Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2624/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia qismən təmin edilib, cavabdehlər - Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X5 və 01.11.2012-ci il təvəllüdlü X6 ilə birlikdə Cavabdeh2 qızı və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 2 33 saylı mənzilə istifadə hüquqlarına xitam verilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 övladları 18.10.2006-cı il təvəllüdlü X5 və 01.11.2012-ci il təvəllüdlü İbayev Rafət oğlu ilə birlikdə, Cavabdeh2 qızının və Cavabdeh3 onun mülkiyyətində olan ünvan 233 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini və çıxarılmış qətnamənin cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas olmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 29A, 33 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Cavabdehlərdən biri onun oğludur, 2005-ci ildən faktiki olaraq sözügedən ünvanda yaşamır. Cavabdeh ailə həyatı qurduqdan sonra o, cavabdehə 2 dəfə ev almışdır. Cavabdeh hal-hazırda həmin evləri satmış və indi faktiki olaraq başqa bir ünvanda yaşayır. Digər cavabdehlər isə onun baldızı və baldızı oğludur. Cavabdehlər müvəqqəti olaraq onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmələrini xahiş etmişdirlər. O, da yaxın qohum olduqlarından sözügedən ünvana müvəqqəti qeydiyyata düşmələrinə şifahi razılıq vermişdir. O, dəfələrlə cavabdehlərə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmalarını istəsə də bir nəticəsi olmamışdır. Cavabdehlərdən heç biri hazırda ünvan 1 ünvanında yaşamırlar və cavabdehlərin onun mənzilinə olan qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mənzildə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və cavabdehlərin pasport qeydiyyatında qalmaları onun mənzilə olan mülkiyyət hüquqlarının və mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır, kommunal ödənişlər baxımından müəyyən problemlər yaşanır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili M.B.Süleymanov apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilıməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi – yalnız Cavabdeh1 aid hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzil Abçeron rayon icra hakimiyyəti XDS İcraiyyə Komitəsinin 02 yanvar 1993-cü il trarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 18.04.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. “Asan-Sumqayıt” tərəfindən 06.10.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 233 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh1, X5, İbayev Rafət oğlu, Cavabdeh2 qızı və Cavabdeh3 da qeydiyyatdadırlar. "xxxx" MTK tərəfindən verilmiş 08 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri,Nəsimi rayonu,3007-ci məhəllə,Tbilisi prospekti 44C ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının C bloku, 7-ci mərtəbə,3 otaqlı 144 saylı mənzil MTK-i tərəfindən 08.09.2004-cü il tarixdə Cavabdeh1 satılmışdır. Hazırki vəziyyətdə işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 84.3 kvadratmetr ölçülü 33 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə, 18.04.2015-ci il tarixdə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı yaşayış evinin mülkiyyətçisidir və cavabdehlərdən Cavabdeh1 hazırda mübahisəli mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 29 A ünvanında yerləşən yaşayış evindən yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda iş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən istifadə hüququna xitam verilmiş X5 18.10.2006-cı il təvəllüdlü və X6 01.11.2012-ci il təvəllüdlü olmaqla mübahisəli yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. X5 18.10.2006-cı il təvəllüdlü və X6 01.11.2012-ci il təvəllüdlüdür, Rənanın on beş və Rafətin isə 9 yaşı vardır, yəni adları qeyd olunan uşaqlar azyaşlı omaqla yetkinlik yaşına çatmamışlar. Qanunla on səkkiz yaşı tamam olmuş şəxslər tam fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə cavabdeh qismində tanınmamış və istifadə hüquqlarına xitam verilmiş X5 və X3 qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyillər. Hazırki halda cavabdehlər X5 və X3 prosessual fəaliyyət qabiliyyətli olmadığından iddia tələbinin də onlara aid hissədə hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərkən səhvə yol vermiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia qismən təmin edilərək qətnamə - «cavabdehlər 18.10.2006-cı il təvəllüdlü X5 və 01.11.2012-ci il təvəllüdlü X3 ünvan 2 33 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin» hissəsində ləğv edilib, iddia həmin hissədə təmin edilməməli, qətnamə - «Cavabdeh1 ünvan 2 33 saylı mənzilə istifadə hüququna xitam verilsin» hissəsində dəyişdirilmədən saxlanmalı və qətnamə «Cavabdeh2 qızı və Cavabdeh3 ünvan 2 33 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin» hissəsində mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(012)-973/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Qətnamə - «cavabdehlər 18.10.2006-cı il təvəllüdlü X5 və 01.11.2012-ci il təvəllüdlü X3 ünvan 2 33 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilsin» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə - «Cavabdeh1 ünvan 2 33 saylı mənzilə istifadə hüququna xitam verilsin» hissəsində dəyişdirilmədən saxlansın. Qətnamə - cavabdehlər «Cavabdeh2 qızı və Cavabdeh3 ünvan 2 33 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2624/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2624/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver