Məhkəmə qərarları › İş №2(105)-2588/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2588/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2588/2020 11.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə bütün öhdəliklərin cavabdeh tərəfindən yerinə yetirilməsi vəzifəsinin, ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.metr olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin, mənzilin giriş qapısının içəri və ya çölə açılmasının onun razılığına əsasən yerinə yetirilməsi vəzifəsinin, ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin, müqaviləyə uyğun 71,5 kv.metr olaraq təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə məhkəmədə baxılıb yekun qanuni qüvvəyə minmiş məhkəmə aktı çıxarılanadək xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə ona təhvil verilməsi nəzərdə tutulanünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.metr olan 2 otaqlı mənzildə Cavabdeh MTK tərəfindən təmir işlərinin aparılmasının davam etdirilməsinin dayandırılması və bununla bağlı hər hansı hərəkətlərin edilməsinin Cavabdeh MTK-ya və başqa şəxslərə qadağan edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadı ilə iddianı təmin etmək barədə ərizənin təmin olunmaması qərara alınmışdır (hakim E.Məmmədov). Qərardaddan narazı qalan İddiaçı şikayət verərək onun ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslnadırılmışdır ki, tərəflər arasında imzalanmış xx xxxxxx 2019-cu il tarixli müqavilənin şərtlərinə cavabdeh riayət etmir, həmin şərtləri pozur. Hüquqlarının bərpa olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Bu iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi qəbul edilənədək xeyli müddət keçəcəkdir və bu müddətin uzanması onun hüquqlarının cavabdeh tərəfindən yenidən pozulmasına gətirib çıxaracaqdır. Bunun qarşısının alınması məqsədilə iddianı təmin etmək haqqında ərizənin təmin edilməsi vacibdir. Məhkəmə isə bu hallara diqqət etmədən ərizənin rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən qərardad ləğv edilməli, ərizə isə təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. İddiaçı iddianı təmin etmək haqqında ərizəsindən görünür ki, o, iddianın təmini tədbiri kimi, mübahisəyə baxılıb qurtaranadək xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə ona təhvil verilməsi nəzərdə tutulan- ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.metr olan 2 otaqlı mənzildə Cavabdeh MTK tərəfindən təmir işlərinin aparılmasının davam etdirilməsinin dayandırılması və bununla bağlı hər hansı hərəkətlərin edilməsinin Cavabdeh MTK-ya və başqa şəxslərə qadağan edilməsi barədədir. İddianın mahiyyətindən isə görünür ki, tələb ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli ümumi sahəsi 71,5 kv.metr olan 2 otaqlı mənzilin təmirinin və təmiri ilə bağlı daxili divar arakəsmələrinin, mənzilin giriş qapısının içəri və ya çölə açılmasının onun razılığına əsasən yerinə yetirilməsi vəzifəsinin, ünvan 1 ünvanında tikilməkdə olan 15 mərtəbəli binada, B bloku, 3-cü mərtəbə, 70 nömrəli mənzilin sahəsinin müqaviləyə uyğun 71,5 kv.metr olaraq təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədədir. Başqa sözlə, işdən görünür ki, iddia ərizəsilə cavabedehdən tələb edilən hərəkətlər, iddianın təmini tədbiri barədə ərizə ilə cavabdehə qadağan olunur, bu isə qüvvədə olan mülki-prosessual qanunvericiliyə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddianı təmin etmək haqqında ərizəsində özünün formal mülahizələrini qeyd etmiş, ərizənin təmin olunmasına əsas verə biləcək halları əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018- ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddianın təmin edilməsi haqqında məsələlər həll edilərkən yalnız iddiaçının deyil, işdə iştirak edib-etməməsindən asılı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, AR MPM-nin 157-cimaddəsinəgörə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd olunan qanunun normasının təhlilindən aydın olur ki, iddianın təmin tədbiri qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcək və ya mümkünsüz edəcək halların aradan qaldırılması-daha dəqiq desək-qətnamənin icrasını təmin etmək məqsədilə tətbiq edilir. Qanunverici, məhkəməyə, hələ yekun qərar qəbul etmədən çıxarılacaq məhkəmə qərarının icrasının mümkünlüyünü realizə etmək üçün belə bir hüquq vermişdir və belə bir hüququnun həyata keçirilməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında prosesin istənilən mərhələsində yol verilir. İstənilən mərhələ dedikdə, iddia ərizəsinin icraata qəbul olunmasından iş üzrə qəbul ediləcək yekun qərar çıxarılanadək dövr başa düşülməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarına və yuxarıda sadalananlara əsaslanaraq hesab edir ki, hazırki iddianı təmin tədbirinə zərurət yoxdur. Qeyd edildiyi kimi iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda tələb edilən qaydada iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasına xidmət etmir və adekvat tədbir sayıla bilməz. Bu baxımdan ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qanunun tələblərinə uyğundur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İş üzrə İddiaçışikayəti təmin edilməsin. Abşeron rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-2975/2020 saylı qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şika--yəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar