Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-258/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı Qanuni nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4785/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Qanuni nümayəndə (X6 qanuni nümayəndəsi) Cavabdeh mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu qızı xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən 10 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, X4 ilə 18 fevral 2015-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Sonradan münasibətləri pozulduğu üçün 15 noyabr 2019-cu ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən nikahları pozulmuş, qızı X8 onun himayəsində qalmışdır. Elifin atası-X5 27 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. Qeyd edir ki, mərhum öldükdən sonra onun adına olan ünvan 1 ünvanda yerləşən 10 saylı mənzil vərəsəlik qaydasında paylı mülkiyyət hüququ ilə yetkinlik yaşına çatmayan qızı X6 və İlqarın anası Cavabdeh mülkiyyətinə verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Bildirir ki, cavabdeh qızının və onun həmin mənzildə yaşamasına maneçilik törədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızı yetkinlik yaşına çatmadığı, yaşayış yeri də valideynin yaşadığı yer olduğu üçün, müvafiq mənzil də qızının paylı mülkiyyətində olduğu və bu mənzildən başqa da yaşayış yeri olmadığı üçün onun və yetkinlik yaşına çatmayan qızının həmin mənzilə köçürülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Qanuni nümayəndə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi aşağıda göstərilən səbəblərə görə əsassızdır. Belə ki, iddiaçı Qanuni nümayəndə iddia ərizəsində başqa bir yaşayış yeri olmadığını, bu səbəbdən iddia ərizəsində göstərilən mənzilə köçməsinin zəruri olduğunu göstərsə də iddiaçının faktiki sahib olduğu və hazırda qızı ilə yaşadığı bir evi vardır. Bununla belə, iddiaçı zəruri ehtiyacdan deyil, onlara olan qərəzli mövqeyi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı Qanuni nümayəndə hüququndan suiistifadə etdiyi görsənir. Çünki o, mənzildə yaşamaq ehtiyacını qarşılamaq üçün deyil, sırf qarşı tərəfə (onlara) zərər vurmaq məqsədi ilə hazırkı iddia tələbini irəli sürmüşdür. İddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzil 1 otaqdan ibarətdir. Bir otaqdan ibarət həmin mənzildə Cavabdeh qızı Nümayəndə ilə birlikdə, o cümlədən iddiaçı Qanuni nümayəndə azyaşlı övladı ilə birgə birlikdə yaşaması fıziki olaraq mümkün deyildir. Bundan əlavə iddiaçı Qanuni nümayəndə mərhum X5 ilə birgə nikahda olduğu vaxtlarda tez-tez mübahisələri olmuş, bu mübahisələrin birində onu döyərək xəsarət yetirmişdir. Bu fakt Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin xx.xx.2019-cu il tarixli, 127-36190 saylı qərarında da öz əksini tapmışdır. Qeyd edir ki, iddiaçı Qanuni nümayəndə həmin fakt üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu səbəblərdən iddiaçı ilə yenidən bir yerdə yaşamaqları mümkün deyil, bir yerdə olacaqları təqdirdə təkrar münaqişələrin olacağı bəri başdan bəllidir. Eyni mənzil içərisində ona yenidən xəsarət yetirməyəcəyinə heç kim qarantiya verə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi 1 otaqdan ibarət Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzilin kirayə verilərək kirayə haqqının hər ay aralarında bölüşdürülməsi və ya mənzilin hərraca çıxarılmaqla satılmasının təmin edilməsi və əldə edilən vəsaitin bölüşdürülməsi daha doğru olardı. Bu səbəblərdən, iddiaçı Qanuni nümayəndə iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4785/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2016-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə ünvan 1, 10 saylı mənzilə köçürülməsi, Cavabdeh 100 (yüz) manat dövlət rüsumunun tutularaq iddiaçı Qanuni nümayəndə ödənilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsi ½ hissədə X6 xüsusi mülkiyyətindədir. X6 adına ünvan 1, mənzil 10-a dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə ½ hissədə mülkiyyət hüququ əldə etmiş, onun həmin mənzildən istifadə hüququ mövcuddur. Bu səbəbdən xx.xx.2016-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə ünvan 1, mənzil 10-a köçürülməsi barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə AR Mülki Məcəllənin 1532.1, 152.5, Mənzil Məcəlləsinin 8, 3, 9.1, 9.2.1, AR Konstitusiyasının 13,29,33-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı Qanuni nümayəndə iddia ərizəsində başqa bir yaşayış yeri olmadığını, bu səbəbdən iddia ərizəsində göstərilən mənzilə köçməsinin zəruri olduğunu göstərsə də, iddiaçının faktiki sahib olduğu və hazırda qızı ilə yaşadığı bir evi vardır. Bununla belə, iddiaçı zəruri ehtiyacdan deyil, ona olan qərəzli mövqeyi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı Qanuni nümayəndə hüququndan sui-istifadə etdiyi görsənir. Çünki o, mənzildə yaşamaq ehtiyacını qarşılamaq üçün deyil, sırf qarşı tərəfə (ona) zərər vurmaq məqsədi ilə hazırkı iddia tələbini irəli sürmüşdür. AR Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Məcəllənin 16.1-ci maddəsində də deyilir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzil 1 otaqdan ibarətdir. Bir otaqdan ibarət həmin mənzildə o, qızı Nümayəndə ilə birlikdə, o cümlədən iddiaçı Qanuni nümayəndə azyaşlı övladı ilə birgə birlikdə yaşaması mümkün deyildir. Məhkəmə həmçinin onu da nəzərə almamışdır ki, iddiaçı Qanuni nümayəndə ilə əvvəllər tez-tez mübahisələri olmuş, bu mübahisələrin birində onu döyərək xəsarət yetirmişdir. Bu fakt Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PBnin xx.xx.2019-cu il tarixli, 127-36190 saylı qərarında da öz əksini tapmışdır. Qeyd edir ki, iddiaçı Qanuni nümayəndə həmin fakt üzrə inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəzərə alınmalıdır ki, bu səbəblərdən iddiaçı ilə yenidən bir yerdə yaşamağı mümkün deyil, bir yerdə olacaqları təqdirdə təkrar münaqişələrin olacağı bəri başdan bəllidir. Eyni mənzil içərisində ona yenidən xəsarət yetirməyəcəyinə heç kim qarantiya verə bilməz. Sumqayıt Şəhər Məhkəməsi iddiaçının azyaşlı övladı ilə birgə köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, məhəllə 5, ev 13/34, 10 nömrəli mənzilin 1 otaqdan ibarət olduğunu, onun qızı ilə birgə yaşadığını, bu mənada onların iddiaçı və azyaşlı övladı ilə birgə həmin mənzildə yaşamasının mümkünsüz olduğunu, o cümlədən tərəflər arasında münasibətlərin həddən artıq pis olduğunu, iddiaçının əvvəllər cavabdehi döyərək xəsarət yetirməsinə dair işin faktiki hallarını nəzərə almamış, iddiaçının hüquqlarından sui-istifadə etdiyinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)- 4785/2022 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Qanuni nümayəndə (X6 qanuni nümayəndəsi) apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, evi yoxdur, hazırda Abşeron rayonu, Masazır qəsəbəsində kirayə yaşayır. Qızı Elifin 6 yaşı var. Qızı ilə birlikdə mübahisəli evə köçürülmək istəyir. Cavabdehin yaşamağa başqa evi də var. Eləcə də mənzili iki otaqlıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4785/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır. Mülki iş materillarında olan AZ İİ-226921 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1422 nömrə ilə qeyd olunmuşdur. AZ İİİ 878749 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-ci ildə Bakı şəhərində doğulmuşdur. X1, anası Qanuni nümayəndədır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 10 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X6, ½ hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X2 vərəsələri X8 və Cavabdehdır və şəhadətnamə verilən miras əmlak ünvan 1, 10 nömrəli mənzildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 1, mənzil 10 xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə X6, ½ hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. ünvan 1, 10 saylı mənzil 1\2 hissədə xx.xx.2016-ci il təvəllüdlü X6 mülkiyyətində olmaqla onun həmin mənzildən istifadə hüququ mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bununla da müəyyən edilir ki, ünvan 1, 10 saylı mənzil 1\2 hissədə xx.xx.2016-ci il təvəllüdlü X6 mülkiyyətində olmaqla onun həmin mənzildən istifadə hüququ mövcuddur. Belə olan halda xx.xx.2016-ci il təvəllüdlü X6 qanuni nümayəndəsi Qanuni nümayəndə ilə birlikdə həmin mənzilə köçürülməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edildiyi üçün ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, cavabdeh mübahisəli mənzilin bir otaqlı olduğunu, iddiaçının yaşayış yerinin olması, hazırki hüquqdan sui-istifadə edəcəyini bildirsə də, buna dair sübutlar təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə iclasında iddiaşçı (X6 qanuni nümayəndəsi) mənzilin iki otaqlı olduğunu bildirdi. Həmçinin mənzilin bir və ya iki otaqlı olmasının mülkiyyətçiunin öz mənzilinə köçməsi üçün maneə ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4785/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4785/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-258/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-258/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver