Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-259/2022 14.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(026)-43/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(026)-43/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X12 və 2011-ci il təvəllüdlü X13 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 mülkiyyətində olan 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir.(hakim M.Quliyev) Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(026)- 43/2021 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə icraatın dayandırılmasını(və ya baxılmamış saxlanılması), iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İŞİN HALLARİ: Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X11 Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvləri olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X12 və 2011-ci il təvəllüdlü X13 Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalarına və iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən xüsusi təyinatlı yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 məxsusdur və həmin xidməti yaşayış sahələri Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə əvəzsiz istifadə üçün verilir. Cavabdeh1 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsi ilə aparıcı elmi işçi vəzifəsinə işə götürülmüş və müqavilənin 2.3-cü bəndinə əsasən, əmək müqaviləsi 1 il 06 ay müddətinə bağlanmışdır. Cavabdeh1 Rəsədxananın işçisi olduğundan onunla 05 yanvar 2017-ci il tarixdə 17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq, Rəsədxananın mülkiyyətində olan beş mərtəbəli yaşayış binasında sahəsi 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzil əvəzsiz istifadə üçün verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən cavabdehlə birlikdə onun ailə üzvləri olan arvadı Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları Kənan və İlham Məhərrəmovların da həmin mənzildən istifadə hüquqları müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsinin müddəti 01 iyul 2018-ci il tarixdə bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmrlə o, işdən azad edilmişdir. Rəsədxana ilə Cavabdeh1 arasındakı əmək münasibətlərinə xitam verildiyindən onunla bağlanmış kirayə müqaviləsinə də xitam verilməli olsa da, Rəsədxana rəhbərliyi onun arvadı Cavabdeh2 hələ də Rəsədxanada işləməsini nəzərə alaraq, cavabdehlərin mənzildən çıxarılmaları fikrində olmamışdır. Lakin 30 dekabr 2019-ci il tarixdə Cavabdeh2 da əmək müqaviləsi bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 07 yanvar 2020-ci il tarixli 01-k saylı əmrlə o, işdən azad edilmişdir. Hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh1la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Cavabdehlə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X11 arasında bağlanmış kirayə müqaviləsinin "Müqavilənin ümumi müddəaları"ndan bəhs edən 3-cü maddəsinə görə, yaşayış sahəsi Rəsədxana tərəfindən kirayəçiyə onun işinin xarakterindən asılı olaraq razılaşdırılmış müddətə verilir. Bu müddət adətən işçinin müəssisə ilə bağlanmış əmək müqaviləsinin və ya ezamiyyətin bitmə müddəti ilə uzlaşdırılır. Həmin müqavilənin "Tərəflərin hüquq və vəzifələri"ndən bəhs edən 2.2.6-cı maddəsinə görə, bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra, yaşayış sahəsini təslim aktına əsasən kirayəçidən qəbul etmək kirayə verənin vəzifəsi kimi müəyyən edilmişdir. Kirayəçi olan Cavabdeh1 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və onun ailə üzvləri mənzili könüllü boşaltmaqdan imtina edirlər. Nə cavabdehlər, nə də ki, onların ailə üzvləri Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmadıqlarından cavabdehlər Cavabdeh1, X18 və onların ailə üzvü olan yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X19 və 2011-ci il təvəllüdlü X3 rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının sahəsi 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, qətnamədə həm onların məhkəmə iclasında iştirak etmədikləri, həm də məhkəmə iclasında izahat vermələri göstərilmişdir. Bundan başqa, Cavabdeh1 izahatı təhrif olunmuşdur. Mübahisəli yaşayış sahəsinin yataqxana tipli olması və bu barədə normalar istinad edilməsi əsassızdır, çünki mübahisəli otağın yerləşdiyi bina yataqxana deyil. Digər tərəfdən, sahənin kirayəçisi, yəni iddiaçı onunla bağlanan kirayə müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmamışdır. Kirayə müqaviləsi ləğv edilməmişsə, kirayəçi və onun ailə üzvlərinin buradan çıxarılması qanunsuzdur. Mübahisəyə Mülki Məcəllənin 228.5 və ya Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tətbiq edilməsi də yanlışdır, çünki bu normalarda tərəflər ailə münasibətlərində olmalıdırlar. Cavabdeh1 iddiaçı qurumda 15 ilə yaxın, Cavabdeh2 isə 13 il müddət ərzində işlədiklərindən onların mübahisəli yaşayış sahəsindən çıxarılmaları əsassızdır. Bu hallar kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməli, onun əsaslı iddiası təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada dəflərlə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə kollegiyasının iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X8 X22 1116- QK6-0035 saylı, 15 dekabr 2016-cı il tarıxli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Azərbaycan Milli Elmlər X15 adına X11 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində qeydə alınmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 Saylı Ərazi İdarəsinin verdiyi **********95-12101 reyestr nömrəli, 9233 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binası da daxil olmaqla əmlak kompleksi kimi müəssisə Azərbaycan Milli Elmlər X15 adına X5 balansındadır (balans saxlayıcı). Yenə də iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 05 yanvar 2017-ci il tarixli, 17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə kirayə verən Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli 40 mənzilli evdə 15 nömrəli mənzildə yerləşən, Rəsədxananın mənzil fonduna aid, ümumi sahəsi 86 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Əgər kirayəçi Rəsədxanada işləyirsə və onun əmək müqaviləsinin müddəti bitdikdən sonra uzadılarsa, onda müqavilənin və vaxtı avtomatik olaraq həmin vaxta qədər uzadılmış hesab olunur. Kirayəçinin özü və ailə üzvləri - Cavabdeh1, X18, X19 və X16r. İşə əlavə edilmiş 12 sentyabr 2014-cü il tarixli, xxxxxxx000100 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2010-cu il tarixdə müddətli, yəni 05 yanvar 2015-ci il tarixə kimi böyük elmi işçisi vəzifəsinə işə götürülmüşdür. Yenə işə əlavə edilmiş 17 fevral 2015-ci il tarixli, xxxxxxx000101 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2015-cu il tarixdə müddətli böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 yanvar 2016-cı il tarixə kimi uzadılmışdır. Yenə də işə əlavə edilmiş 12 yanvar 2016-cı il tarixli, xxxxxxx000102 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2015-ci il tarixdə böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 yanvar 2017-ci il tarixə kimi uzadılmışdır. İş materiallarında olan 09 yanvar 2017-ci il tarixli, xxxxxxx000103 saylı əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X9 05 yanvar 2015-ci il tarixdə müddətli böyük elmi işçisi vəzifəsinə işə götürülmüş, müqavilənin müddəti 05 iyul 2018-ci il tarixə kimi uzadılmışdır. İşə əlavə edilmiş Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 05 yanvar 2017-ci il tarixli əmək müqaviləsinin (kontrakt) surətindən görünür ki, işə götürən X5 direktoru X17 işçi Cavabdeh1 arasında 05 yanvar 2017-ci il tarixdən 01 iyul 2018-ci il tarixədək 1 il 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 05 yanvar 2017-ci il tarixli yaşayış sahəsinin təhvil aktının surətindən görünür ki, kirayə verənin təmsilçisi, Rəsədxananın ümumi işlər üzrə direktor müavini X1 məxsus 5 mərtəbəli 40 mənzilli yaşayış evinin 5 nömrəli 3 otaqlı mənzilini təhvil-təslim edərək kirayəçi Cavabdeh1 vermişdir. Yenə iş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 direktorunun 05 iyul 2018-ci il tarixli, 125-k saylı əmrinin surətindən görünür ki, X5 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçi f.ü.f.d, dosent Cavabdeh1la bağlanmış 05.01.2017-01.07.2018-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmişdir. Yenə də materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 28 iyun 2019-cu il tarixli əmək müqaviləsinin (kontrakt) surətindən görünür ki, işə götürən X5 direktoru X17 işçi Cavabdeh2 arasında 28 iyun 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək 6 ay müddətində əmək müqaviləsi bağlanmışdır. İşə əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı işə bərpa olunması və məcburi boşdayanmaya görə kompensasiya ödənilməsi tələbinə dair iddiası və ona verilmiş 29 iyun 2018-ci il tarixli, 113 saylı sonuncu xəbərdarlıqla şiddətli töhmətin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Yenə işə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(105)-599/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2(074)-1333/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də işə əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(105)- 2757/2020 saylı qətnaməsinin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 may 2021-ci il tarixli, 2(102)-2673/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı işə bərpa tələbi üzrə kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2757/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də işdə olan tikintisi başa çatmış obyektinin istismara qəbul edilməsi haqqında 05 aprel 2012-ci il tarixli aktdan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X6 (Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən) 5 mərtəbəli 4 bloklu 32 mənzilli yaşayış binası 05 aprel 2012-ci il tarixdə istismara qəbul edilmişdir. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 17 saylı, 05 yanvar 2017-ci il tarixli kirayə müqaviləsindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 balansında olan Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli, 40 saylı yaşayış binasının sahəsi 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzili müvəqqəti yaşamaq üçün Cavabdeh1 (3 nəfərdən ibarət ailə üzvü ilə birlikdə) sahibliyinə və istifadəsinə verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(026)-43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli yaşayış sahəsi yerləşən 5 mərtəbəli yaşayış binanın tikintisinə 12.04.2010-cu ildə başlanılmış və 2012-ci ildə tamamlanmışdır. Bina 05 aprel 2012-ci il tarixli aktla istismara qəbul edilmişdir. N.Tusi adına X11 ilə Cavabdeh1 arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayəsilə bağlı 17 saylı, 05 yanvar 2017-ci il tarixli kirayə müqaviləsi bağlanmışdır. AR MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Daha öncə qeyd olunduğu kimi, mübahisəli mənzilin yerləşdiyi bina 2012-ci ildə istismara qəbul edilmiş, tərəflər arasında həmin mənzilə dair kirayə müqaviləsi isə 05 yanvar 2017-ci il tarixdə bağlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixindən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq olunmalıdır. İş materiallarından görünür ki, mübahisəli mənzilin balans saxlayıcısı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X7 və bu mənzil qurumun işçilərinə daimi yox, müvəqqəti yaşamaq məqsədilə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 92-ci maddəsinə görə xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Yenə həmin Məcəllənin 98.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Eyni Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 103.3-cü maddəsinə görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikasınin Nazirlər Kabinetinin 06 may 2010-cu il tarixli 86 saylı Qərarı ilə təsdiq edilmiş "Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"nın 1.5ci bəndinə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci və 98.2-ci maddələrinə uyğun olaraq, xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Qaydanın 2.2-ci bəndinə görə kirayə müqaviləsi bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin qaydanın 3.5.1-ci bəndinə görə bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X11 arasında sonuncu müddətli əmək müqaviləsi 05 yanvar 2017-ci il tarixində 1 il 06 ay müddətinə bağlanmış və o, əmək müqaviləsi ilə böyük elmi işçi vəzifəsinə işə götürülmüşdür. Cavabdeh Rəsədxananın işçisi olduğundan onunla 05 yanvar 2017-ci il tarixdə 17 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq, Rəsədxananın balansında olan beş mərtəbəli yaşayış binasında sahəsi 86 kv.metrlik 3 otaqlı, 15 saylı mənzil əvəzsiz müvəqqəti istifadə üçün verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən cavabdehlə birlikdə onun ailə üzvləri olan arvadı Cavabdeh2 və yetkinlik yaşına çatmayan övladları Kənan və İlham Məhərrəmovların da həmin mənzildən istifadə etmək hüquqları müəyyən edilmişdir. Cavabdeh1 əmək müqaviləsinin müddəti 01 iyul 2018-ci il tarixdə bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 05 yanvar 2018-ci il tarixli, 125-k saylı əmrlə o, işdən azad edilmişdir. Bundan başqa, 30 dekabr 2019-cu il tarixdə Cavabdeh2 əmək müqaviləsinin müddəti bitdiyindən, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmayaraq, 07 yanvar 2020-ci il tarixli, 01 saylı əmrlə o işdən azad edilmişdir. Hər iki cavabdehin əmək müqavilələrinə xitam verildiyindən və onlar artıq Rəsədxananın işçiləri olmadıqlarından, Cavabdeh1la kirayə müqaviləsinin bağlanması üçün əsas olmuş hal aradan qalxmışdır. Kirayəçi olan Cavabdeh1 xidməti yaşayış sahəsinin boşaldılması ilə bağlı yazılı bildiriş göndərilməsinə baxmayaraq, o və ailə üzvləri mübahisəli mənzili könüllü boşaltmaqdan imtina etmişlər. Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına X5 cavabdehlərin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb etdiyi Şamaxı rayonu, Yusif Məmmədəliyev adına qəsəbədə yerləşən xüsusi təyinatlı yaşayış sahələri dövlət mənzil fonduna aid olmaqla balans saxlayıcısı Azərbaycan Respublikası Milli Elmlər Akademiyası N.Tusi adına X7. Həmin xidməti yaşayış sahələri Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə (müqavilənin 1.2-ci bəndi) əvəzsiz istifadə üçün verilmişdir. İşin faktiki hallarından görünür ki, cavabdehlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid deyildirlər və Mənzil Məcəlləsinin 101.2-ci maddəsində nəzərdə tutulan hallar hazırkı mübahisədə mövcud deyildir. Daha öncə istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qeyd edilən yaşayış sahəsində hazırkı vaxtda cavabdehin və onun ailə üzvlərinin yaşaması həmin əmlakın balanssaxlayıcısı olan iddiaçının hüquqlarını pozur. Buna görə də iddia təmin edilməlidir və bu barədə işə baxan məhkəmənin gəldiyi nəticə qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda cavabdehlər tərəfindən apellyasiya şikayətinin əsaslarına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdehlər tərəfindən iddiaçının balansında olan və orada işləyənlərin müvəqqəti yaşaması üçün nəzərədə tutulan xidməti mənzildən istifadə olunması qanunsuz hesab edilməlidir və buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə işin faktiki hallarına, həmçinin qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillərin bir çoxu mübahisəyə aidiyyatı olmayan formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. Cavabdehlərin iddiaçı N.Tusi adına X10 5 il və ya daha çox müddətdə müddətli əmək müqavilələri əsasında işləmələri mübahisəli yaşayış sahəsindən çıxmamaları üçün əsas hesab edilə bilməz. Çünki, həmin xidməti yaşayış sahəsi Rəsədxananın əməkdaşlarına kirayə müqaviləsi əsasında əmək müqaviləsinin qüvvədə olduğu müddətə (müqavilənin 1.2-ci bəndi) əvəzsiz istifadə üçün verilmişdir. Yuxarıda qeyd edildiyi kimi görə xidməti yaşayış sahəsinin kirayə müqaviləsi Mənzil Məcəlləsinin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Qüvvədə olan mənzil qanunvericliyinə görə cavabdehlər iddiaçı qurumda işləmədiklərindən, mübahisəli yaşayış sahəsini tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə qətnaməsini düzgün olaraq qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına, Nazirlər Kabinetinin 06.05.2010-cu il tarixli, 86 saylı qərarı ilə təsdiq edilmiş Qaydaya istinad etməklə əsaslandırmış və maddi hüquq normalarını əsasən düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qobustan Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(026)- 43/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-259/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-259/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver