Məhkəmə qərarları › İş №2(105)-2627/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2627/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2627/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzilinin ilkin satış qiymətinin 42000 manat müəyyən edilərək hərraca çıxarılması, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi 19 saylı evin 16 saylı mənzili satıldıqdan sonra əldə olunan məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin məcburi qaydada açıq hərracda satılaraq əldə olunmuş vəsaitin ½ hissəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiadan imtina etdiyini bildirdi və hazırki mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaçının iddiadan imtinasının qəbul edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən səxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı iddiadan imtina barədə xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək hazırki tələblə bağlı Şamaxı Rayon Məhkəməsinə müraciət etməyinə baxmayaraq, Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllığa riayət etməmişdir, yəni cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi barədə məhkəmədə iddia qaldırmamışdır. Hazırki iddia tələbindən ona görə imtina edir ki, kompensasiya barədə məhkəmədə iddia qaldıracaqdır, cavabdeh tərəfindən ona kompensasiya ödənilməsindən imtina edilərsə, bundan sonra paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitinin paylara mütənasib bölünməsi tələbinə dair iddia ilə yenidən məhkəməyə müraciət edəcəkdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370, 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-252/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar