Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2579/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi iddiaçının vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadından İddiaçı və Cavabdeh tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 0,08 ha həyətyani torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə uşaqları X4 və X5 ilə birlikdə köçürmələri barədə qətnamə çıxarmağı xahiş etmişdir. Bundan əlavə, İddiaçı məhkəməyə iddianın təmin etmə tədbiri barədə ərizələr ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh ilə ailə qurarkən özünə məxsus gəlin köçərkən apardığı, hazırda Quba rayonu İsnovqışlaq kəndinə yerləşən evdə olan 2 ədəd taxt, 2 ədəd stol, 12 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd termo, 1 ədəd stenka, 6 ədəd xalça, mətbəx mebeli və 1 ədəd qabyuyan (moyka), 3 otaq və lədəd zal üçün pərdələr, 1 ədəd qaz peçi, 1 ədəd sensor peç, 1 ədəd çörək bişirən soba,, 1 ədəd plisos, 1 ədəd televizor altlığı, 1 ədəd ütü, 3 ədəd çilçıraq, 1 ədəd çörək bişirən dörd ayaq sac, 1 ədəd nahar dəst, 1 ədəd çaynik, xrustal vazlar, xrustal stəkanlar, 5 ədəd yorğan, 4 ədəd çexol, 12 ədəd döşək, 2 dəst divan ədyalları, 12 ədəd yastıq, 1 ədəd malça taxt, 4 ədəd yataq nalçası, uşaqların vinetkaları, sandıqda şəkillər, 1 ədəd paltaryuyan, 50 ədəd stəkan, 50 ədəd boşqab, balon və bankalar, 6 ədəd qazan nabor dəst, 2 ədəd qəhvədan və 6 ədəd çaynik dəst, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd xalça, 1 ədəd nootbuk, 1 ədəd kamera aparatı mənə və uşaqlarına məxsus paltarlar, ayaqqabılardan ibarət cehiz əmlakının üzərinə həbs qoyulması və həmin əşyalar üzərində Cavabdeh, digər şəxslər tərəfindən müəyyən hərəkətlər edilməsinin qadağan edilməsi və Cavabdeh ilə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən alğı-satqı qaydasında alınmış Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinin üzərinə həbs qoyulması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsinin cavabdeh və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsi qismən təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən alğı-satqı qaydasında alınmış Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, zirzəmili yaşayış evinin özgəninkiləşdirilməsi Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır (hakim İlqar Məmmədov). Qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsinı xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi iddiaçının iddianın təmini tədbiri barədə olan ərizəsinin baxılması vaxtı barədə onu rəsmi qaydada xəbərdar etməmiş və ərizəyə onun iştirakı olmadan baxmışdır. Quba Rayon Məhkəməsi iddianı təmini tədbiri barədə ərizəni qismən təmin etmiş, Quba rayon İsnovqışlaq Kəndində yerləşən və Bələdiyyə alğı-satqısı yolu ilə alınmış torpaq sahəsinin və bu torpaq sahəsi üzərində tikilmiş dövlət reystrində qeydiyyata alınmamış mülkiyyətində olmayan, qardaşına məxsus tikilinin üzərinə həbs qoymuşdur. O, 19 iyun 2021-ci il tarixdə poçtla Quba Rayon Məhkəməsinin 2(027)- 1265/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadını alandan sonra belə bir qərardadın olmasından məlumatlı olmuşdur. Hesab edir ki, Quba Rayon Məhkəməsinin iddianın təmin edilməsi barədə olan 2(027)-1265/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı əsaslandırılmamış və verilmiş iddia tələbinə mütənasib deyildir. Belə ki, iddiaçı iddia tələbində ancaq evə köçürülməsini xahiş etmişdir. Lakin, köçürüləcək evin mövcudluğu və bu evin cavabdehin mülkiyyətində olması barədə olan hüquqi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bu halda isə sadəcə olaraq hüquqi sənədlərlə mövcudluğu sübut olunmayan evə köçürülməsi tələb edilmişdir. Başqa sözlə iş materiallarından məlum olur ki, iddiaçı-İddiaçı tərəfindən üzərinə həbs qoyulması xahiş olunan Quba rayonun İsnovqışlaq kəndində yerləşən İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli 04 saylı qərarına əsasən alınmış 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin həqiqətən də onun mülkiyyətində olmasına dair hər hansı bir sənəd ərizəyə əlavə edilmədiyindən iddiaçının göstərdiyi torpaq və ev üzərinə həbs qoyulması mümkün olmadığı halda məhkəmə cavabdehə məxsusluğu sübut olunmayan bir əmlak üzərinə həbs qoymuşdur. Məhkəmənin istinad etdiyi Bələdiyə sənədi isə ancaq torpaq sahəsinin alğı-satqısını təsdiq edir. Torpaq sahəsinin alğı-satqısının mövcudluğu həmin torpaq sahəsində evin olmasını müəyyən etmir. Bütün hallarda evə köçürülməsi barədə iddia ərizəsinə köçürüləcək evin dövlət reysterində qeydiyyata alınması barədə çıxarış əlavə edilməli idi. İddiaçı belə bir iddia verərkən birinci növbədə iddia etdiyi əmlak üzərində cavabdehin mülkiyyət hüququnun olmasını sübut etməli idi. Lakin, o bunu sübut etməmiş və məhkəmə isə cavabdehə məxsusluğu müəyyən edilmiş əmlak üzərinə həbs qoymuşdur. Halbuki, cavabdehlə alğı-satqısı edilən torpaq sahəsi sonradan ehtiyacı olduğundan qardaşı X1 və həmin torpaq sahəsinin üzərindəki tikilini də onun yox, X6 tərəfindən inşa edilmiş və onlar orada müvəqəti yaşamışlar. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etmişdir. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin tam təmin edilməməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, o Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 0,08 ha həyətyani torpaq sahəsində tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinə uşaqları X4 və X5 ilə birlikdə köçürmələri barədə qətnamə çıxarmağı xahiş etmişdir. Bundan əlavə, İddiaçı məhkəməyə iddianın təmin etmə tədbiri barədə ərizələr ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh ilə ailə qurarkən özünə məxsus gəlin köçərkən apardığı, hazırda Quba rayonu İsnovqışlaq kəndinə yerləşən evdə olan 2 ədəd taxt, 2 ədəd stol, 12 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd termo, 1 ədəd stenka, 6 ədəd xalça, mətbəx mebeli və 1 ədəd qabyuyan (moyka), 3 otaq və lədəd zal üçün pərdələr, 1 ədəd qaz peçi, 1 ədəd sensor peç, 1 ədəd çörək bişirən soba,, 1 ədəd plisos, 1 ədəd televizor altlığı, 1 ədəd ütü, 3 ədəd çilçıraq, 1 ədəd çörək bişirən dörd ayaq sac, 1 ədəd nahar dəst, 1 ədəd çaynik, xrustal vazlar, xrustal stəkanlar, 5 ədəd yorğan, 4 ədəd çexol, 12 ədəd döşək, 2 dəst divan ədyalları, 12 ədəd yastıq, 1 ədəd malça taxt, 4 ədəd yataq nalçası, uşaqların vinetkaları, sandıqda şəkillər, 1 ədəd paltaryuyan, 50 ədəd stəkan, 50 ədəd boşqab, balon və bankalar, 6 ədəd qazan nabor dəst, 2 ədəd qəhvədan və 6 ədəd çaynik dəst, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd xalça, 1 ədəd nootbuk, 1 ədəd kamera aparatı ona və uşaqlarına məxsus paltarlar, ayaqqabılardan ibarət cehiz əmlakının üzərinə həbs qoyulması və həmin əşyalar üzərində Cavabdeh, digər şəxslər tərəfindən müəyyən hərəkətlər edilməsinin qadağan edilməsi və Cavabdeh ilə birgə nikah dövründə Quba rayonu İsnovqışlaq Bələdiyyəsinin 06 aprel 2007-ci il tarixli, 04 saylı qərarına əsasən alğı-satqı qaydasında alınmış Quba rayonu, İsnovqışlaq kəndində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi və tikdikləri 1 mərtəbəli, zirzəmili yaşayış evinin üzərinə həbs qoyulması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsinin cavabdeh və digər şəxslər tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə barədə qərardad çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)- 1265/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. O qərardaddan ərizənin təmin olunmamış hissəsində narazıdır. Həmin hissədə qərardadın ləğv olunmasını, şikayətin təmin olunmasını və ərizənin tam təmin olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlilləri ilə eyniməzmunlu izahat verərək, şikayətin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X7 şikayətin dəlilləri ilə eyniməzmunlu izahat verərək, şikayətin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadının ərizənin təmin olunmamış hissəsində ləğv olunmasını və ərizənin tam təmin olunmasına dair qərardad qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə ərizəni qismən təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə muəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin Məcəllənin 160.2-ci maddəsinə əsasən iddianın təmin tədbiri haqqında qərardad dərhal icra edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dairdir, ərizənin təmin edilmiş hissəsində göstərilən mübahisəli evin üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh şikayətləri təmin edilməsin. Quba Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(027)-1265/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2579/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2579/2021
27.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver