ci mərtəbəsi özəlləşdirilmiş və miras əmlak payı üzrə bağlı olan mənzil sahəsidir. Mübahisə edilən 1-ci mərtəbənin isə 2-ci mərtəbəyə heç bir aidiyyatı yoxdur. Məhkəmə iddia tələbi ilə bağlılıgı olmayan təmin tədbiri barədə qərardad çıxartmışdır. Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(027)-1151/2021 nömrəli qərardadını ləğv edib, iddia tələbinin təmin edilməsinə dair ərizənin təmin edilməməsinə dair yeni qərardad çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 şikayəti qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı, nümayəndəsi M.M.Əfəndiyev və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddəsinə əsasən hakim iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi tədbirlər görə bilər. İddianın təmin tədbirinin tətbiq edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X2 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 03 iyun 2021-ci il tarixli 2(027)-1151/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar