Məhkəmə qərarları › İş №2(105)-2596/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2596/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2596/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh vəkili X3 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı, 99 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat qırx qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı "xxxx" MMC-nin Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsini, mənzilin yaxşılaşdırılmasına və mənzilin təmir edilməsinə çəkilən xərcə görə 18000 (on səkkiz min) manat pulun və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16500 manat pulun iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" MMC Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməklə, 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat 40 qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X6 apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivində inşa edilən 240 C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 saylı mənzilin alınması üçün borcalana 36.200 manat məbləğində kredit verilmişdir. 27 yanvar 2015-ci il tarixli, İP 15/017 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə 36.200 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Qeyd edir ki, həmin mənzilə görə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ilkin ödəniş kimi 6500 manat, aylıq isə cəmi 10000 manat ödənişlər edilmişdir. Bundan başqa qeyd edilən mənzil Cavabdeh təmirsiz verilmiş, cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı addəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə çatdığı vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırılmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onun yaxşılaşdırılmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan qanunvericilik aktı normalarına əsasən mübahisəli mənzil yaxşılaşdırılmalarla və təmirli iddiaçı "xxxx" MMC-nə geri qaytarılmaqla iddiaçını əsassız varlandırdığından, mənzilin yaxşılaşdırılmasına və mənzilin təmir edilməsinə çəkilən xərcə görə 18000 (on səkkiz min) manat pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16500 manat pul iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməlidir. Həmçinin hesab edir ki, qətnamədə - mübahisəli mənzilin yaxşılaşdırılmalarla, tam təmirli şəkildə iddiaçı "xxxx" MMC-nə qaytarıldığından Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cii mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzildən çıxarılması ilə iddiaçı "xxxx" MMC-nə 18.000 (on səkkiz min) manat pulun və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16.500 manat pulun alınıb Cavabdeh verilməsinin eyni vaxtda icra edilməli olması müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı "xxxx" MMC-nin Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alğı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsini, mənzilin yaxşılaşdırılmasına və mənzilin təmir edilməsinə çəkilən xərcə görə 18.000 (on səkkiz min) manat pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16.500 manat pulun iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üçüncü şəxs "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti. 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı, 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissə-hissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə satılmışdır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı Kredit müqaviləsindən görünür ki, 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı, 99 saylı mənzilin alınması məqsədilə 120 (yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36.200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. İş materiallarnda olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1939/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayəti təmin olunmamış, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli Qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1939/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(107)-1478/2019 saylı, 14.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)251/2018 nömrəli 10.05.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2019-cu il tarixli, 2(102)-7697/19 saylı Qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 14.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 18.03.2014-cü il tarixli "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 (səksən beş) faizindən artıq olmayan hissəsinin illik 14 (on dörd) faizlə 120 (bir yüz iyirmi) ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğedicisi, Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" MMC-yə yönəldilmiş, 23.10.2017-ci il və 20.11.2017-ci il tarixli məktubların surətlərindən və qaimələrin surətlərindən görünür ki, kredit borcunun və ona hesablanmış faizlərin ödənilməsi üçün tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarında olan 30.03.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən 100 (yüz) manat LPO Texnikabank ASC-nin hesabına ödənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsi ilə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı, 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissə-hissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə cavabdehə satılmışdır. Cavabdeh ilə «Texnikabank” ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı Kredit müqaviləsinə əsasən sözügedən 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən mübahisəli mənzilin alınması məqsədilə 120 (yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. Göründüyü kimi tələb üzrə öhdəlik Cavabdeh aiddir. Cavabdeh ilə "xxxx" ASC arasında 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı İpoteka müqaviləsi bağlanaraq kredit öhdəliyinin icrasının təmini üsulu kimi Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzili girov kimi qeydə alınmışdır. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada ipoteka Bankın xeyrinə yüklü edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Müəyyən edilmişdir ki, borclu Cavabdeh vaxtında və lazımi qaydada kredit öhdəliklərini icra etmədiyindən, yəni 34919 manat 32 qəpik əsas borc, 4851 manat 12 qəpik faiz borcu və 1419 manat 38 qəpik cərimə borcu olmaqla, cəmi 41189 manat 82 qəpik borcu qaytarmadığından iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Cəmiyyətə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, artıq qanuni qüvvəsini almış İsmayıllı Rayon Məhkəməsinin 2(037)251/2018 saylı, 10.05.2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015ci il tarixli, 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə vermiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Müəyyən edilmişdir ki, biriqnci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddədlərinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1 maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5. maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən məhkəmə iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, məhkəmə kollegiyası bununla razılaşır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, iddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçının dəlilləri iş materialları ilə təkzib edilir. Apellyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Bundan başqa apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnəamənin ləğv edilərək iddianın təmin edilməməsi ilə yanaşı mənzilin yaxşılaşdırılmasına və mənzilin təmir edilməsinə çəkilən xərcə görə 18.000 (on səkkiz min) manat pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16.500 manat pulun iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Halbuki o, məhkəmədə belə bir iddia qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılm Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar