Məhkəmə qərarları › İş №2(105)-260/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-260/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-260/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Elman Məmməd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(012)-2404/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.H.Nəcəfova) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və E.G.Rəhimov) cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdeh «xxxx» MMC-nin rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbədə ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli, 2(102)-2183/2019 saylı qərarı ilə (hakimlər Ə.M.Rüstəmov sədrlik edən, məruzəçi hakim, Ə.A.Mirzəliyev və V.Ə.İbayev) kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, A.Ə.Abbasov və T.Q.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, Cavabdeh MMC rəhbərliyi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi, 01 saylı ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və V.Həsənov) Cavabdeh MMC-nin kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-459/2020 saylı qətnaməsinin ləğv edilməsi, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1ci blokunda 57 kv.olan, 1 otaqlı mənzilin ona verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən «xxxx» MMC-nin ünvan 3 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 8-ci mərtəbəsində ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzili almış, bunun müqabilində 19494 manat ödəniş etmiş və ona maliyyə arayışı verilmişdir. Lakin indiyədək cavabdeh mənzili ona təhvil verməmişdir. «xxxx» MMC-nin direktoru Q.Məmmədova qarşı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanmışdır. Hazırda «xxxx» MMC «xxxx» MMC adlanmış, yəni «xxxx» MMC-nin sadəcə olaraq adı dəyişdirilmişdir. O cümlədən, həmin MMC-yə A.S.Tağıyev yeni direktor təyin edilmişdir. Mübahisəli bina hazır olmasına baxmayaraq, cavabdeh müxtəlif vədlərlə mənzili təhvil vermir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı təmin edilməyib. Həmçinin, iddiaçı tərəfindən ödənilən məbləğ keçmiş “xxxx” MMCnin təsisçisi tərəfindən mənimsənilib və MMC-yə mədaxil olunmayıb. Bununla əlaqədar açılan cinayət işi üzrə iddiaçı zərərçəkmiş kimi tanınıb. O cümlədən, iddiaçı üstündən 10 il keçdikdən sonra iddia vermişdir ki, bununla da iş üzrə müddəti ötürülmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı iazahatında Qarabağ müharibəsi iştirakçısı olduğunu, cavabdehin əsassız apelyyasiya şikayəti verərək onu incitdiyini bu səbəbdən də apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlk öncə məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası keçirilmiş, cavabdeh məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən göründüyü kimi İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzilin ona təhvil verilməsi tələbi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, onun iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, cavabdeh bu nəticəni mübahisələndirmişdir. Apellyasiya instansiya məhkəməsi qərarı ilə apellyasiya şikayəti qismən təmin edərək, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, iddia təmin edilərək, Cavabdeh MMC rəhbərliyi tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi, 01 saylı ünvanda inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, 1 otaqlı, ümumi sahəsi 57,0 kv.metr olan 38-ci mənzilinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi İddiaçı ətraflı dindirilməməsi, müvafiq sorğu da verilmədiyini, apellyasiya şikayətində göstərilən Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünün olub-olmamasını, əgər vardırsa həmin hökmlə İddiaçı mülki iddiiasının təmin edilərək X6 Baxışovun xeyrinə 19494 manat pul vəsaitinin tutulub-tutulmamasını, qeyd olunan hökmün qanuni qüvvəyə minib minməməsi hərtərəfli araşdırılmasını qeyd edərək yenidən apellyasiya baxışına göndərmiş və təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti qismən təmin edərək, iş üzrə Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsini ləğv edilərək, iddia tələbi təmin edilmişdir. Bu nəticədə də kasasiya qaydasında mübahisələndirilmiş və işə təkrar kasasiya baxışı zamanı kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, sözügedən cinayət işini tələb edib ona baxış keçirmədən, hökmün qəbul edildiyi xx xxxxxxxx 2015-ci il tarixdən ötən 1 il 2 ay müddət ərzində hökmün mülki iddiaya aid hissəsinin icraya yönəldilib-yönəldilmədiyini, icra olunub-olunmadığını, apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən mülki iddialar üzrə müvafiq qərarların qəbul edilib-edilmədiyini, dövlət ittihamçısının apellyasiya protestinə əsasən sözügedən hökmün əsaslılığının tam yoxlanılıb-yoxlanılmadığını araşdırmadan, bir sözlə hazırki məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddianın əsaslı olması qənaətinə gəlməsini əsas gətirərək qətnaməni ləğv etmiş və mülki işi yenidən apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İşin mübahisə olunmayan hallarından görünür ki, xx xxxx 2007-ci il tarixli müqaviləyə əsasən icraçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa etdirdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 8-ci mərtəbəsində, ümumi sahəsi 57 kv. olan, 1 otaqlı, 38 saylı mənzil tikib payçı İddiaçı təhvil verilməyi, sonuncu isə mənzili qəbul edib hər kv.metr üçün 342 manat olmaqla, cəmi 19.494 manat pay haqqını “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinə əsasən payçı İddiaçı tərəfindən həmin müqavilə üzrə 19.494 manat pay haqqı ödənilmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin (cinayət işini tələb edib ona baxış keçirmədən, hökmün qəbul edildiyi xx xxxxxxxx 2015-ci il tarixdən ötən 1 il 2 ay müddət ərzində hökmün mülki iddiaya aid hissəsinin icraya yönəldilibyönəldilmədiyini, icra olunub-olunmadığını, apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən mülki iddialar üzrə müvafiq qərarların qəbul edilib-edilmədiyini, dövlət ittihamçısının apellyasiya protestinə əsasən sözügedən hökmün əsaslılığının tam yoxlanılıb-yoxlanılmadığını araşdırmadığı) barədə göstərişini nəzərə alaraq qeyd edir ki, qeyd olunan cinayət işi çox epizodlu olmaqla 50 cilddən ibarətdir. Hazırki mübahisə yalnız həmin iş üzrə zərərçəkən qismində tanınmış və hazırki işdə iddiaçı olan İddiaçıla bağlı hissəsindən getdiyindən, qeyd olunan cinayət işi üzrə təqdim olunan alqı-satqı müqaviləsi, ödəniş qəbzi, eləcə də hökm və qərar iş materiallarında mövcud olduğundan, həmin hökmlə də iddiaçının xeyrinə 19.494 manat pulun tutulması öz əksini tapdığından, cinayət işinin tələb olunaraq baxış keçirilməsi zərurəti olmamışdır. Məhkəmə kollegiyası tərəfindən araşdırma nəticəsində həmçinin müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi həmin iş üzrə çıxarılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-cı il tarixli hökmündən təqsirləndirilən şəxs X8 və zərər çəkmiş şəxslər X1, X5 və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə baxılması üçün xx xxxxxxx 2015-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verilmişdir. Göründüyü kimi sözügedən cinayət işi (hökm qüvvəyə minmədən) təqsirləndirilən şəxs X8 və zərər çəkmiş şəxslər X1, X5 və X9 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinə əsasən xx xxxxxxx 2015-ci il tarixdən 11 ay 20 gün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Hökmün qüvvəyə minmədən şikayətlər verildiyindən hökm mülki iddiaya aid hissədə icraya yönəldilməmişdir. Apellyasiya icraatı mərhələsində həmin cinayət işinə baxılarkən hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (təqsirləndirilən şəxsin ölümü ilə əlaqədar) xitam verildiyindən, mülki iddalar üzrə müvafiq qərarlar qəbul edilməmişdir. Məhkəmə kollegiyası mübahisəli mənzilin hüquqi statusuna aydınlıq gətirmədən, 2007-ci ildən ötən müddət ərzində mənzilin istifadəyə verilib-verilməməsi, satılıbsatılmaması barədə kassasiya instansiya məhkəməsinin göstərişinə gəldikdə isə qeyd edir ki, bununla bağlı cavabdeh təşkilata xx xxxxxxx 2020-ci il tarixdə sorğu göndərilmiş və növbəti məhkəmə iclasında yəni xx xxxxxx 2020-ci il tarixdə cavabdehin vəkili Coşqun İsgəndərovun sorğunun cavablandırılması məqsədilə məhkəmə baxışının təxirə salınması barədə vəsatəti təmin etsə də, lakin növbəti məhkəmə baxışınadək sorğu cavablandırılmamışdır. Bu məqsədlə məhkəmə baxışı bir neçə dəfə təxirə salınsa da cavabdeh nə məhkəmənin sorğusunu cavablandırmış, nədə ki vəkili məhkəmə baxışında iştirak etməmişdir. Əksinə növbəti xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir ki, bu da iddiaçının haqlı narazıçılığına səbəb olduğundan, məhkəmə kollegiyası cavabdeh bu vəsatətini işin baxılmasının bilərəkdən uzadılması kimi qiymətləndirərək işə baxılması tamamlanmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə əsasən öz tələb və etirazının əsası kimi üzərinə sübutetmə yükü daşıyan cavabdeh qeyd olunan halı təsdiq edən sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdehin iddiaçının tələb etdiyi mənzilin pulunu MMC-yə deyil, onun direktoru olmuş Qasım Məmmədova ödədiyindən, onun iddiaçı qarşısında heç bir öhdəliyi olmadığı barədə dəlilinə gəldikdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (Mülki Məcəllənin 43.1. maddəsi). Mülki Məcəllənin 49.1. maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 52.1. maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir (Mülki Məcəllənin 87.1., 91.1., 91.2. maddələri). Göründüyü kimi MMC hüquqi şəxs olaraq qanunvericiliyə və nizamnaməyə uyğun olaraq fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdəsinə mülki vəzifələr götürür. Onun orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. Cəmiyyətin idarəetmə orqanlarının səlahiyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası Mülki Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsis edilmiş və hazırki iş üzrə mövcud müqavilə bağlanan zaman mərhum Qasım Məmmədov cavabdeh MMCnin təsisçisi və direktoru vəzifəsində çalışmışdır. Qeyd etmək lazımdır ki, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi icra orqanı kimi direktor həyata keçirir. O, cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərir, o cümlədən əqdlər bağlayır. Başqa sözlə desək, mərhum Qasım Məmmədov MMC-nin direktoru kimi mübahisələndirilən müqaviləni bağlayarkən səlahiyyətli şəxs olmuş və o, həmin əqdi cəmiyyətin adından, cəmiyyətin məqsədləri üçün bağlamışdır. Məhkəmə kolegiyası qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi). İşə əlavə edilmiş tərəflər arasında bağlanmış müqavilədən, həmin müqaviləyə əlavə edilmiş kassa mədaxil qəbzindən görünür ki, mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə cavabdeh təşkilata ödənilmiş və həmin müqavilə üzrə iddiaçının cavabdeh təşkilata ödənilməmiş borcları yoxdur. Həmin müqavilə bilavasitə cavabdeh təşkilatın sədri tərəfindən imzalanmaqla, iddiaçı təşkilatın dairəvi möhürü ilə təsdiq edilmişdir. Lakin həmin ödənilmiş pul vəsaitinin təyinatı üzrə xərclənməməsi, yaxud mənimsənilməsi iddiaçının deyil, «xxxx» MMC məsuliyyət daşıdığından, bu hal cavabdehi müqavilə üzrə öhdəliyin icrasından azad etmir. Mülki Məcəllənin 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı-ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 22 mart 2006-cı il tarixli qərarında göstərmişdir ki, Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, MM-in 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1. maddəsi). Mülki Məcəllənin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yarandığından və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikadsı MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. «xxxx» MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 8-ci mərtəbədə, ümumi sahəsi 57 kv.olan, 1 otaqlı, 38 saylı mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar