Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2606/2020 30.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı və onun vəkili, həmçinin nümayəndəsi X4, Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı övladı ilə birlikdə evə köçürülmə barədə ilk, Cavabdeh İddiaçı qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü oğlu Rəcəblə birlikdə cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küşəsindəki 2Ç ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülmələri qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. (hakim H.Əhmədov) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə idiaçı Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını, ilk iddianın rədd olunmasını və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-770/20 nömrəli qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-3035/2019 saylı qətnaməsinin «İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X14 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2Ç ünvanında yerləşən ərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla evinin ikinci mərtəbəsindəki əvvəlki yaşadığı 2 otağa köçürülməsi» hissəsində ləğv edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 2002-ci il təvəllüdlü X14 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2Ç ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşağ, hamam, mətbəx və s.) istifadə olunmasına şərait yaradılmaqla həmin yaşayış evinə köçürülməsi, qətnamənin - «Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hüseynov X11 Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(102)-3453/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(105)-770/2020 nömrəli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apelyasiya baxışına göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx xxxxxx 2002-ci il təvəllüdlü övladı X8 cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi ev 2Ç ünvanında yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən (sanitar qovşaq, hamam, mətbəx və s) istifadə olunmasına şərait yaradılmaqla evin ikinci mərtəbəsindəki 2 otağa köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 1996-cı ildə faktiki, xx xxxxxx 1997-ci il tarixdə isə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra, həmin vaxt cavabdehin anası X3 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, ev 2 ünvanında yerləşən, hazırda isə cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, 2Ç saylı fərdi yaşayış evinə gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür, hazırda da həmin ünvanda qeydiyyatdadır. Birgə nikahdan xx.xx.1997-ci il və xx.xx.2002-ci il tarixlərdə iki övladı doğulmuşdur. Cavabdeh və iki övladı ilə birlikdə 2017-ci ilin iyul ayınadək gəlin köçdüyü mübahisəli evdə yaşamışdır. Qızı 2016-ci ildə ailə həyatı quraraq başqa ünvana köçmüş, cavabdeh ona şər-böhtan atdığından onunla münasibətləri korlanmış və 2017-ci ilin iyul ayında 21 il yaşadığı evdən oğlu Rəcəblə birlikdə çıxaraq ata evinə getməyə məcbur olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə cavabdeh ilə onun arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü X14 onun himayəsində saxlanmış, xx xxxxxx 2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilmişdir. 2 ildir ki, oğlu Rəcəb ilə birlikdə ata evində qalmağa məcbur olmuşdur, çünki cavabdeh onları 1996-cı ildən yaşadığı və qeydiyyatda olduğu həmin ünvana onu buraxmır. Cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, 2 ünvanında yerləşən evin ikinci mərtəbəsindəki 3 otaqdan istifadə etməklə birgə yaşamışlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, onun evə köçürülməyə dair iddiasının heç bir hüquqi əsası olmadığından təmin edilməməsini, habelə humanistlik prinsiplərini əsas götürərək cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4 min manat kompensasiya ödəməklə, onun Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsi, 2 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi bununla əsaslandırılmışdır ki, o, İddiaçı ilə xx.xx.1998-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Sonradan, aralarında olan ailə münasibətlərinin pisləşməsi nəticəsində rəsmi nikahları xx.xx.1918-ci ildə məhkəmə qaydasında ləğv edilmiş və 16 yaşlı uşaq anasının himayəsinə verilmişdir, hazırda da onunla birlikdə yaşayır. İddiaçı ona məxsus 2 saylı evə gəlin gəlmiş, uşaqları orada anadan olmuş və həmin evdə qeydiyyatdadırlar. İddiaçı köçmək istədiyi 2Ç saylı ev valideynləri tərəfindən xx.xx.2011-ci ildə bağışlama müqaviləsi əsasında ona bağışlanmışdır. Həmin ev paylı mülkiyyət deyildir, tam onun mülkiyyətindədir. İddiaçı heç kim məcburi surətdə yaşadığı evdən çıxartmamışdır, o, özü könüllü surətdə gedərək valideynləri ilə yaşamağa üstünlük vermişdir və iki ilə yaxındır ki, orada yaşayır. İddiaçı ona bağışlanılan xüsusi mülkiyyətindəki evinə köçürülməsi tələbi əsassızdır, çünki o, 2 Ç saylı evdə deyil, 2 saylı evdə, yəni atasına məxsus olan evdə qeydiyyatdadır. Qeyd olunan ev onların birgə nikahı dövründə əldə etdikləri əmlak deyildir və həmin evdə ikinci ailəsi ilə birlikdə yaşayır. Hazırkı şəraitdə keçmiş ailəsinin mübahisəli evə köçürülməsi və yeni ailəsi ilə birlikdə yaşaması mümkün deyildir. Hazırda Abşeron rayonu, Saray qəsəbəsində normal yaşayış sahəsində kirayədə yaşamağın aylıq kirayə xərci 100 manat təşkil edir. İddiaçı valideynlərinin yanından çıxaraq 3 il ərzində ayda 100 manat ödəməklə yaşasa ona 4 min manat kompensasiya ödəməyə razıdır, çünki 3 ilin kirayə xərci 3600 manat təşkil edir. Göstərilənlərə əsasən İddiaçı mübahisəli evdən istifadə hüququ 4000 manat kompensasiya verilməklə xitam olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İik iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsilə oxşar məzmunlu şikayət verərək, apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29 və 31-ci maddələrinin, habelə prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin rədd edilməsi və 5000 manat kompensasiya verilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi X15 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, keçmiş gəlini artıq uzun müddətdir ki, mübahisəli evdə yaşamır. Doğrudur qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı oğlu Rəcəblə birlikdə bizim evə köçürülmüşdür. Rəcəbin evə köçüb yamasına heç bir mane yoxdur və ola da bilməz. Lakin İddiaçı evə köçürülsə də orada yaşaması mümkünsüzdür. Aramızda olan çoxsaylı məhkəmə çəkişmələri də bunu sübut edir. Digər tərəfdən oğlu Kənan yenidən ailə qurub, onların bir yerdə yaşaması növbəti dava-dalaş üçün zəmin yaradar. Bu vəziyyətdən yeganə çıxış yolu ona kompensasiya verilməklə evdən çıxarılmasıdır. Qarşılıqlı iddia ərizəsində kompensasiyanın məbləğini 4000 manat göstərsək də, hazırda kompensasiya məbləği kimi 6000 manat təklif edirik. Yaşadıqları Saray qəsəbəsində 1-2 otaqlı evlərin aylıq kirayə haqqı 100-120 manat arasındadır. Təklif etdiyimiz məbləğə qarşı tərəf davamlı olaraq uzun müddət eyni şəraitli evdə kirayədə yaşaya bilər. Ona görə də qarşılıqlı iddianın qeyd edilən məbləğ nəzərə alınmaqla təmin olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdeh, ilk iddia üzrə İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, qarşılıqlı iddiaçılar ya iki otağın pulunu versinlər, ya da köçüb orada yaşayacaqdır. Son məhkəmə iclasında isə bildirdi ki, onun pula ehtiyacı yoxdur və fikri, mübahisəli evə köçərək orada yaşamaqdır, buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi X9 isə bildirdi ki, Ali Məhkəmənin iş üzrə göstərişlərinə əsasən hazırda kompensasiya məsələsinə baxıla bilməz. Kompensasiyanın məbləği arayışlarla deyil, sair üsullarla, məsələn ekspertiza təyin etməklə, ağlabatan məbləğdə müəyyənləşdirilməlidir. O da şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 4 saylı X18 xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 4 saylı Ərazi İdarəsinə müraciət edərək ünvan 3 ünvanı üzərində Dövlət reyestrində cari dəyişiklik edilməsi üçün müraciət etmişdir. Hal-hazırda ünvan 3 Ç ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********97-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan ASAN-Sumqayıt tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. ASAN-Sumqayıt tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE 17579394 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.2002-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X15 və X1 rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 58.4 kv.metr yaşayış, 69.3 kv.metr yardımçı sahədən ibarət olan 2 nömrəli fərdi yaşayış evini və 0,12 ha torpaq sahəsindən özlərinə düşən 0,08 ha torpaq sahəsini övladları Cavabdeh bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsi, 2 Ç ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-472/2018 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasındakı nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü X2 Gülsarə Rəfail qızının yanında saxlanılmış, xx xxxxxx 2002-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 136 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması, aliment tələbinin dərhal icra edilməsi qət edilmişdir . Yenə də iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 287894 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsinin mərkəzi hissəsində yerləşən və bütün kommunal şəraiti olan orta təmirli, 2 otaqlı, eyni zamanda 5-6 sot həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evinin 1 aylıq kirayə haqqı 200-220 manat təşkil edir. Yenə işdə olan Abşeron RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı onu döyməsi barədə keçmiş qayınanası X3 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd olunmuşdur. Yenə də işdə olan xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və hər cür şəraiti olan 1 otaqlı fərdi yaşayış evinin 1 aylıq kirayə haqqı 100 manat, 2 otaqlı fərdi yaşayış evinin 1 aylıq kirayə haqqı 120 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərarındakı göstərişləri, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İlk iddia hissəsində mübahisə üzrə yekun qətnamə çıxarıldığından məhkəmə kollegiyası hazırda həmin hissə üzrə araşdırma aparmır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mübahisəli evdə 1996-cı il tarixdən əri və ərinin digər ailə üzvləri ilə birlikdə 2017-ci ilədək yaşamış və həmin evdən uşağı ilə birlikdə istifadə etmişdir. Göründüyü kimi, ailə üzvü olan İddiaçı mübahisəli evə köçürülmüş, uzun illər orada yaşamış və qanunun qeyd edilən tələbinə əsasən onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının qeyd edilən evə daimi qeydiyyata düşməsi də, onun həmin evdən istifadə etməsini şərtləndirən amillərdən biri olmuşdur. Bundan başqa, Abşeron rayonu, Saray qəsəbəsi, M.Füzuli küçəsi, 2 Ç ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə müəyyən edilmişdir ki, İddiaçı həmin evdən istifadə hüququ vardır. Hazırda Cavabdeh bu hüquqa kompensasiya verilməklə xitam verilməsində israrlıdır. Qarşılıqlı iddia qaldırılan zaman onun tərəfindən kompensasiya 4000 manat məbləğində, apelyasiya şikayəti verilərkən 5000 manat məbləğində, hazırda isə 6000 manat məbləğində təklif edilmişdir. İşdən görünür ki, İddiaçı heç bir məbləğlə razılaşmır və mübahisəli evə köçürülməsində israr edir, məhz bu səbəbdən də tərəflər arasında mübahisə yaranmışdır. İşdə olan sənədlərdən də görünür ki, tərəflər arasında ailə-məişət zəminində kəskin münaqişə mövcuddur, onlar arasındakı münasibətlər pisləşmişdir və onların hazırda bir evdə yaşamaları daha ağır münaqişələrə səbəb ola bilər. Digər tərəfdən, Ali Məhkəmənin mübahisə üzrə məlum qərarında göstərilmişdir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi üçün Cavabdeh təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğini müəyyən etməli idilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənlərə əsasən qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə birinci instansiya məhkəməsində qarşılıqlı iddia bu qaydaya riayət edilməklə həll olunmadığı üçün qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. Kompensasiyanın məbləğinə gəlincə isə məhkəmə kollegiyası hesab edir ki, bu məbləğ məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq norması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixdə qəbul etdiyi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilən hüquqi mövqeyinə uyğun şərh edilməlidir. Məhkəmənin həmin qərarında göstərilmişdir ki, “kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” İş materiallarından və işin faktiki hallarından görünür ki, mübahisəli ev 2017-ci ildən ilk iddia üzrə Cavabdeh mülkiyyətindədir. İddiaçı isə uzun müddət mübahisəli evdə yaşamışdır. Tərəflər arasında münasibətlər normal olmamış, münaqişəli ailə kimi məhkəmə çəkişmələri olmuş, İddiaçı tərəfindən Cavabdeh anasının döyülməsi barədə polisdə araşdırma aparılmış, barəsində inzibati tədbir görülməli olması barədə qərar qəbul edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, istifadə hüququ olsa da, hazırda İddiaçı Cavabdeh məxsus yaşayış evinə yaşamaq üçün köçməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Tərəflərin məhkəməyə təqdim etdikləri fərdi yaşayış evlərinin aylıq kirayə haqqı barədə müxtəlif arayışlardan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində iki otaqlı mənzil və ya fərdi yaşayış evlərinin aylıq kirayə haqqı təqribən 200-220 manatla 100-120 manat arasında dəyişir. Məhkəmə kollegiyası isə hər iki tərəfə münasibətdə bərabərlik prinsipini tətbiq edərək, belə qənaətə gəlir ki, kompensasiya məbləği hesablanarkən bu arayışlardakı orta qiymət (aylıq 150 manat) əsas götürülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təklif olunan 6000 manatlıq kompensasiya məbləği onun davamlı olaraq müəyyən müddətdə (təqribən 40 ay) eyni şəraitli evdə kirayədə yaşamaq imkanını verir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə, təklif olunan 6000 manat kompensasiya məbləği ilk iddia üzrə İddiaçı davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki fərdi yaşayış evində ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyindən qarşılıqlı iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə kollegiyası, İddiaçı kompensasiya təklifi ilə bağlı, ya iki otağın pulunun verilməsi, ya da köçüb orada yaşayacağı barədə şərt irəli sürməsinə münasibətdə hesab edir ki, bu məsələyə düzgün yanaşma deyildir. Belə ki, daha öncə qeyd olunduğu kimi, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu vermir. Qarşılıqlı iddia üzrə cavabdehin kompensasiya əvəzinə iki otaq tələbi isə əslində evin bölünməsi anlamını verir ki, bu da qeyd olunduğu kimi mümkün deyildir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia hissəsində işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını, təklif olunan kompensasiyanın ağlabatan, ən əsası isə İddiaçı digər oxşar şəraitli yaşayış sahəsi ilə uzun müddət təmin olunması üçün kifayət edib-etməməsini, məhkəmənin özünün də kompensasiya məbləğinin müəyyən etmək imkanlarını nəzərə almamış və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə işin faktiki hallarına uyğun gəlməyən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası, şərh olunduğu kimi, əsaslar qalmadığından evə köçürülməyə dair ilk iddianın təmin edilməməsi hissəsində qarşılıqlı iddia tələbi üzrə araşdırma aparmağa zərurət görmür və hesab edir ki, bu hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi hissəsində tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənqarşılıqlı iddia ərizəsi, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 55,80 manat dövlət rüsumunun 30 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin 2(012)-3035/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul olunsun. Qarşılıqlı iddia qismən təmin edilsin. 6000 (altı min) manat kompensasiya verilməklə İddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Fizuli küçəsi, 2Ç ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qalan hissədə qarşılıqlı iddia təmin olunmasın. Qarşılıqlı iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 55,80 manat dövlət rüsumunun 30 manatı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2606/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2606/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver