Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2652/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Ərizəçi və onun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)-89/2020 saylı qətnaməsindən Ərizəçi apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)-89/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Mirələm Quliyev) Ərizəçi doğum akt qeydinin bərpa edilməsi ərizəsinə dair mülki iş üzrə ərizə təmin edilmiş, Ərizəçi xx xxxx 1963-cü il tarixdə Şamaxı rayonunun Mərəzəqəsəbəsində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamə verilərkən doğum tarixinin xx xxxx 1963-cü il, soyadının Səfərova, adının Balaxanım, doğum yerinin Şamaxı rayonu Mərəzə qəsəbəsi, ata adının Abay, atasıqrafasında X7, anası qrafasında X3 yazılması qət edilmiş, Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxsndə aparılmış doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin doğum tarixinin xx xxxx 1963-cü il göstərilməsi hissəsində ləğv edilərək, xx xxxxxx 1960-cı il tarixdə Şamaxı rayonunun Mərəzə qəsəbəsində anadan olmağı barədə doğum akt qeydinin bərpa olunması, doğum şəhadətnaməsi verilərkən doğum tarixinin xx xxxxxx 1960-cı il, doğum yerinin Şamaxı rayonunun Mərəzə qəsəbəsi, ata adının Abay, atası qrafasında X7, anası qrafasında X3 yazılmasının göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında işə baxılarkən Ərizəçi ərizə ilə müraciət edərək yeni əsaslarla məhkəməyə ərizə verməyi ilə əlaqədar ərizəsindən imtina etdiyindən onun ərizədən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, ərizəçinin ərizəsindən imtinası qəbul edilməli, iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)-89/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Ərizəçi məhkəmə kollegiyasına təqdim etdiyi xx xxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, ərizəsindən imtina etmiş, ərizəsindən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin ərizəsindən imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)-89/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi ərizəsindən imtinası qəbul edilsin. İş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)-89/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi ərizəsinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2652/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2652/2020
08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver