Məhkəmə qərarları › İş №2(105)-2603/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2603/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2603/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-8738/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8738/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2386E saylı bağ evindən çıxarılması və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, o, 10 manat 40 qəpik məbləğində dövlət rüsumunu səhvən Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına yox, Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmişdir. Hazırda o, Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına qətnamədən şikayət üçün nəzərdə tutulmuş dövlət rüsumunu ödəmişdir. Bu barədə məhkəməyə qəbz təqdim etmişdir. Lakin buna baxmayaraq məhkəmə buna qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadını ləğv edərək, mülki iş üzrə sonrakı prosessual hərəkətlərinin yerinə yetirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50% miqdarında dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X1 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təstiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına yox, Sumqayıt Şəhər Məhkəməsinə ünvanlamışdır. Sonradan həmin nöqsan aradan qaldırılmış və birinci instansiya məhkəməsi bunu xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş qərardadda göstərsə də, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş şikayətdir, həmin vaxt dövlət rüsumunun düzgün ödənilməməsi ilə əlaqədar məhkəmə haqlı olaraq həmin qərardadı ləğv etməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)- 8738/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar