Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2621/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı, Cavabdeh Alexsandrovnanın iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1141/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1141/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh Alexsandrovnaya qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilmiş və qətnamənin Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir. Cavabdeh L.İddiaçı verdiyi apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1141/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Alexsandrovnanın azyaşlı övladı 08.06.2018-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 79 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 79 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Cavabdeh Alexsandrovna onun keçmiş gəlinidir. Cavabdeh ilə onun oğlu X10 arasında 23.09.2017-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən 2783 saylı nikahları qeydə alınmışdır. Onların bu nikahdan bir övladları - 08.06.2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh onun oğluna qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona məxsus olan mənzildə qeydiyyatda qalsa da bu qeydiyyat formal xarakter daşıyır. Hazırki vəziyyətdə cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması səbəbindən o, mənzilindən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 21 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəfələrin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.09.2017-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində 6 nömrəli reyestr kitabının 156 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22.09.2017-ci il tarixli, **********45-05101-093020 reyestr nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 79 saylı mənzil İddiaçı mülkiyyətindədir. 1 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir sahəsi tərəfindən verilmiş 23.11.2020-ci il tarixli, 12 saylı arayışdan görünür ki, İddiaçı, 1968-ci il təvəllüdlü X8, 1969-cu il təvəllüdlü X11, 1968-ci il təvəllüdlü X3, 1990-cı il təvəllüdlü X4, 1992-ci il təvəllüdlü X5, 1993-cü il təvəllüdlü X6, 1998-ci il təvəllüdlü X9, 1993-cü il təvəllüdlü Cavabdeh, 2018-ci il təvəllüdlü nəvə X7 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilində qeydiyyatdadır. Elektron məhkəmə portalından çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilə qeydiyyatdadır. 1 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir sahəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 216 saylı arayışdan görünür ki, 1993-cü il təvəllüdlü Cavabdeh və X12 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 16 ünvanında yerləşən 79 saylı mənzilində qeydiyyatdadır, lakin həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, İddiaçı yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlər Cavabdeh Alexsandrovna mübahisəli yaşayış mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, mənzil İddiaçı mülkiyyətində olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq Cavabdeh Alexsandrovnanın ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə nəticəyə gəlmişdir. Lakin iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən istifadə hüququna xitam verilmiş X7 08.06.2018-ci il təvəllüdlü olmaqla mübahisəli yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. X7 08.06.2018-ci il təvəllüdlüdür, o, azyaşlı omaqla yetkinlik yaşına çatmamışdır. Qanunla on səkkiz yaşı tamam olmuş şəxslər fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə istifadə hüququ itirilmiş hesab edilən İddiaçı qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyildir. Hazırki halda onun prosessual fəaliyyət qabiliyyəti olmadığından iddia tələbinin ona aid hissədə əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən səhvə yol vermiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq «qətnamə - Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018- ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır» hissəsini qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalı, qətnamə – «azyaşlı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməli və qətnamə azyaşlı 08.06.2018-ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli, qətnamə «Cavabdeh Alexsandrovnanın ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilməli və qətnamə Cavabdeh Alexsandrovnanın mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin» hissədə dəyişdirilmədən saxlanılmalı və «qətnamə Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018- ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin» hissəsi qətnamədən xaric edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-1141/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Qətnamə – «azyaşlı 08.06.2018-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin və qətnamə azyaşlı 08.06.2018-ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə «Cavabdeh Alexsandrovnanın ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin və qətnamə Cavabdeh Alexsandrovnanın mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin» hissədə dəyişdirilmədən saxlanılsın. «Qətnamə Cavabdeh Alexsandrovnanın və azyaşlı övladı 08.06.2018- ci il təvəllüdlü X2 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır» hissəsi qətnamədən xaric edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2621/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2621/2021
06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver